Koronavirus pandemiyası dövründə müxalifət-iqtidar münasibətlərində müşahidə edilən 2 istiqaməti fərqləndirmək olar. Bunlardan: Birincisi - müxalifətlərin pandemiyanı siyasiləşdirərərk bütün dünyada yaranan obyektiv böhran şəraitindən, səhiyyədə ortaya ç
Maraqlıdır ki, bu proseslərin baş verməsi BMT-nin səhiyyə üzrə beynəlxalq təşkilatı olan ÜmumDünya Səhiyyə Təşkilatının (ÜST) da diqqətini cəlb edib. Hələ pandemiyanın başlanğıcında baş direktor Tedros Adhanom Ghebreyesus pandemiyanı öz məqsədləri üçün sui-istifadə edən qlobal müxalifətə səslənərək deyib: “Siyasi xallar toplamaq üçün COVID-dən istifadə etməyə ehtiyac yoxdur. "Özünüzü göstərmək, inkişaf etdirmək üçün başqa çox başqa yollar mövcuddur.”
ÜST rəhbəri ABŞ prezidenti Trumpa müraciətlə, COVID-19 pandemiyasını siyasiləşdirməməyə və koronavirusu məğlub etmək üçün ölkədə birlik axtarmağa çağırdı: “ABŞ Prezidenti Donald Trump vəba xəstəliyini siyasiləşdirməməlidir, çünki əks-təqdirdə çox sayda qurbanla üzləşə bilər. Xahiş edirəm bu virusu siyasiləşdirməyin. Epidemiyalar yalnız milli səviyyədəki daxili siyasi çəkişmələr üçün sərfəlidir. Əgər daha çox insan cəsədləri istəyirsinizsə, onda bunu edin. Yox əgər sizə daha çox insan cəsədləri lazım deyilsə, onu siyasiləşdirməkdən çəkinin. Bu təhlükəli virusu məğlub etmək üçün ölkənizdə birlik çox vacib olacaq."( 'Please Don't Politicize This Virus,' WHO Head Says After Trump Threatens Funding.April 8, 2020)
ÜST rəhbəri pandemiya dövründə bir neçə dəfə müxalifət-iqtidar münasibətlərinə yer ayırıb. O mətbuat konfransında hətta “soyuq müharibə” zamanı SSRİ və ABŞ-ın qızılça xəstəliyinə qarşı birliyini yada salıb və deyib: "Mən dünyaya iki şeyi təklif etmək istəyirəm. Birincisi - milli səviyyədə, partiya və digər fərqlər və ideologiyalarım fövqünə çıxmağa çalışmalıyıq. Daxildə - milli səviyyədə siyasi partiyalar, dini və ya digər qruplar arasında ayrılıq olduqda, onda virusu hərə öz məqsədləri üçün istifadə edəcək və bizi ayıracaq.. Xahiş edirəm bu virusu siyasiləşdirməyin! Bu, atəşlə oyundur. Ölkənizin birliyi bu virusu məğlub etmək üçün mütləq lazım olacaq. Mən də siyasətçi olmuşam. Bunun nə qədər çətin olduğunu da bilirəm. Çətin olsa da, bu yeganə yoldur. Günün sonunda hər kəs hansısa siyasi partiyanın üzvüdür. Bütün siyasi partiyaların diqqəti - xalqı xilas etmək olmalıdır. Xahiş edirəm bu virusu siyasiləşdirməyin. Bu milli səviyyədə səyləri istismar edir. Əgər siz də istismar etmək istəyirsinizsə və daha çox cəsədlər istəyirsizsə, bunu edin. Yox əgər daha çox cəsəd istəmirsinizsə, o zaman siyasiləşdirməkdən əl çəkin. Qısa mesajım budur: Lütfən, COVID-i siyasiləşdirilməsinə "karantin" qoyulsun.”
Beləliklə, Covid 19 pandemik böhranı dünya ölkələrinin bütün siyasi guclərindən kritik vəziyyətə dərhal cavab verməyi tələb etdi. Siyasi və iqtisadi böhranlar adətən avtomatik olaraq idarəedici güclərlə birgə fəaliyyət göstərməyi vurğulayaraq cəmiyyətin müxtəlif qatlarında güclü əməkdaşlıq təşəbbüsünü irəli çəkir. Təhlükələri təhlil edərək digər siyasi güclərlə birgə işləməyə can atan hakimiyyət böhrandan əvvəl və sonra hər zaman güclənməyə başlayır. Əks halda həm seçicilər, həm də cəmiyyət tərəfindən dəstəyi itirməklə cəzalandırılırlar.
