Almaniya üçün radikal marş: UDOnun etiraflarının ölkəsi

29.03.2021

Tarixdən dərs çıxarmaq cəhdləri zamanın ən önəmli tələblərindəndir. Keçmişi danışmamaq, unutdurmaq, ya da etiraflar hələ də hə şey demək deyil. Bəşəri cinayətlər törədən rejimləri öz dövlətçilik tarixində qoruyub saxlayan və dünyada tək bir entik kimliyə

Sevdiyim sosiloqlardan Sorokin qeyd edirdi ki, cəmiyyət üçün tarixdən dərs çıxarmağı təlqin etmək dövlətin bir nömrəli vəzifəsi olmalıdır. Amma biz əksini müşahidə edirik: faşizm elementləri sosial mediadan siyasi rışaqlara çevrilir. Separatçı və terrorçu qurumlarla əməkdaşlıq edənlər siyasi yarışlara qatılır. Səs almaq üçün cəmiyyətlərin şüurları zəhərlənir.

 

Bu baxımdan Azərbaycanın işğalan azad olunmuş ərazilərinə diplomatların səfərlərindən Almaniyanın Azərbaycandakı səfirinin imtinası məndə narazılıq və haqlı suallar yaratmışdı. Ümumiyyətlə son dövrlər Almaniyada radikal siyasi qüvvələrin dirçəlməsi Qərbdəki neonasizm dalğası qorxusunu da dünyaya yaşatmağa davam edir. Radikal PEGİDA hərəkatının Avropadakı miqrantları və mühacirləri təhid etməyi yeni hadisə deyil. Bu hadisələrin fonunda Almaniyadakı radikal sağçı AFD-nin dünyadakı separatist meyillərə açıq dəstəyi də haqlı narazılıqlara səbəb olur. İki dəyərli jurnalistin Almaniya ilə bağlı təəssüratları isə təqdim olunan mənzərənin kənarında hansı proseslərin getdiyini anladır.

 

 

Amaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu Almaniyada gəlmələrə qarşı başlayan basqı və hücumlarla bağlı “Yeni Müsavata” geniş müsahibəsində insanın qanını donduran məsələlərə işıq salmışdı. F.İlqaroğlunun sözlərinə görə, son vaxtlar radikal sağlar o qədər təhlükəli olub ki, hətta əcnəbilərə yardım edən almanlara da hədə-qorxu gəlirlər:

 

“Hazırda ölkədə polis qeydiyyatında olan 24100 radikal irqçinin olduğu deyilir. Onlar mütəmadi olaraq əcnəbilərə qarşı tədbir və kütləvi nümayişlər keçirirlər. Əsas məqsədləri Almaniyada yaşayan əcnəbiləri psixoloji gərginlik altında saxlamaqdır. Radikal irqçilər silah da gəzdirirlər. Elə 11 nəfərin ölümünə, 5 nəfərin yaralanmasına səbəb olan Hanau terrorçusu Tobias R.-in də evindən silah çıxdı. Ümumiyyətlə, Almaniya Avropanı hədəf alan qaçqın axınının demək olar ki, bütün yükünü öz çiyinlərində daşıyır. Bu gün Almaniyada qaçqınlar kirayə mənzil bazarındakı qiymətlərə çox böyük təsir ediblər. Artıq nəinki böyük şəhərlərdə, hətta kiçik şəhərlərdə belə kirayə mənzil tapmaq müşkülə çevrilib. Kiçik sahibkarlıq, xüsusilə, restoran, kafe biznesinə nəzarət Türkiyə, Suriya və İraqdan gələnlərin əlində cəmləşib”.

 

F.İlqaroğlu bildirib ki, son illər məyyən səbəblər irqçiliyi daha da alovlandırıb:

“Təəssüf ki, bəzi media quruluşları və Almaniya üçün Alternativ (AfD) kimi partiyalar ölkədəki əcnəbilərlə bağlı neqativlərdən öz siyasi təsir dairələrini genişləndirmək üçün istifadə edirlər. Ölkədə irqçiliyin yüksəlişi seçkilərə də yansıyıb. AfD kimi irqçi partiyaların reytinqi gündən-günə yüksəlir. Radikal sağ o qədər təhlükəli vəziyyətə gəlib çatıb ki, hətta əcnəbilərə yardım edən almanlara da hədə-qorxu gəlib, onları öldürməkdən çəkinmirlər. Buna misal olaraq, 2019-cu ildə suriyalı qaçqınlara yardım etdiyi üçün Almaniyanın Kassel bölgəsinin valisi Valter Lübkenin irqçilər tərəfindən öldürülməsini göstərə bilərəm”.

