N.Paşinyan Ermənistanın hazırda düşdüyü vəziyyətə və Qarabağda ordumuzun apardığı Vətən müharibəsində məğlubiyyətinə düçar olmasına görə həm yerli-lokal,həm də, qlobal müstəvidə diasporanın hədəfinə də tuş gəlib.
Onun Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan Cənab İlham Əliyevlə müxtəlif debatlarda diplomatik-intellektual məğlubiyyəti, Böyük Britaniyada ən populyar "Hard Talk” tok-şousunda və MDB sammitlərində natiqlik və dil bilgilərinin rişxənd obyekti olması gerçək faktlardır.
( Медведев посмеялся над тем, как Пашинян говорит по-русски)
Birinci arqument Paşinyana beynəlxalq münasibətlə bağlıdır.
1. Paşinyan guya "demokratik rəngli inqilab və erməni xalqının azad seçimi ilə”siyasi hakimiyyətə gələn,korrupsiyaya qarşı müharibə elan edən və demokratiya quracaq erməni rəhbəri kimi beynəlxalq səviyyədə "rəğbət” qazanmışdı. Dünya azadlıq indekslərində Paşinyana görə Ermənistan irəli sıralara çəkilmişdi.
2. Son onilliklər boyu Ermənistan rəhbərliyində Azərbaycan torpaqlarını işğal edən Qarabağ qatilləri olub. Dünya mediası Paşinyan Ermənistan rəhbərliyində Qarabağ klanını əvəz edən, münaqişə ilə bağlı mövqeyinin fərqli olacağı, bütün məsələlərdə erməni cəmiyyətinin gözləntilərini doğruldacağı haqda proqnozlar verirdi. Paşinyan guya özündən əvvəlki iki sələfi Sarkisyan və Köçəryandan fərqli olaraq Ermənistanda anadan olduğu üçün, "müharibə klanına”aid edilmirdi.
3. Paşinyan özündən əvvəlki sələfiləri - Sarkisyan və Köçəryandan fərqli olaraq, güc-bəla ilə olsa da, öz fikirlərini ən azından beynəlxalq trubunalarda dünyanın başa düşə biləcəyi dildə çatdıra bilirdi.
4. Hakimiyyətə gəldiyi (2018-ci ilin mayı) ilk vaxtlarda Paşinyanın ikiüzlülük edərək Qarabağ danışıqları ilə bağlı bəzi riyakar "xoşməramlı” mesajlar verməsi də büynəlxalq auditoriyaya ünvanlanmaqla, onun Azərbaycan rəhbərliyindən daha çox "danışıqlara sadiq/sülhpərvər imic” yaratmasına hesablanmışdı.
Onlarla müqayisədə Prezident İlham Əliyevin Qarabağ müharibəsi təcrübəsi yox idi. Bir neçə beynəlxalq mütəxəssis müxtəlif səbəblərdən bu fərqə diqqət çəkib.
İkinci arqument isə Paşinyanın göründüyü/təqdim edildiyi kimi "zəif və səfeh”deyil, gerçəklikdə özündən əvvəlki sələfləri - Sarkisyan və Köçəryandan daha qəddar və daha saxtakar olması ilə bağlıdır.
1. Prezident İlham Əliyev də son müsahibələrində qeyd edib ki, "Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq."
2. N.Paşinyanın radikallığı və qəddarlığı onun oğlunu Qarabağa guya "hərbi xidmətə” göndərməsində, Xocalı qatilləri olan sabiq erməni rəhbərliyinin demədiyi "Qarabağ Ermənistandır və nöqtə” kimi siyasi əxlaqsızlıq nümayişində, Aprel döyüşlərində məğlub olan əvvəlki hərbi-siyasi rəhbərliyə məhkəmə qurmasında, Qarabağa tez-tez nümayişkəranə qanunsuz "gəzintilər”, "andiçmələr” təşkil etməsində, dövlət sərhədlərimizdə - Tovuzda döyüş meydanı açmaqla hərbi təxribat törətməsində, həyat yoldaşının Kalaşnikov avtomat silahını Azərbaycana tuşlamasında və digər siyasi şərəfsizlik misallarında özünü göstərdi.
Hərbi canilər - Sarkisyan və Köçəryanın Paşinyandan daha çox danışıqlara üstünlük verməsi,onların Azərbaycanın gücünü və yüzlərlə erməni əsgərin aşkar ölümə getməsini dərk etməsi ilə bağlı idi.
3. Bu baxımdan əgər bu müharibə Köçəryan və ya Sarkisyanin dövründə başlasaydı, onların dərhal danışıqlara getməsi proqnozlaşdırıla bilərdi.
Beləliklə, hazırda Ali Baş Komandanımızın basçılığı ilə aparilan müharibəyə tab gətirməyərək, rüsvayçı məğlubiyyətə uğrayan, lakin Sarkisyan və Köçəryandan daha qəddar və riyakar olan Paşinyan onları yardıma çağırıb.
Lakin Ali Baş Komandan İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi strateji hərbi-ordu quruculuğu, iqtisadi və beynəlxalq siyasət, hazırda apardığı qalibiyyətli döyüşlər nəticəsində onların üçünün birliyi tab gətirməyərək darmadağın olur.
Bu baxımdan Paşinyanın "zəif düşmən” obrazının arxasında, əslində Ermənistanın ən yeni tarixinin ən qəddar və saxtakar, eyni zamanda ən hiyləgər rəhbəri durur.
İlham Əliyevin bu savaşda zəfəri Lider-Xalq birliyindən doğur və hər gün aldığımız qalibiyyət xəbərləri bu birliyin sarsılmaz olduğunu sübut edir. Xalq öz Liderinə inanır. Lider də Xalqdan aldığı güc və etimadla tariximizin yeni şanlı səhifələrini yazır.
Prezidentimizin strateji hərb siyasəti nəticəsində Ermənistan yaxın onilliklərdə özünə gələ bilməyəcək.
30 illik Vətən, torpaq həsrəti, millətimizin qırılmaz iradəsi insanlarımızı daha da həmrəy edib, düşmənə qarşı milli birlik cəbhəsini açıb.
Qafqazın ən güclüsü, dünyanın isə 54-cü ən güclü ordusu olan şanlı Azərbaycan Ordusu düşməni layiq olduğu yerində oturdur.
Ermənistanın iflasa uğramış ordusu, "saxtakar qalib ordu” mifi darmadağın edilib.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!