Artıq Avropa layihəsinin tamamilə qloballaşma istiqamətində olması həqiqətini qəbul və etiraf edən siyasi düşüncə tendensiyası formalaşır. Avropa İttifaqının (Aİ) qurucu sazişlərinin fəlsəfəsinə əsasən İttifaq yalnız qitədə sülhün təmin edilməsi və vahid bazar ilə Avropanın rifahının yüksəldilməsi üçün deyil, həm də düvrün qlobal problemlərinin həlli itiqamətində də mövcudluğunu göstərməlidir.
Belə ki, COVID-19 pandemiyasından əvvəl də, yalnız Avropa qitəsindəki qlobal problemlərin öhdəsindən gələ biləcək kritik kütlənin (critical mass) Aİ tərəfindən yaradıla biləcəyi məlum idi.[1]
Avropa İttifaqının ən böyük və güclü dövlətləri də daxil olmaqla üzv dövlətlərinin, milli maraqları ilə toqquşan 21-ci əsrin transmilli texnologiya, iqlim dəyişikliyi və demoqrafiya kimi qlobal problemlərlə bir milli dövlət olaraq tək öhdəsindən gəlməsi mümkün deyil. Üzv dövlətlər, ümumiyyətlə Avropa və dünyanın COVID-19 pandemiyası prosesində və sonrasında nəticə etibarı ilə ortaya çıxan iqtisadi böhrandan təkbaşına çıxa bilmədikləri kimi. Əgər Aİ dünyadakı digər aktorlarla/tərəflərlə ortaq məxrəcə gələrsə, qeyd edilən qlobal çətnliklərin öhdəsindən gəlmək üçün kritik gücə sahib olar. COVID-19 pandemiyası bu həqiqətin daha aydın görünməsinə səbəb oldu.
COVID-19-un Aİ-nin həssas bölgələrində artaraq tuğyan etməsi, ABŞ ilə Çin arasındakı gərginliyin artdığı və çoxtərəfliliyin ən çox ehtiyac duyulduqda funksional olmamaq təhlükəsi ilə üzləşdiyi bu dövrdə; Avropa xarici siyasətinin qış yuxusuna getməsi bir seçim ola bilməz.
Avropanın öz daxilində pandemiya ilə mübarizə aparmasına, bu çoxşaxəli böhrana dərhal müdaxilə etmə fürsətini əldən verməsinə baxmayaraq, Aİ Qlobal Strategiyasında qeyd edildyi kimi, təhlükəsizlik, münaqişələrə və böhranlara vahid/bütöv bir yanaşma, regional əməkdaşlıq və çoxtərəflilik kimi Aİ-nin dünyadakı rolunu istiqamətləndirən əsas prinsipləri işlək vəziyyətə gətirmək üçün COVID-19 həm legitimliyin əsasını qoyur, həm də Avropanın ən qısa müddətdə fəaliyyətə keçərək itkilərini bərpa etməsinə imkan yaradır.
ABŞ ilə Çin arasında getdikcə artan strateji rəqabətin ortasında qalan avropalılar, bu tərəflərdən birini seçmək və ya birinə tabe olmaq əvəzinə, ikisi arasında əlamətdar məqam yaratmağa imkan verəcək strateji muxtariyyət axtarışını artırmalıdır. Belə muxtariyyət xarakterli münasibət, Avropanı qlobal qarşıdurmanın az qala başqa bir sahəsinə çevirməyi hədəfləyən asimmetrik qarşılıqlı asılılığın dağıdıcı təsirlərindən qoruyaca bilər. Ancaq məqsəd sadəcə müdafiədə qalmaq deyil, COVID-19 pandemiyasının yaratdığı böhran, çoxtərəfli qaydalara əsaslanan sistemin qorunub saxlanılması və təkmilləşdirilməsində Avropa liderliyinin hər zamankındən daha çox ehtiyac olduğunu vurğulamaqdadır.