 

 

Son illərdə Almaniyadan işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin sayı artmışdı.

 

* 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfər qeydə alınmışdır. Bundan əlavə, Bundestaqın AfD fraksiyasının nümayəndələri 2018-ci ildə Almaniyaya səfər etmiş işğal altında olan ərazilərimizdə yaradılmış qanunsuz rejimin "parlament deputatları” ilə Bundestaqda görüşmüş, eləcə də onları Brandenburq federal torpağının Landtaqına 01.09.2019 tarixində keçirilmiş seçkilərə dəvət etmiş və erməni mətbuatı bunu "Artsax” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim etmişdir (bu cür seçkilərə bir qayda olaraq xarici müşahidəçilər dəvət olunmurlar).

 

Qeyd edək ki, AfD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları, o cümlədən Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaqdan ibarətdir. AfD-ni islamafob, antisemitist, irqçi, antidemokratik və "BREXİT partiyası” adlandırırlar və Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər.

 

Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində AfD ilə koalisiya qurulması və ümumiyyətlə, bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir. Bundestaqda hər fraksiya üçün bir vitse-prezident vəzifəsi nəzərdə tutulsa da, 2017-ci ildə seçilmiş Bundestaqın cari çağırışında AfD fraksiyası bu vəzifəyə 4 müxtəlif namizədini plenar iclasda indiyədək keçirilmiş 10 səsvermədə seçdirə bilməmişdir. Almaniyanın əks-kəşfiyyat qurumu olan Federal Konstitusiyanı Müdafiə İdarəsi sağçı ekstremist mövqeyinə görə AfD-ni müşahidəyə götürmüşdür. Həmçinin Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş direktoru Hans-Qeorq Maassen AfD rəhbərliyi ilə keçirdiyi xidməti görüşlərinə görə ictimai qınaqlara davam gətirməyərək (tabe olduğu federal daxili işlər nazirinin ciddi müqavimətinə baxmayaraq) istefa verməli olmuşdur. Avstriyada video qalmaqalı ilə hökumət böhranı yaratmış FPÖ partiyası ilə AfD-nin sıx tərəfdaşlıq etməsi və sözügedən qalmaqaldan sonra belə FPÖ-yə dəstəyini ifadə etməsi də AfD-nin mənfi imicini şərtləndirən faktlardan biridir.

 

AfD-çilərin sağçı populist, irqçi, anti-semitist və islamafob qüvvə olmasına dəlalət edən çoxlu sayda fakt məlumdur.

 

Bundestaqın hazırkı çağırışında 3 komitənin (büdcə, turizm, hüquq) rəhbərliyinə AfD-çi deputatlar gəlsələr də, yaxınlarda Hüquq komitəsinin sədri Ştefan Brandner (Stephan Brandner) özünün antisemitist və sağçı ekstremist çıxışlarına görə komitə üzvləri tərəfindən vəzifədən uzaqlaşdırılmışdır.

 

Sağçı milliyyətçi AfD-çilər öz proqramlarını, o cümlədən islamafob çalarlar üzərində qururlar. Onlar müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırırlar və bu baxımdan norveçli terrorist Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər. AfD-çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş və hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq (Lars Patrick Berg) yaxınlarda Ermənistana səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində  Dağlıq Qarabağı "xristianlığın beşiyi” və "xristian inancının qalası” adlandırır.

 

AfD-çilərin Azərbaycanın işğal altında olan torpaqlarına səfərləri həm də bu partiyanın təmsilçilərinin post-sovet məkanında olan digər münaqişə bölgələrinə həvəslə səfərlər etməsi kontekstində baxılmalıdır. (*“Azərbaycan” qəzeti)

 

Təəssüflər olsun ki, bu gün Almaniya sığınacaq verdiyi “sapı özümüzdən olan baltalar”ın təhqirlərinə öz KİV-ində geniş yer versə də ölkəmizin haqlı mövqeyi ilə bağlı daim susur. Müxtəlif dövrlərdə Almaniyadakı siyasi institutlar tərəfindən ölkəmizə qarşı eyni anda informasiya hücumlarının həyata keçirilməsi bu ölkədəki idarəolunan media anlayışını bir daha ortaya qoyur. Ümumiyyətlə, Almaniya və onun partnyorları üçün demokratiya və söz azadlığı sadəcə siyasi məqsədlər üçün oyuncaq rolunu oynayıb.