Macarıstan nümunəsi
Münasibətlər mənfidir:
Macarıstanda qəbul edilmiş “Fövqəladə vəziyyət haqqında qanun” dünya siyasətində eləcədə ölkədə müxalifət qüvvələri tərəfindən tənqidə səbəb oldu. Əlavə olaraq səhiyyənin mövcud durumu, səhiyyə işçilərinin və qocalar evində yaşayan yaşlı insanların vəziyyəti müxalifətin qinaq obyektine çevrildi. Siyasi dəstək fiqurlarına nəzər salsaq, bəhs edilən strategiya hələ öz təsdiqini tapmayıb, lakin uğurlu taktika kimi qiymətləndirilə bilər. Müxalifətə görə fövqəladə vəziyyət haqqında qanun demokratik qaydalara xələl gətirib.
Venesuela
Münasibətlər müsbətdir:
Venesuela höküməti COVİD 19 la mübarizənin daha effektli olması üçün test imkanlarının genişləndirilməsi üçün fondların toplanması təşəbbüsünü irəli sürərək müxalifətlə bir araya gəlib. Məqsəd COVİD 19-a yoluxanların sayının dəqiq müəyyən olunması və yayılmasının qarşısının alınmasıdır.
Ermənistan
Ermənistanda hazırda müxalifət - iqtidar münasibətlərində ən kəskin qarşıdurma vəziyyəti var. Bununla yanaşı, müxalifəti COVİD 19-la mübarizənin qiymətləndirilməsi üzrə Komissiyanın yaradılmasına nail olub. Ermənistan Parlamentində - Ermənistan hakimiyyəti və komendaturası tərəfindən koronavirus epidemiyasının yayılması və qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin effektivliyinin qiymətləndirilməsini araşdıran Komissiya yaradılıb. Bu barədə Respublikanın Parlamentinin nümayəndəsi Ararat Mirozyan 3 iyul 2020-ci ildə məlumat verib. Komissiya pandemiya ilə bağlı fövqəladə vəziyyət üzrə hakimiyyətin həyata keçirdiyi tədbirləri, epidemiyanın nəticələrinin likvidasiyasi və eyni zamanda fövqəladə vəziyyət zamanı insan hüquqları məhdudiyyətlərinin qanunauyğunluğunu araşdıracaq. Komissiyanın üzvlərinin sayı isə 2020-ci ilin sentyabr ayında Ermənistan Milli Məclisinin ilk sessiyasında müəyyənləşdiriləcək.
Qeyd edək ki, cari ilin 2 iyulunda “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” müxalif partiyaları koronavirusla bağlı komendaturanın və hakimiyyətin pandemiya ilə bağlı tədbirlərini qiymətləndirən Komissiyanın yaradılması təklifi ilə çıxış ediblər.
Gürcüstan
Münasibətlər qismən yaradılıb:
Gürcüstan parlamentinin deputatları uzunmüddətli müzakirələrdən sonra “İctimai sağlamlıq haqqında qanuna” düzəlişləri 22 may 2020-ci ildə qəbul edib. Qanuna düzəlişlər Gürcüstan hakimiyyətinə fövqəladə vəziyyətdən çıxmanı bir sıra məhdudiyyətlər tətbiq edilməsinə hüquq verir.
Qanunu tənqid edən müxalif partiyalar və siyasətçilər hakmiyyətə qarşı sərt tənqidlə çıxış ediblər. “Vahid milli Hərəkat” fraksiyasının sədri Roman Qosiridzenin dediyi kimi qanun layihəsi “hakimiyyətin əlində ciddi silah olaraq qalır”. Gürcüstanın baş naziri Georgi Qaxariya isə koronavirusun yayılmağının qarşısını almaq məqsədilə hakimiyyətə birmənalı olaraq məhdudiyyətləri tətbiq etməyə şərait yaradan qanun layihəsini tənqid etməyi “siyasi maskarad” aldlandırıb. Qaxariya hesab edir ki, müxalifətin fəaliyyət hakimiyyətin məqsədi iqtisadiyyatın yenidən fəaliyyətini bərpa etməsi və sağlamlıq sferasında 2 cəbhədə vuruşmasına mane olmağa hədəflənib.