COVID-19 qlobal olaraq, tətbiq etməkdən ziyadə, ancaq müşahidə və tövsiyə edən bir idarəetmə arxitekturasının da çərçivəsini ortaya qoydu. Bunun ən bariz nümunəsi Ümumdünya Səhiyyə Təşkilatıdır. Bu böhran Avropa və dünya üçün ehtiyac olan daha çox beynəlxalq əməkdaşlıq, qaydalar, normalar və qurumlar olduğunu göstərir.[2] Birləşmiş Millətlər Təşkilatının (BMT) ən sadiq müttəfiqi olan Avropa, COVID-19-pandemiyasının yaratdığı böhrandan sonra dünyanın yeni sitemli bir BMT-yə olan ehtiyacını ödəmək məsuliyyətini də daşıyır.
Məlumat mübadiləsi şəfaflığı və COVID-19 böhranı ilə mübarizə sahəsində ən yaxşı təcrübələrin təmin edilməsi üçün, məlumatların toplanması baxımından verilənlər bazasının (data base) hazırlanmalı və istifadə edilməlidir. Eynilə, effektiv beynəlxalq müdaxilənin həyata keçirilməsi üçün tibbi avadanlıqların tədarükü sahəsində əməkdaşlığın davam etdirirlməsi vacibdir.
Həm Avropa . həm də dünya üçün 2007-2008 iqtisadi böhranından fərqli olaraq, real iqtisadiyyatda başlayan ancaq bununla birlikdə, maliyyə bazarlarına da yayıla biləcək bu böhranın qlobal iqtisadi təsirlərini azaltmaq üçün, G20 kimi çoxtərəfli forumların fəaliyyətini aktivləşdirmək vacibdir.
Həmçinin, COP26 (BMT-nin İqlim Dəyişikliyi Zirvəsi) qlobal böyüməni yaşıl böyümə olaraq yenidən həyata keçirməyə imkanı verəcəyinə dair ümüidlər yaradır.[3] 2021-ci ildə COP26 və G20-yə rəhbərlik edəcək iki Avropa ölkəsi - İngiltərə[4] və İtaliya ilə birlikdə bu iki qlobal idarəetmə platformasını inkişaf etdirmək, Avropa üçün zəruri bir fürsətdir.[5]
Avropanın, xüsusilə də İttifaqın cöğrafi sərhəddlərindən kənarda yerləşən həssas və münaqişə bölgələrində dayanıqlı inkişaf gündəmini kənara qoymaqdansa, bu məsələdə liderliyi ələ alması da vacibdir.
2021-2027 çox illik naliyyə çərçivəsinin rəhbər prinsipləri beynəlxalq olduğu qədər, avropalılar üçün İttifaq çərçivəsində və həmrəyliyin təmin edilməsinıə üçün də məsuldur. Həmçinin COVID-19, həm Avropa İnvestisiya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı ilə üzv dövlətlərin inkişaf agentliklərinin fondları ilə birlikdə koordinasiya edilə biləcək daha uyğun bir Avropa beynəlxalq maliyyə sisteminin qurulmasına səbəb olmalıdır.[6]
Hər gün virusa yoluxaraq xəstələnən və ölən vətəndaşlarla bağlı məlumatların verilənlər bazasının tərtib edilməsindən ziyadə, karantininin yaratdığı sosial narahatlıq, narazılıq və yaranan iqtisadi krizislə mübarizə aparan avropalılar, artıq qəbul etməlidirlər ki, təkcə müqavimət göstərərək bu virusu məğlub etməyin yolu yoxdur.Roma Papası Fransiskin qeyd etdiyi kimi, “qlobal olaraq eyni gəmidə olduğumuzu anlamalıyıq.”
Elnarə Qəribova
Sosial Tədqiqatlar Mərkəzi
Baş məsləhətçi
[1] https://espas.secure.europarl.europa.eu/orbis/sites/default/files/espas_files/about/espas-report-2015.pdf
[2] https://www.genevaenvironmentnetwork.org/resources/updates/updates-on-covid-19-and-the-environment/
[3] https://www.greentechmedia.com/articles/read/bp-just-killed-the-false-choice-of-coronavirus-or-climate-change
[4] https://www.bbva.com/en/countdown-to-cop26-london-and-paris-will-lay-the-groundwork-for-glasgow-2021-to-fight-the-climate-crisis/