 

 

Jurnalist Eynulla Fətullayev qalmaqallı araşdırmaçı yazar Udo Ulfkottenlə görüşünü xatırlayarkən bir sıra incə nünaslara aydınlıq gətirir. * Əfsanəvi “Frankfurter Allgemeine Zeitung” qəzetinin keçmiş redaktoru özünün sensasion kitabında alman jurnalistlərinin necə ələ alındığına dair heyrətamiz faktları açıqlayaraq  dünya ictimaiyyətini sarsıtmışdı. Məlum olmuşdu ki, onilliklər ərzində Mərkəzi Kəşfiyyat İdarəsi minlərlə alman jurnalistini ələ alıb. Udo etiraf edirdi ki, onun özü də Amerika kəşfiyyatı tərəfindən ələ alınıb, müntəzəm olaraq Mərkəzi Kəşfiyyat İdarəsindən öz məqalələri üçün mövzu və faktlar əldə edib. Bu məqalələrdə ABŞ-ın başlıca düşmənləri olan Rusiya və Çin ifşa edilirdi.

 

Udo Ulfkott-un bu kitabı Qərb liberal dünyasını partlatdı

 

Udonun etirafları məni də sarsıtmışdı. Və Berlinə səfərlərimdən birində mən böyük məmuniyyətlə bu alman jurnalisti ilə görüşdüm. 2015-ci il ərəfəsində-Birinci Avropa Oyunlarının başlanmasından əvvəl alman KİV-i özünün bütün gücünü kiçik və qlobal siyasətdə güclə nəzərə çarpan Cənubi Qafqaz ölkəsinin “nüfuzdan salınmasına” yönəltmişdi. Almanlar onlara tanış olmayan coğrafi vahidin-Azərbaycan Respublikasının adını güclə tələffüz edirdilər, bu müsəlman ölkəsinin harada yerləşdiyi haqda dumanlı təsəvvürlərə malik idilər. Lakin buna baxmayaraq bütün alman KİV-ləri iki il ərzində, gecə və gündüz demədən naməlum və yad ölkəni “yuyub-sərməklə” məşğul idilər, Azərbaycana qarşı irimiqyaslı informasiya müharibəsi aparırdılar.

 

“Bu sifarişdir. Onlara belə danışmaq və yazmaq əmr olunub”,-Udo məni Berlinin Maqderburg qapıları yaxınlığında yerləşən elit restoranlarından birində buna əmin edirdi. “Baxın, bu restoranda bütün alman elitası cəmləşir. Və siz onların müstəqil və öz iradələri ilə hərəkət edən adamlar olduqlarını düşünürsünüzsə, dərindən yanılırsınız. Bu günə qədər də Almaniya ilə ABŞ arasında İkinci Dünya müharibəsinin başa çatmasından dərhal sonra imzalanmış əməkdaşlıq barədə məxfi müqavilə qüvvədən düşməyib. Vaşinqtonun və Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli “dərin dövlətin” razılığı olmadan heç bir siyasətçi Almaniya kansleri ola bilməz”.

 

Etiraf edirəm ki, Udonun ağıllı mühakimələri məni öz açıqlığı və cəsarətliliyi ilə heyrətləndirdi. Görüşümüzdən iki il sonra Udo Ulfokte 56 yaşında ürək tutmasından qəfil öldü. Londonda keçmiş KQB əməkdaşı Aleksandr Litvinenkonun “şübhəli qəfil ölümündən” fərqli olaraq Udonun vaxtsız ölümü ictimai rezonansa səbəb olmadı. Almaniya tanınmış jazarın 2500-ə yaxın alman jurnalistinin Amerika kəşfiyyatı tərəfindən ələ alındığına dair sensasion açıqlamalarının ictimai rəyə təsirlərini heçə endirməyə bərk can atırdı...

 

“Siz məndən soruşursunuz ki, nəyə görə bizim KİV-lər Azərbaycana bu cür güclü diqqət yetirirlər?”,-Berlindəki mənzil-qərargahında tanınmış alman hüquq müdafiəçisi, insan haqlarının müdafiəsi Liqasının rəhbəri Hans Eberhard Şults mənim sualıma bu sualla cavab verdi.

