Giriş. İntihar qlobal problemi kimi. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə son 45 ildə intiharların sayı 60% artıb. İntiharların 70%-dən çoxu gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə baş verir. 15-29 yaş arasındakı insanların ikinci ölüm
Azərbaycanda intiharlar: statistik mənzərə. Qlobal bir problem kimi görünən intiharın Azərbaycandakı statistikası (təxmini olaraq) belədir; 2008 - 138, 2009 - 165, 2010 - 289, 2011 - 414, 2012 - 482, 2013 - 436, 2014 - 490, 2015 - 499, 2016 - 507, 2017 - 498, 2018 – 521, 2019 – 565, 2020-597. Əhalisi hazırda 10 milyon olan Azərbaycan üçün bu rəqəm yüksək göstərici hesab olunur. Bəzi ailələrin intiharı ölüm səbəbi kimi açıqlamaq istəməməsini nəzərə aldıqda bu rəqəm daha yüksəkdir. Bunlardan 200-ə yaxını birbaşa ölümlə nəticələnən intihar hadisəsidir. Bütün bu intihar hadisələrini törədənlərin orta yaşı 37 olub. İntihar edən ən gənc insanın 11, ən yaşlının isə 87 yaşı olub. Hər yaş qrupundan intihar edənlərin olmasına baxmayaraq, bu hadisələri törədənlərin təqribən yarısının yaşı 15-35 yaş intervalında dəyişir[2]. Statistikalar onu göstərir ki, Azərbaycanda demək olar ki, hər gün bir insan özünə qəsd edir. İntihar edən hər 100 nəfərdən 25-i yeniyetmə və gənclərdir.
Elmi ədəbiyyatda intiharın səbəbləri arasında bu amillər yer alır: Fərdin onun üçün çox vacib biri tərəfindən rədd edilməsi, tərk edilmə duyğusu yaşaması və bununla bacara bilməməyi, uşaqlarda və gənclərdə özünə inam əksikliyi, həyat çətinlikləri qarşısında özünü tək qalmış kimi hiss etmək, dolanışıq dərdi, ağır borc və ya ciddi maddi çətinliklər, ailə əlaqələrinin zəifləməsi, ailənin keçmişində intihar hallarına rast gəlinməsi, alkoqol və narkotik maddə aludəçiliyi, şəxs üçün çox əziz olan birinin ölümünə kədərlənmə, fiziki və ruhi xəstəliklər, intiharı təşviq edən filmlər, seriallar, kitablar və ya musiqi, intiharda istifadə edilə bilən alət və avadanlıqların asanlıqla əldə edə bilmə halları[3].
Başqa əsaslı səbəblər kimi: kredit və ya borc alaraq pulu vaxtında ödəyə bilməməyi, rəsmi qurumlardan maddi və mənəvi dəstək ala bilməmə, özünün və ailəsinin sağlamlığı ilə əlaqəli məsələləri həll edə bilməmə, süründürməçilik və çarəsizlik, insanların bir-birindən uzaq düşməsi və biganəlik, təcrid və tənhalaşma, mənəvi boşluq və hüzursuzluq, sosial şəbəkələr, gələcəklə əlaqədar planının olmamağı, ümidsizlik, dini inancın az və ya olmamağı göstərilə bilər. Yeniyetmələr arasında belə halların olması yoxsulluq, ailədəki dözülməz münasibət, ailə daxili təzyiq, spirtli içkilərə və narkotik maddələrə meyil, təhsildə uğursuzluq (eyni zamanda sevgidə), uşaqlıq illərində erkən nikah və zorakılıqlara məruz qalma ilə daha çox bağlıdır. Bu, həm də sosial izolyasiya edilmiş şəxslər və xroniki xəstələr arasında çoxdur. Gənclərin internet və sosial şəbəkələrdə daha çox vaxt keçirərək ailə və çevrəsinə yadlaşaraq tənhalaşması intihar hadisələri səbəbləridir. İntihar sosiologiya və psixologiya mövzusudur. İntihar hadisəsinə qarşı tədbir görüb onun qarşısını almaq üçün də müxtəlif qayda və metodlar mövcuddur. Məktəbli yeniyetmə çağındakı uşaqlar depressiyaya məruz qalanda "ailəm məni başa düşmür" və "heç kim məni başa düşmür" sözlərini tez-tez ifadə etməsi intihara meyli olduğunun əlamətidir. Pandemiyanın sosial həyata gətirdiyi məhdudiyyətlər, evdə və qapalı məkanda uzun müddət qalmaq ən çox gənc və yeniyetmələr üzərində psixoloji fəsadlar yaratmaqdadır. İntihara ailədə ən çox təzyiq göstərilən fərdlərdə rast gəlinir. Pandemiya dövründə məişət zorakılığı hallarının artması da gənc və yeniyetmələrdə intihar meylini artırıb.
Son dövrlərdə gənc və yeniyetmələr arasında baş verən intihar hadisələrini xüsusi tədqiq edərək, diqqət mərkəzində saxlama zərurəti yaradır. Belə vəziyyətdəki gənc və yeniyetmələrə qayğı göstərilməməsi, nəzarət və müalicə edilməməsi faciə ilə nəticələnə bilər. Bunun üçün aşağıdakılar tövsiyə edilir;
[1] https://www.bbc.com/turkce/haberler-dunya-50343454
[2] https://www.bbc.com/azeri/azerbaijan/2013/07/130715_suicide_azerbaijan
[3] https://dergipark.org.tr/tr/download/article-file/650606