Tənqidlərə və mübahisələrə baxmayaraq qanun layihəsi bəzi əhəmiyyətli dəyişikliklərin - təşəbbüs kəsb edən düzəlişlərin qəbul edilməsi ilə birgə 15 iyula qədər qüvvədə olacaq. Qanun layihəsinin ilkin variantına görə, düzəlişlər "karantin tədbirləri" anlayışını təqdim edərək hökumətə dövlət idarələrinin fəaliyyətini müvəqqəti tənzimləmək, əlavə olaraq vətəndaşların bir sıra hüquq və azadlıqlarının və sahibkarlıq fəaliyyətinin mövcud qanunvericilikdən fərqli qaydalara uyğun olması hüququnu verdi. Yeni düzəlişə əsasən hakimiyyət pandemiya və ya xüsusi təhlükəli empidemihya şəraitində - qanunla müəyyən edildiyi, normativ akt elan edildiyi, diskriminasiya xarakteri daşımayan və Gürcüstanın Konstitutsiyasına zidd olmayan müvəqqəti məhdudiyyətləri tətbiq edə bilər.
Buna baxmayaraq müxalifət qanun layihəsindən razı deyil və bu barədə etiraz məqsədilə Konstitusiya məhkəməsinə müraciət etməkdən çəkinməyib.
İsveç
Münasibətlər mənfidir:
İsveç müxalifəti hakimiyyətin koronavirusla bağlı kifayət qədər tədbirlərin görməməsi ilə bağlı müstəqil araşdırmanın aparılmasını təkid edir. İki nisbətən böyük müxalif partiya qeyd edib ki, komissiya bununla bağlı fəaliyyəti hələ may ayında həyata keçirməli idi. Nəzərə almaq olar ki son günlərdə İsveçdə yeni növ koronavirus səbəbindən ölüm hallarının sayı qonşu sərhəd ölkələrə nisbətən xeyli dərəcədə artıb. Hakimiyyətin ünvanına - lazımi tədbirləri həyata keçirməməklə öz vətəndaşlarının həyatını təhlükəyə atmaları ittihamları səsləndirilir.
Böyük Britaniya
Münasibətlər mənfidir:
Müxalifət höküməti xüsusi qayğıya möhtac evlərində səbəbi izah olunmayan ölümlərin artması ilə əlaqədar hökümətin həmin insanlara kömək etməkdə gecikdiyini bildirərək tənqid etmişdi. Baş Nazir Boris Conson isə hökümətin həmin evlərdə pandemiyanın azaldılması sahəsində uğurla fəaliyyət göstərdiyini bildirmiş və əlavə 600 mln funtun bu məqsədlə ayrıldığını qeyd etmişdi. Əməkçilər partiyasının sədri Sir Keyr və Boris Consonun fikirləri pandemiyanın başlanğıc mərhələsində hökümətin məsləhətləri üzərində toqquşub. Sessiyadan sonra Keir Baş Nazirin Parlament nümayəndələrinə səhv məlumat verməklə tənqid etmiş və geri qayıdaraq çıxışını düzəltməsi barədə yazmış, Baş Nazir isə bunu seçicilik və yanlış yönəltmə barədə günahlandırmışdı.
İspaniya
Münasibətlər mənfidir:
İspaniynanın Voks (Vox) partiyası hökümətin pandemiyaya qarşı tədbirlərini tənqid etmiş, bununla bağlı etiraz aksiyası keçirmiş və sosialist baş nazir Pedro Sançezin istefasını tələb etmişdir. Sosial distansiyanın saxlanılması məqsədilə nümayişçilər öz maşınlarında Madrid şəhərində etiraza qoşulmuşdular. Voks Partiyasının sədri Santiyaqo Abaskal hökümətin 2 ay davam edən sərt karantin rejimini tənqid edərək aradan götrülməsini, əks təqdirdə iqtisadiyyata və işsizliyə mənfi təsir edəcəyini bildirmişdi. Qeyd edək ki, İspaniya Avropa ölkələri arasında koronavirusa ən çox məruz qalan ölkələrdən biridir və bununla bağlı sərt qaydalar tətbiq edir. Bu arada Baş nazir Pedro Sançez sərt rejimin yumşaldılması ilə bağlı 2 məqami vurğulamış – iyuldan etibarən xarici truistlər üçün sərhədləri açacağını və 8 iyundan etibarən Liqadakı futbol maçlarının yekunlaşdırıla biləciyini qeyd etmişdir. Həmin müddətdə Sançez Parlament səs çoxluğuna sahib olaraq fövqəladə vəziyyətin 6 yuna qədər uzadılacağı qərarını təsdiqləmişdir.