 

Məğrur görkəmi, sərt baxışı ilə, barmaqlarını ehtiyatla ovuşduraraq o, həqiqətin gözlərinə dik baxdı: “Siz heç vaxt bizim telekanallarda Frankfurtda və ya Drezdendə insan haqlarının vəziyyətinə dair tənqidlər eşidə bilməzsiniz. Sizə Honkonqda nümayişçilərin dağıdılmasından, Azərbaycanda söz azadlığının pozulmasından, Rusiyada müxalifətin təqib edilməsindən danışacaqlar... Lakin heç vaxt Almaniya haqda eşitməyəcəksiniz. Çünki belə tənqidlərə tabu qoyulub. Almaniya demokratiyadan və liberalizmdən çox uzaqdır. Başqa fikirdə olanlar lənətlənir...”.

 

Demokratik azadlıqların dünyanın ən inkişaf etmiş ölkələrindən birində, müasir Avropa liberal sivilizasiyasının avanqardında bu cür subyektiv qiymətləndirilməsi alman siyasi sistemi ilə şəxsi hesablaşmaları olan məşhur insan haqları müdafiəçisinin “məğrur duruşlu yalanı” kimi görünə bilər. Oxucuda Almaniya siyasi sisteminin plüralizminin xüsusiyyətləri barədə təbii və haqlı sual yarana bilər. Almaniyanı mühakimə etmək bizə qalıb? Bəs azad seçkilər necə olsun? Bəs hakimiyyətlərin dəyişməsi? Bəs inkişaf etmiş və azad bazar? (* https://virtualaz.org/aktual/180832)

 

 

Türkiyəli jurnalist Soner Yalçın köşələrindən birində qeyd edir: Atası Seyid İbn Tamur, CIA və MI6-nın dəstəyi ilə 1970-ci ildə Omanın diktatoru oldu. Ona "ekspert diktator" deyilir!

 

Və şübhəsiz ki, neft milyarderidir ...

 

Ancaq ... Başqa bir xüsusiyyəti var ...

 

Bunu Udo Ulfkottenin "Satılmış Jurnalistlər" kitabından oxudum.

 

Ulfkotte kitabında; Almaniyanın tanınmış gündəlik qəzeti olan “Frankfurter Allgemeine Zeitung”da 17 il işləyərkən, ictimai rəyə təsir göstərmək üçün iki blok uzaqlıqda Alman kəşfiyyatı / BND ilə necə əməkdaşlıq etdiklərini yazdı.

 

Misal üçün:

 

Umman səyahəti bunlardan biri idi ...

Gücə bu qədər yaxın olmaq insanları və peşələrini korlayır ...

 

Udonun yazdığı qeydlər və mıəqamlar başqa bir ölkədə yaşansaydı necə böyük bir təşviş xaosu yarada biləcəklərini düşünürsüzmü? Udonun yazdıqlarını oxuduqca siyasi dünyanın oyunları bir-bir adamın gözündə canlanır:

 

“Təxminən 25 ildir ki, jurnalistəm və həmişə yalan danışmağa və həqiqəti oxucuya deməməyə məcbur olmuşam, amma alman və Amerika mediasının bir neçə aydır Avropada insanları Rusiyaya qarşı döyüşməyə təhrik etməyə çalışdığını gördüyümdən bəri qərarımı verdim və bu oyunda olmadığını dedim. İnsanları bu şəkildə idarə etməkdə və Rusiyaya qarşı təbliğatda iştirak etmədiyimi dedim. Ötən illərdə mən və həmkarlarım yalnız öz ölkəmdə deyil, bütün Avropada oxucuya xəyanət etmək üçün qələmimizi satdıq. Bu kitabı yazmağımın səbəbi Avropada yeni bir böyük müharibədən çox qorxmağım, bir daha belə bir müharibə mühitində olmaq istəməməmdir. Müharibələr əsla öz-özünə baş vermir, onların arxasında həmişə siyasətçilər deyil, jurnalistlər də bu istiqamətdə çalışan bir qrup insan olmuşdur. Bu kitabı keçmiş illərdə müharibəyə sürükləmək üçün oxucuya necə xəyanət etdiyimizi izah etmək üçün yazdım. Artıq bir şey eşitmək istəmirəm, amma banan respublikalarında ola biləcək təbliğat yalanları ilə boğazım dolur.”

 

P.S. Almaniyanın media təxribatları onun öz istəklərini reallaşdırmaq üçün seçdiyi ən pis metodlardan biridir və qlobal siyasi mühiti zədələməkdən başqa heç nəyə yaramır.

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır