İki yoldan birini seç: Ya Suriya, ya Ukrayna – Ermənistan üçün bitməyən qayğılı gələcək

22.09.2023

ABŞ və AB-nin Ukraynaya “kömək etmələri” 500000 ukraynalının ölməsinə gətirib çıxarıb, Ermənistanın onsuz da azalan əhali sayına baxanda hipotezi təsəvvür belə etməyə xəyal gücü çatmır. Bax, əsl soyqırımı, əsl 1915 o olacaq.

Erməni texnloqları son baş verənləri köçürmə yolu ilə artıq Ermənistana tətbiq etməyə üstünlük verirlər.

Onların yaratmaq istədiyi qlobal fikir budur ki, hədəf Ermənistandır.

Güya bu həm də Ermənistana qarşı müharibədir: Rusiyanın məqsədi Ermənistanın dövlətçiliyini məhv etməkdir”.

İkinci qərbyönlü fikrin iddiasına görə, “Rusiya və Azərbaycanın hesablaması Ermənistanı Qarabağda hərbi əməliyyatlara cəlb etmək, bundan sonra Ermənistan ərazilərini birgə işğal etməkdir”.

Açığı Əliyevin xalqa müraciətində biz nəinki erməni dövlətinin işğal planını gördük, tam əksinə onların ağlı ucbatından düşmüş vəziyyətdən çıxış yolu üçün qapı açdığını gördük ki, bu leksikon sonra Ərdoğanın nitqində də davam etdirildi.

Bu fikir isə: “Rusiya hesablayıb ki, #erməni əraziləri Azərbaycan və onun #hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra İrəvan xilasetmə xahişi ilə ona müraciət edəcək. #Moskva Ermənistanda rusiyapərəst qüvvələri ayağa qaldırıb və onların vasitəsilə #İrəvanda çevriliş etməyə çalışır”.

Bizim yox ruslarla -ermənilərin hazırda davam edən qarşıdurmasının fonunda yaradılmağa çalışan fikirdir.

Və ya erməni siyasətçilər iddia edir ki, Rusiya Ermənistan qarşısında şərt qoyacaq ki, Ermənistan İttifaq dövlətinə daxil olarsa, Ermənistanı #azərbaycan hücumlarından xilas edəcək. Azərbaycan Ermənistanı dövlətçilikdən məhrum etmək üçün Rusiyanın əlində alət rolunu oynayır.

Yəni, bizim üçün məqsəd bəllidir də, Rusiya Ermənistanı işğal edəcək fikrinin özü belə gülüncdür ki, İrəvan Moskvanın indiki il də daxil olmaqla yüz ildir vassalıdır, deməli mesajın ünvanı Ukrayna müharibəsi fonunda yaradıılmağa çalışan Rusiya – Azərbaycan müttəfiqliyi assosiasiyasıdır, yəni bir növ Azərbaycanı da Rusiyanın gözünə qatmaq cəhdidir.

Və dərhal başqa bir fikir dövriyyəyə çıxdı:

“#ABŞ və #Aİ Ermənistan dövlətçiliyini gücləndirmək üçün Ermənistana təcili hərbi və #təhlükəsizlik dəstəyi verməlidir”.

Yəni bu qapalı cümlənin altında o yatır ki, ABŞ Ermənistana ordu yeritməli, orda baza açmalı və Ermənistanla hərbi müttəfiqlik və təhlükəsizlik sahəsində müqavilə imzalamalıdır.

Fikir veririsinizsə, bu qədər açıq mətnlə çıxış edirlər və sonra Kremldən imdad gözləyirlər. Nonsens.

Günün digər önəmli vacib analizi

Ərdoğanın təyyarədə dediyi “bu son hadisə (Azərbaycanın Qarabağda antiterror tədbirləri – red. ) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur” fikridir.

Türkiyə lideri deyib ki, bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir.

O qeyd edib ki, separatçıların sözdə seçki keçirmək cəhdləri həm Ermənistanın baş naziri, həm də Azərbaycanı ciddi narahat edib:

Dəyərli açıqlamadır, hətta bununu adını belə də qoya bilərik.