Macarıstan və Polşa koronavirusdan müxalifəti cəzalandırmaq üçün istifadə edir.
Münasibətlər mənfidir:
Avtoritar rejimlər pandemiyanı öz güclərini artırmaq məqsədilə istifadə etdikləri zaman Avropa Birliyi belə köməksiz qalır. Avropa Birliyi pandemiya məqsədilə 37 million avro - 40 milion dolları struktural fondlar üçün vəsait ayırmışdır. Nəticə olaraq bu miqdarı virusla ən çox yoluxan İtaliya və İspaniya ilə yanaşı Macarıstan və Polşa da əldə etmişdir. Demək ki hər ikisinin virusla mübarizədə kifayət qədər büdcəsi var.
Macarıstan prezidenti Viktor Orban parlamentdən aldığı dəstək sayəsində müxalifətin bütün tələblərini rədd edir. Polşa preidenti Yaroslav Kaczinski isə mayda keçiriləcək prezident seçkilərinə qədər müxalifət namizədlərin lazımi təbliğğatı aparmasına əngəl törədirdi. Hökumət, bütün 30 milyon və ya daha çox səsin poçt seçkisi ilə verilməsini tələb edən bir qanun layihəsi irəli sürmüşdü.
ABŞ
Münasibətlər mənfidir:
ABŞ-da prezidentin böyük oğlu Trump Jr. Görüşlərin birində New York Times qəzetinin "Gəlin bunu Trampvirus adlandıraq" başlıqlı məqaləsi haqda öz açıqlamasında bildirdi: Demokratlar partiyası hesab edir ki, koronavirus gəlib milyonlarla amerikalını öldürəcək və atamın prezidentliyinə son qoyacaq. Demokratlar partiyası atamı gözdən salmaq üçün koronavirusdan istifadə edə biləcəkləri hər şeyi edəcəklər. Onlar atamın müsbət mənada etdiyi hər şeyi inkar edir, bunun üçün hətta hər şeyin pis olması üçün milyonlarla insanın öləcəyini arzulayır, ümid edirlər.
Lakin bilməlidirlər ki, bu xəstəlik Donald Trampın qalib gəlməsi üçün yeni bir əlavə şans olacaqdır. Mən bunun koronavirus və ya “Trumpla bağlı psixi pozğunluq sindromu” olub olmadığını bilmirəm, amma bu insanlar (demokratlar) artıq çarəsiz formada yoluxublar."
Demokratlar seçki ilə keçəcək ili, iqtisadiyatı tənzimləmək üçün və səhiyyə sistemini gecləndirmək üçün dövlətin 3 trilyon dollar məbləğində dəstəyini təklif edən qanun layihəsini təklif etdilər. Lakin qanun layihəsi Respublikaçılar tərəfindən tənqidlə qarşılandı. Respublikaçılar qanun layihəsini siyasi demokratik qüsur kimi görür, işsizliyin ödənişli təbliğini insanların işə qarşı motivasiyasız hala gəlməsinə, qanunsuz miqrantların federal faydalara sahbi olmasına şərait yaratdıqlarını qeyd edirdilər – “It may help the cannabis industry, but it won’t help Main Street,” said House Minority Leader Kevin McCarthy, R-Calif.
Kanada
Non-partizan ruhlu Kanada parlamenti müxalifətin səs verməkdən imtina etdiyi COVİD 19-la əlaqədar fövqəladə qanun layihəsini 10 iyun 2020-ci il tarixində qəbul etdi. Konservativlər hökümətin qanun layihəsini iki hissəyə bölərək əlilliyi olan kanadalıların daha irəli getməsi təklifini qəbul etmədilər. əlilliyi olan kanadalılara birdəfəlik vergisiz 600 $ məbləğin ödənilməsi haqqında qanun hazırda qeyri- müəmmalı vəziyyətdədir və səbəb olaraq tərəflər bir birini günahlandırırlar.
