Rəqəmsal diplomatiya son on ildə çox populyar bir anlayışa çevrilməktədir.. Rəqəmsallaşma və rəqəmsal dəyişmənin/çevrilmənin təsirləri hər bir iş sahəsi kimi diplomatiya, beynəlxalq münasibətlər, qlobal tarazlıqları saxlamaq istiqamətində geosiyasi və gü
Mövzunu birbaşa rəqəmsal diplomatiya ilə başlamazdan əvvəl arxa plana nəzər yetirməkdə fayda var. COVID-19 pandemiyası, müasir cəmiyyəti və dünya düzənini təşkil edən bütün şərtləri, siyasəti, iş aparmaq üsul və prosedurlarını, protokolları, münasibətləri və normaları hərtərəfli nəzərdən keçirməyimizi tələb edən yanaşmaları yeni müstəviyə gətirir."Yeni Normal" olaraq təyin olunan bu dövrün qurucu, dəyişdirici və təyinedici gücü diqqəti çəkir. Koronavirus epidemiyası səhiyyə/sağlamlıq problemi kimi başlasa da, ancaq demək olar ki, hər sahəni əhatə edən qlobal bir böhrana çevrilmişdir.
COVID-19 epidemiyasının sosial həyata təsiri tarix boyu qarşılaşdığımız bühranlar və sistem dəyişməsinə/çevrilməsinə səbəb ola biləcək yeni bir "meta güc" ola bilərmi? Bu potensial böhranın yarada biləcəyi şiddəthər kəsi maraqlandırır. Və suallar getdikcə artır və dərinləşir. Biz nə ilə qarşılaşırıq? 11 sentyabr Əkiz Qüllələrə hücumlarından sonra bütün dünyanı yeni "terrorizm", "dost", "düşmən" tərifləri ilə formalaşdırmaq və sekuritizasiya etmək kimi daha tematik və ya məhdud sahələrin dəyişməsi/çevrilməsiləmi qarşılaşırıq? Yoxsa Ərəb Baharı kimi daha çox regional təsirlərə səbəb olan və bitməyən proseslərləmi? Ya da həyatın bütün sahələrinə yayılan zaman baxımındn məhdudiyyətsiz məkanı əhatə bir dəyişimə/çevrilişmi gözləyir bizi?
Müasir diplomatiya bu dəyişkən zaman diliminin ortasındadır və bu dəyişiklik nisbətinin, müasir sənaye cəmiyyətlərində baş verən ümumi dəyişiklik tempinə uyğun gələcəyi ehtimalı böyükdür.[1]Diplomatiya müasir, sənaye, qlobal və sosial anlayışdır. Dövlətlərin münasibətlərini müəyyən qaydalar və dəyərlər çərçivəsində tənzimləməsi üçün yaradılsada daha sonra, tarixi axında müasir diplomatiyanı təyin edən və quran "(sərt) güc" konsepsiyasında yaşanan dəyişikliklərlə alt sahələrə və mikro ixtisaslara bölündü.
Yumşaq güc və kiber güc kimi anlayışların ortaya çıxması ilə ictimai diplomatiya və rəqəmsal diplomatiya da "tamamlayıcı diplomatiya" olaraq istifadə və tədqiq edilə biləcək sahələri də müəyyənləşdirdi.Diplomatiyanın praktik tərəfi, qloballaşma ilə inkişaf edən ünsiyyət metodları və vasitələrinin köməyi ilə ictimai sahə, idarəetmə və kütlənin idarə edilməsi baxımından əməliyyatların aparıldığı sahələrdə olduğu kimi, media və sosial ünsiyyət/yaxınlaşma kontekstindəki sahələrdə də tətbiqetmələrə ehtiyac duyur.Təhsilin məktəblərə, maliyyə və ticarətin iş yerlərinə və banklara, idmanın stadionlara, salonlara,əyləncənin kinoya, teatra, ticarət mərkəzlərinə və restoranlara, nəqliyyatın hava limanlarına və stansiyalara ehtiyacı olduğu kimi.
Ancaq COVID-19 ilə bir sosial norma ya da yeni “Sosial müqavilə” kimi normalaşmış "sosial məsafə", sözün əsl mənasında müasirİKT və ictimai məkanları/sahələri “no man’s zone" halına gətirib.
Başqa sözlə,COVID-19 ilə modernizmin əsas nailiyyətləri olan qloballaşma, sosiallaşma və kapitalizm sanki dayandırılaraq əlaqə kəsintisi vakumundadır. İnsanların özlərini virus təhlükəsindən uzaqlaşdırması və təcrid etməsi sosial hərəkətlilik, ticarət, siyasət, əyləncə və diplomatiyanı durğun vəziyyətə gətirdi.
Bu baxımdan rəqəmsal diplomatiyanın gələcəyi haqqında veriləcək hər sual diplomatiyanın gələcəyi ilə bağlıdır. Və maraqlıdır ki, yəni hamı rəqəmsal diplomatiyadan eyni şeyi başa düşür?Çünki rəqəmsal diplomatiyanın gələcəyi ilə bağlı proqnozlar, onun necə başa düşülməsi və tətbiq olunması ilə əlaqəlidir.Distant təhsil, distand iş COVİD-19 pandemiyası dövründə gündəlik həyatın tərkib hissəsi olması, eyni şəkildə rəqəmsal diplomatiyada diplomatiyanın distans reallaşması deməkdirmi?Bu baxımdan rəqəmsal diplomatiyanın hansı tətbiqləri və tərifi distans diplomatiya sayıla bilər?
