Avropa Siyasi Birliyinin 3-cü Sammitinin başlayacağı bugünkü tarix çox güman ki, bir zamanlar Azərbaycanda və regionun tarixinin yazılmasında dünya gedişatını dəyişən hadisə kimi təsvir ediləcək.
Böyük ölçüdə bir çox analitiklər üçün kəskin dəyişən beynəlxalq münasibətlərdəki maraq konfrantasiyalarını oxumaq çətindir.
Lakin bizim üçün bölgənin dəyişikliklərə hamilə olması barədə mesajları liderlərin, xüsusilə Ərdoğan, Əliyev, Putin, Paşinyan və İran tərəfinin rəhbərlərinin nitqlərində oxumaq olar.
Məsələn, gündəmi Ukrayna müharibəsi və digər müasir problemlər olan Granada konfransının alt qatında Azərbaycan və Ermənistan liderlərinin alman və fransız rəhbərlərin iştirakı ilə görüşü baş tutmalı idi.
Lakin görüşdən öncə, Fransa Xarici İşlər naziri Kollonnanın İrəvana səfəri və səsləndirdiyi mövqe Azərbaycanda tərəddüdlərə son qoydu. Bu format Azərbaycan üçün nə verə bilər ki?
O baxımdan Azərbaycan Türkiyə tərəfinin görüşdə iştirakçı kimi qatılmasının təmin edilməməsinə görə və Fransanın açıq ermənipərəst mövqeyinə görə görüşə deyil, bütövlükdə Konfransa qatılmaqdan imtina etdi.
Bunun müqabilində Ermənistan baş naziri Nikol Paşinyan görüşlərdə iştirak edəcək.
Lakin, bu, effektiv nəticələr doğurmayacaq. Çünki Cənubi Qafqazın təhlükəsizlik sisteminin tam təmsil edilmədiyi platformada Ermənistan təktərəfli qaydada hansı faydaları təklif edə bilər ki..
Dərhal Ərdoğanın partiyası Əliyevin Paşinyanla görüşdən imtina etməsini alqışladı deyə rəsmi məlumat paylaşıldı.
Maraqlıdır ki, eyni qaydada, eyni mövqe Kremldən də gəldi ki, görüşlə bağlı Azərbaycanın addımı suveren hüququna aiddir.
(Ümumiyyətlə, Rusiyanın son məzmun istehsalında istifadə edilən ifadələr çox lazımdır və bizim üçün imkanlar yaradan qəbildəndir.)
Təhlillər göstərir ki, regiona dair qərarlar uzaq Avropada deyil, yaxın Qafqazda verilir.
Bu kontekstdə, Tehranda iki mühüm görüşün şifrələrinə baxmaq lazımdır:
Dünən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Mənə olduqca maraqlı görünən iki detalı erməni məmura çatdırıb ki, ABŞ qoşunlarının Ermənistanda olması çox böyük təhlükələr və problemlər yaradır. İkincisi, Azərbaycan ilə davamlı ziddiyyət bölgəyə aid olmayan digər güclərin müdaxiləsini asanlaşdırır.
(Bu, əslində Azərbaycanın tezisdir).
Açığı, İrandan gözlənilən normal mövqe bu olsa da, digər güclər barədə Bakının tezisinin Tehranın dilində hardan peyda olmasına da baxaq:
Eyni saatlarda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov çərşənbə günü Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.
Bu iki görüş arasında sinxron olsa da, proseslər təkcə bununla da bitmir.
Replika:
“Ermənistanın Azadlığı Naminə Erməni Gizli Ordusu” (ASALA) terror qruplaşması Mordechai Navi sinaqoqunda baş vermiş vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu haqda yazının sonunda…
Yaşananlar fonunda Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanin gündəmi müəyyən edən açıqlamaları İrəvanda olduqca böyük həyəcan yarada bildi.
O, əvvəlcə rəsmi İrəvanın tənqid etdi, daha sonra bildirdi ki, Avropa İttifaqı Ermənistanı tələyə saldı, əhalinin arasında guya Rusiya erməni xalqına xəyanət etdi tezisini yaydı. O qərbi ittiham da edib ki, missiya göndərməklə nəyə nail oldu? Nəyin qarşısını ala bildi ki…
Zaxarova deyir ki, “Aİ-nin Ermənistandakı missiyası heç bir sabitlik və ya gərginliyin azaldılmasını təmin etmir”: “Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək, Bakı və İrəvanın normallaşmasına kömək etmək deyil, Brüsselin maraqlarına uyğun kəşfiyyat monitorinqi aparmaq və onu təhrik etməkdir.”
Açığı, bu fikirlə razı olub – olmamağı deyil, faydalanmağı daha doğru hesab etdiyim üçün nəticəsinə baxmağa təklif edənlərdənəm.
Lakin, prosesin kuliminasiya nöqtəsinə hələ var.
Bütün bu baş verənlər fonunda aşağıdakı bəyanat sanki kölgədə qaldı;
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib: “Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsi nəzərdən keçirilir. Biz bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük”.
Zaxarova vurğulayıb ki, “hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə olunmasına hazır olmasından asılıdır”
Yəni, Rusiya sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.
Bu arada Rusiya – Ermənistan xəttində sınma nöqtələrindən biri olan 102-ci hərbi baza ilə bağlı da mövqe gündəmə gəldi.
Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi məsələsində Moskva müvafiq razılaşmalardan çıxış edir. Müvafiq razılaşma isə Gümrü müqaviləsidir və təsəvvür etmək çətin deyil ki, Ermənistan dövlətinin qoruması üçün nəzərdə tutulan qalxan ləğv edilərsə, regionda nələr baş verər.
Yəni açıq – aşkar Rusiya əlini Ermənistanın üzərindən götürsə, orda daxili münaqişələrin yaradılmasında maraqlı olmaya bilməz. Nəticədə ölkənin ərazi bütövlüyünün qorunması imkansız vəziyyətə gələ bilər.
Sülhməramlılar üzərindən məram:
Maraqlıdır ki, Vaşinqton və Rusiyanın toqquşduğu başqa bir məqam Azərbaycan ərazisində mövcud olan Rusiya sülhməramlıları ilə bağlı məsələdir.
Rusiya açıqlayıb ki, Azərbaycanla məsləhətləşmələrdən sonra qərar qəbul ediləcək.
ABŞ-dan isə açıqlama gəlib ki, Vaşinqton Qarabağdakı Rusiya sülhməramlılarından narahatdır.
Şübhəsiz ki, tərəflərin heç biri səmimi deyil və əslində qlobal savaş içində yeni biri müstəvi arayışı hiss edilir. Lakin Azərbaycan prezidenti dəqiq hesablamalar ilə rasional qərar verib. Yaxın günlərdə onun nə olması ilə bağlı ictimaiyyətə məlum verilər.
Bizim üçün maraqlı olan iki detala da baxaq:
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi deyib ki, “Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”, – Xərazi deyib.
Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib.
Azərbaycan və Ermənistan nümayəndələrinin İran görüşündən sonra Tehrandan belə bir açıqlama verilməsi xoş deyil, nəticə əldə edilməsinin çətin olduğunu göstərir.
İkinci olay: Zelenskinin Azərbaycan rəhbərinə zəngi.
Ukrayna rəhbəri çox güman ki, Bakını Granadaya getməyə razı salmaq üçün zəng edib. Yəqin ki, prezident Əliyev bu arada dəstək verdiyimiz Ukraynanın ana mediasında nə üçün son Qarabağ prosesindən sonra erməni mövqeyindən Azərbaycana ittiham edilən yazıların yayılmasının da səbəbini mütləq ki, soruşub.
Nəticə:
Qranada və digər qərb platformaları Azərbaycan üçün real nəticə doğurmadı.
Bizim üçün mühüm olan Qərbdə, Moskvada və ya hansısa mərkəzdə görüş keçirilməsi deyildi, nəticələrin əldə edilməsi idi. Amma təəssüf ki, bu, baş vermədi və Azərbaycan yenə də öz problemini qurbanlar hesabına özü yoluna qoymağa məcbur qaldı.
Qatıldığı qərb raundunda Ermənistan kənarda qaldı, Əliyev Makronla, ermənilərdən daha artıq erməni olanlarla savaşmaq məcburiyyətində qaldı.
Açığı, indi o məcburiyyət niyə olmalıdır və ya nə üçün Azərbaycan bu məhrumiyyətlərə dözməlidir.
Bir halda ki, bütün qlobal cinayətkarların təkcə Vardanyan istintaqı ilə əməlləri Azərbaycan tərəfində ifşa edilməyə başlanılacaqsa, bir halda ki, regionun öz gücləri vasitəsilə problem həllini tapırsa və ya Zəngəzur dəhlizi açılırsa, Azərbaycan nə üçün mənasız Qranada turnesinə qatılmalıdır və təzyiqlərlə üz – üzə qalmalıdır.
Hələ onu demirəm ki, Azərbaycan Türkiyə ilə inşa etdiyi iki millət bir dövlət tandemi ilə prosesə Türkiyəni qoşmaq istəyəndə Ankarada DİN-ə terror hücumu baş verir, Süleymaniyyədə Tələbaniçilər PKK ilə qucaqlaşmağa başlayır və Türkiyənin təhdid edirlər, alınmaz.
Hətta Fransanın tezisləri ilə bölgədə özünü Paris kimi hiss edən Tehran da qəbul etmək məcburiyyətində olacaq ki, yeni nizam yaranıb.
Əziz Əlibəyli