Hökümət Evinin başçısı Pablo Rodrigez heç bir müxalifət partiyasının bu qanun layihəsi təklifini qəbul etməməsinə böyük təəccüblə baxdığını, buna baxmayaraq bu istiqamətdə müxalifətlə danışıqlar aparmağa çalışdığını bildirmişdi. Qanun layihəsi əmək haqqı subsidiyiyasının genişləndirilməsi, mövsümi işçilər, əlavə bizneslər daxil olmaqla, Kanada Təcili Yardım faydasından sui istifadə etməyə görə cəza təklif edən proqramını nəzərdə tutur. Əlavə olaraq, qanun layihəsi Kanadanın Gəlir Agentliyinə məlumat mübadiləsinə imkan verən bir müddəanı özündə cəmləşdirir. Beləliklə əlillik üzrə vergi krediti kateqoriyasına aid olan Kanadalılar da layihədən yararlana bilərlər.
Liberallar pandemiya ilə əlaqədar digər qanun layihələrində olduğu kimi Nümayəndələr Palatasındakı qanun layihəsini müzakirə etmək, debatlar keçirmək, eləcədə qəbul etmək üçün bütün parlament üzvlərinin anonim olaraq səslərini qazanmaq məcburiyyətində idi. Lakin heçbir müxalifət partiyası qanun layihəsini dəstəkləmədi. Müxalifət liberalları siyasət oyunu oynamaqda günahlandırır, ölkənin maliyyə xərcləri barədə şəffaf məlumat vermədən qanun layihəsini dəstəkləməyi gözlədiklərini qeyd edirlər. Liberalların qanun layihəsini qəbul etmələri üçün ən azından 1 müxalifət partiyasının səsi gərəklidir.
Azərbaycan
Azərbaycanda müxalif qüvvələr səbəbsiz və əsassız olaraq dövlətin pandemiya siyasətini tənqid edir. Pandemiya kimi qlobal fəalktdən faydalanmaq, sui istifadə etməyə çalışn müxalif qüvvələrin niyyətini ilk olaraq Prezidentimiz uzaqgörənliklə vurğuladı ifşa etdi – “Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı (bəhs olunan məbləğ Ermənistanın əhalisinin sayından yüksəkdir), maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır. Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.
Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar”.
Nəticə olaraq onu vurğulamaq olar ki, “Birlik-virusa qalib gəlməyin yeganə yoludur.”
ÜST-ün baş direktoru,cənab T. Hebreyesusun tənqidlərə cavabı daha təsirli alınıb.O Cavabında Trampın adını çəkməyib haqqında danışmayıb, təkcə D.Trampa deyil, bütün dünya liderlərinə ünvanla bəyanat verib. Dünya liderlərindən bəziləri, həmçinin müxalifət koronavirusun COVID-19 yayılmasının nəticələrini mövzunu siyasiləşdirməkdən uzaq olarsa, virusun öhdəsindən gəlmək daha asan olacaq. ÜST rəhbəri ABŞ prezidenti Trump-ı COVID-19 pandemiyasını siyasiləşdirməməyə və koronavirusu məğlub etmək üçün ölkədə birlik axtarmağa çağırırdı. Lakin buna baxmayaraq ABŞ ÜST -ü tərk etdi.
“Xahiş edirəm bu virusu siyasiləşdirməyin. Epidemiyalar yalnız milli səviyyədəki daxili siyasi çəkişmələr üçün sərfəlidir. Əgər daha çox insan cəsədləri istəyirsinizsə, onda bunu edin. Yox əgər sizə daha çox insan cəsədləri lazım deyilsə, onu siyasiləşdirməkdən çəkinin. Bu təhlükəli virusu məğlub etmək üçün ölkənizdə birlik çox vacib olacaq."
Qeyd edək ki, müxalifət pandemiya şəraitindən istifadə edərək mümkün çatışmazlıqlarda höküməti ittiham edir. Hətta əksinə, bacardığı bütün hallarda koronavirusla uğurlu mübarizəyə mane olur.