Azərbaycan, Türkiyə, Ermənistan Qarabağ separatçılarına qarşı vahid cəbhədə.

Çünki bu ad qoyulmasa, bəzi addımlar reallaşmaz.

İndi bəzi risklərə də baxaq:

Nikolların və son 30 ilin siyasi memarlarının sayəsində Ermənistan xalqı üçün həll yolu bu və ya digər imperialist TƏRƏFİ seçmək məcburiyyətinə gətirdi. Rusiyaya tabe olsalar, yeni Suriya olacaqlar. ABŞ/AB-yə tabe olsalar, yeni Ukrayna olacaqlar.

Yeganə çıxış yolu qonşuları ilə birgə yeni dövlət qurmaqdır.

Çünki Ermənistan Azərbaycan və Gürcüstanla dost ola bilərdi.

Təəssüf ki, Asala terrorçuları ilə oyuna başlamaq onları da dövlət olmaq yoluna böyük əngəli idi.

Qısa bir arqument:

ABŞ və AB-nin Ukraynaya “kömək etmələri” 500000 ukraynalının ölməsinə gətirib çıxarıb, Ermənistanın onsuz da azalan əhali sayına baxanda hipotezi təsəvvür belə etməyə xəyal gücü çatmır. Bax, əsl soyqırımı, əsl 1915 o olacaq.

Bəs baş verənlər fonunda ABŞ Ermənistana girməkdə nə qədər maraqlıdır?

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Menendezin rəhbərliyi ilə Bakıya qarşı sanksiyaların tətbiqi və “”Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” haqqında ikitərəfli qanun layihəsi təqdim edilib.

Sentyabrın 21-də məlum olub ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Robert Menendez senatorlar Bill Kessidi, Kris Van Hollen, Aleks Padilla, Şeldon Uaythaus və Qəri Piterslə birlikdə “ermənilərə dəstək” adlı ikipartiyalı qanun layihəsi təqdim ediblər. Azərbaycan təcavüzünə qarşı” (Supporting Armenians Against Azerbaijan Agression Act). O, Azərbaycan hökumətinə təhlükəsizlik yardımı göstərilməsinin qarşısını alaraq,

Qarabağdakı ermənilərə humanitar yardımın göstərilməsinə çağırır və ermənilərə qarşı törədilmiş vəhşiliklərə görə cavabdehlik tələb edir. Qanun layihəsi, həmçinin Ermənistana kənardan hərbi maliyyənin ayrılmasına icazə verir, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi strategiyasının işlənib hazırlanmasını, habelə “ermənilərə qarşı Əliyev rejiminə qarşı hərəkətlərinə görə” sanksiyaların tətbiqini nəzərdə tutur”:

Şübhə yoxdur ki, ABŞ Azərbaycana qarşı sanksiya tətbiq etməyəcək, amma sənədlər imkan verəcək ki, onlar faktiki İrəvana ordu gətirsinlər, bax budur ssenari.

Mövcud ssenarilər:

1. Ermənistanı münaqişəyə cəlb etmək cəhdlərinin qarşısını almaq və ərazi bütövlüyü qorumaq adı altında qərb bu ölkəyə müdaxiləyə hazırlaşır.

2. Rusların BMT-dəki müzakirələr zamanı Stepanakerti türklərin dediyi kimi Xankəndi toponimi ilə çağırmaları son çat idi, indi o yarıqdan başqa bir su axacaq.

3. 102-ci bazanın Ermənistandan çıxarılması prosesinə start veriləcək.

4. Ermənistan BMT Təhlükəsizlik Şurasını Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün BMT mandatı altında sülhməramlılar üçün imkan yaratmağa çağırşının yekununda həmin qüvvələr Qarabağda deyil, Ermənistanda yerləşəcək və bu artıq Suriya ilə Ukrayan ortasında bir yeni model olacaq.

Əziz Əlibəyli