Rəqəmsal diplomatiyanın ümumiyyətlə dar və geniş tərifləri var. Dar tərifində, ancaq diplomatlar tərəfindən dövlətlərarası münasibətlərdən, rəqəmsal mediadan, vasitələrdən və metodlardan istifadə edərək həyata keçirilən bir fəaliyyətdir. Həmçinin, dövlət qurumlarına və xarici işlər nazirliklərinə məxsus sosial media kanallarından paylaşılan mətn, fotoşəkilləri və videoları olan veb səhifələrdən məlumatların yayımlanması, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, elektron viza, elektron qeydiyyat kimi tətbiqetmə nümunələrini qeyd etmək olar.
Digər tərəfdən,Danimarkanın Silikon Vadisində “TechPlomacy”[2]texnologiya səfirliyi qurması (Danimarkanın, xarici siyasət fəaliyyəti kimi çoxmillətli texnologiya şirkətləri ilə diplomatik əlaqələr quraraq “TechPlomacy” konsepsiyasını, Twitter-in beynəlxalq münasibətlər sahəsində geniş yayılması ilə ortaya çıxan “Twiplomacy” konsepsiyasından sonra istifadə etməyə başladı)[3], ABŞ-ın 21-ci əsr dövlət modelini, bir çox ölkələrin xarici işlər nazirliyinin sünizəka və “big data”larla bağlı tədqiqatları, öz strukturları daxilində inkubasiya və sahibkarlıq mərkəzlərini açmaq, “Hackathon”[4] tənzimləmələri kimi fəaliyyətləri ancaq dar tərif əsasında qiymətləndirmək cox çətindir.
Rəqəmsal diplomatiyanın geniş tərifinin rəqəmsal aləmə və diplomatiyaya aid olan hər şeyəaid olduğu bəzi kəsişmələr yerinə İKT, sosial media-orta hədəf auditoriyası, istehsal, innovasiya baxımından həm rəqəmsal, həm də diplomatiyanı əhatə edən kombinə edilmiş dəsti öz fəaliyyət sahəsi kimi qəbul edən olduğunu deyə bilərik.Həmçinin, “Foreign Affairs” jurnalında, koronavirus pandemiyasından sonra dünyanı şərh edən on iki qlobal mütəfəkkirin[5] və daha texnolojik və determinist bir yanaşmaya sahib olan Yuval Noah Harari[6], Anne-Marie Sloughter[7] kimi adlar, gələcəyi "şəbəkə”(networked) ", "kəmiyyət" və "alqoritmik" idarəetmə olaraq təyin edir.Bir sözlə, diplomatiya və rəqəmsal diplomatiya da daxil olmaqla, rəqəmsala rəqəmsal deməyimizə səbəb olan sərhədlər yox olmağa başladığı dövrdəyik. O dövr ki, alqoritmik qayda(sızlıq) getdikcə qurulduğunu daha açıq bəyan edir.
COVID-19 pandemiyası zamanı ölkələrin xəstəliyin aşkarlanması, sosial məsafənin qorunmasını təmin etmək kimi məqsədlər üçün istifadə olunan “big data”lar və ona əsasən məkan müəyyənləşdirməyi asanlaşdıran, izləmə kimi mobil tətbiqlər və ağıllı texnologiyalar insan yaşamının hər anında olacağı aydındır...Nəticə etibarı ilə, diplomatiyada sərt və yumşaq hesab olunan güc təriflərinin, yeni normal dağıdıcı, hesablama-alqoritmik və kvant versiyaları ciddi şəkildənəzərə alınmalıdır.
COVID-19 pandemiyası, istifadəçi, müştəri, vətəndaş, auditoriya, iştirakçı kateqoriyalarındakı fəaliyyəti və davranışı getdikcə daha çox rəqəmsallaşdırmaqdadır. Diplomatiyanın əsasını təşkil edən güc anlayışı, texnologiyanın inkişafı ilə kütlələrə yayılmaqdadır.
Diplomatiya və rəqəmsal diplomatiya anlayışlarının perspektivlərindən və rəqəmsal diplomatiyanın müəyyənləşdirilməsinin gələcəyindən bəhs edərkən “yeni normal” dövrü ("Yeni Normal" olaraq təyin olunan bu-COVID-19dövrününü və sonrasının qurucu, dəyişdirici və təyinedici gücü) həlledici olacaqdır.
COVID-19-un yaradacağı qurucu və dəyişdirici nəticələrin daha çox rəqəmsal adlarla əlaqəli olacağı qeyd edilir. Rəqəmsal diplomatiyanın içindəki rəqəmsal konsepsiya belə davamlı bir dəyişiklik içində olmağına baxmayaraq, COVID-19-un sürətli təsiri, rəqəmsal diplomatiyanın geniş tərifini beynəlxalq münasibətlərdə getdikcə daha çox əsas mövqeyə çevirməktədir. Yeni rəqəmsal diplomatiyanın yüksəlişi, hesablama-alqoritmik sıraya söykənən genişlənən tərifi ilə davam edəcəkdir.
[1]https://www.swp-berlin.org/en/publication/new-realities-in-foreign-affairs-diplomacy-in-the-21st-century/
[2]Denmark Tech Ambassador Office. (2017). TechPlomacy (technological-diplomacy). https://techamb.um.dk/
[3]Office of Tech Ambassador of Denmark: https://techamb.um.dk /en/techplomacy/abouttechplomacy/
[5]How the World Will Look After the Coronavirus Pandemic. The pandemic will change the world forever. We asked 12 leading global thinkers for their predictions.https://foreignpolicy.com/2020/03/20/world-order-after-coroanvirus-pandemic/
[6]Yuval Noah Harari: The world after coronavirus https://www.ft.com/content/19d90308-6858-11ea-a3c9-1fe6fedcca75
[7]Yuval Noah Harari: The world after coronavirus