Fransızlar 2023-cü illə bağlı 2022-ci ilə nəzərən bədbindirlər. Onlar özləri və digər ölkələr üçün 2023-cü ilin 2022-ci ildən yaxşı olmayacağını düşünürlər.
“Elabe” sosioloji sorğu xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə fransızların 50%-i 2023-cü ilin ölkələri üçün 2022-ci ildən pis olacağını, 33%-i nə daha yaxşı, nə də daha pis, 8%-i isə daha yaxşı olacağını düşünür.
Respondentlərin 38%-i yeni ilin şəxsən özləri üçün nə daha yaxşı, nə də pis, 34%-i daha az yaxşı və 16%-i daha yaxşı olacağını düşünür.
2023-cü illə bağlı daha pessimist olanlar isə dolanmaq üçün özlərini məhdudlaşdırmalı olan fransızlardır ( 45%-i özləri üçün, 77 %-i isə ölkə üçün daha az xeyirli olacağını düşünür). Siyasi baxımdan isə Marin Le Penin seçiciləri daha pessimistdirlər (52%, 69%).
Gənclər (18-24 yaş) bu illə bağlı özləri üçün daha pessimistdirlər (43%).
Fransızlar ümumilikdə 2023-cü ilə pessimist əhval-ruhiyyə ilə başlayır: yorğunluq, kədər qəzəb və qorxunun kəskin artması müşahidə olunur.
2023-cü ilin əvvəlində fransızların ruh halını ən yaxşı ifadə edən sözlər çox mənfidir: yorğunluq (52%), qəzəb (42%) , kədər (37%,), nostalji (36%) və qorxu(36%).
Eyni zamanda fransızlar özlərini da az inamlı hiss edirlər (21%). 2021-ci ilin oktyabr ayından bəri onların əhval-ruhiyyəsi pisləşib. Bütövlükdə, fransızların əhval-ruhiyyəsi nəsildən, sosial statusundan və yaşayış yerindən asılı olmayaraq əhalinin bütün kateqoriyaları arasında noyabr ayından etibarən pisləşib.
Qorxu və qəzəb alıcılıq qabiliyyətinin səviyyəsi ilə əlaqələndirilir. Bu əlamətlər maliyyə baxımdan qeyri-müəyyən vəziyyətdə olanların yarısı, qənaət edənlərin isə dörddə biirində hiss olunur.
Gəncləri isə böyüklərlə müqayisədə daha azı mənfi əhval-ruhiyyədədirlər ( 26%-i qəzəb, 29%-i özünə inam hiss edir).
Fransızlar üçün alıcılıq qabiliyyəti icra hakimiyyətlərinin bir nömrəli prioriteti olaraq qalır. Bu məsələ əhalinin və seçicilərin bütün kateqoriyaları üçün də prioritet olaraq qalır. Bunu xüsusilə, fəhlə sinifləri (64%), 35-64 yaşlılar (62%), kənd sakinləri (62%) və siyasi siniflər qeyd edirlər.
Hər 5 fransızdan təxminən biri təhlükəsizlik (23%,), ətraf mühit/ekologiya (22%,), pensiyalar (21%), immiqrasiya (19%) , sosial bərabərsizliklər/ ədalətsizliklər (18%, ) barədə danışır.
Sorğuda Emmanuel Makron və hökumətin arzuladığı pensiya islahatı ilə bağlı yanaşmalar da öyrənilib. Fransızların 44%-i hesab edir ki, bunu məsləhətləşmələrə, müzakirələrə vaxt ayırmaqla gerçəkləşdirmək lazımdır, 38%-i isə reallaşdırmaq lazım olmadığını bildirir. Respondentlərin 17%-i isə bu islahatın dərhal həyata keçiriliməsinin zəruri olduğunu düşünür.
Ümumiyyətlə, pensiya yaşının artırılmasının lehinə arqumentlər təqaüdçülər tərəfindən bəyənilir. İşləyən insanlar tərəfindən isə bu çox az dəstəklənir və ya rədd edilir. Təqaüdçülərin 54%-i hesab edir ki, gözlənilən ömür uzunluğunun artdığını nəzərə alsaq, daha uzun işləmək normaldır. İşləyənlərin isə cəmi 28%-i belə düşünür.
Fransızların 44%-i dolanmaq üçün özlərini məhdudlaşdırmalı olduqlarını deyirlər.
Onların yalnız 18%-i ayın sonunda kənara pul qoyduğunu deyir, 13%-i isə ehtiyatlarından faydalanmalı olduğunu bildirir. Fransızların 81%-i kənara heç bir pul qoymadan ayı başa vurduqlarını söyləyirlər.
Əksəriyyəti ölkədə inflyasiyanın ən azı bir il yüksək qalacağını gözləyir.
Onların 37%-i inflyasiyanın bir neçə il yüksək qalacağını, 36%-i ən azı bir il, 11%-i isə daha bir neçə ay yüksək olacağını düşünür.