Xankəndi zəfəri həm də...

18.10.2023

Prezident İlham Əliyevin qətiyyəti və siyasi liderliyi dünya tarixinə yön verdi. İndiki elm və kommunikasiyaların, imperializm və müstəmləkəçiliyin artdığı dünya nizamında işğalı sonlandırmaq, separatçılığı və terroru bitirmək, ərazi bütövlüyün bərpa etmək əsrlər sonra da xatırlanacaq misilsiz hadisələrdir. Dünya dəyişdikcə və inkişaf etdikcə siyasi mərkəzlər ədalətsizliyi, bərabərsizliyi trend etməyə çalışır, üstəlik, qlobal pandemiyanın iqtisadi, siyasi və psixoloji təsirləri geopolitik manevr imkanlarını daraldır, siyasi mübarizəni, hərbi gücü çətinləşdirir. Bu mürəkkəb və həssas dövrdə İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağı qaldırmaq uzun illər davam edən Qarabağ manipulyasiyasına qarşı vurulan zərbə oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında və ətraf ərazilərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla 20-ci əsr boyu davam edən qəsbkarlıq, təcavüz və işğalçılıq zehniyyətini sona çatdırdı.

Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib. Hazırda Azərbaycanın qarşısındakı ən önəmli hədəflərdən biri, məskunlaşmanı həyata keçirmək, şəhərdə infrastruktur layihələrini ən yüksək səviyyəyə çatdırmaqdır. Xankəndidə dövlətin qarşısında duran vəzifələrinin başında Azərbaycan yurisdiksiyasının bərpası prosesində əməli addımlar atmaqdan ibarətdir.

Rəsmi Bakı Xankəndinə qayıdacaq sakinlərin həyat və şəraitinin daha yaxşı olması üçün, bir çox layihələr həyata keçirəcək. Artıq bu məsələ ilə bağlı ölkə başçısı tərəfindən tapşırıqlar da verilib. Həmin əraziyə komendant da təyin olunub.

Prezident 15 Okytabrda Xankəndi şəhərinə səfəri zamanı qayıdış prosesi və prosesin detalları ilə bağlı bir sıra mesajlar verdi. Xankəndi Qarabağda xüsusi şəhər tipli bölgə hesab edirlir. Xankəndidə Azərbaycan bayrağının dalğalanması və dövlət atributlarının qaldırılması böyük siyasi-mənəvi əhəmiyət daşıyır.

Ötən əsrin əvvələrindən Xankəndi ətrafdında siyasi oyunlar qurulub. Tarixin müxtəlif dövrlərində bu proseslər Azərbaycanın əleyhinə çevrilib. Cənab İlham Əliyev və Azərbaycan ordusunun qətiyyəti sayəsində tarix boyunca davam edən anti-Azərbaycan siyasi maskaradının sonu çatdı.

Dövlətçilik tariximizin ən güclü dövrü Məhz İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmiz heç zaman bugünkü qədər güclü olmayıb. Cənat Prezidemt şəraiti və siyasi münasibətlər sistemini dəqiq müəyyənləşdirən siyasi zəka sahibidir. Prezidentin “nəyi, nə zaman və necə etməyi bilirəm” tezisi bu baxımdan siyasi ustalığın real göstəricisidir həm də.


Tural İsmayılov

STM-in sektor müdiri