Avropanın Çindən siyasi asılılıq ehtimalları artmağa davam edir

24.10.2022

"O, daha sonra rus sinoloqlara o vaxt altı yaşı olmasına baxmayaraq, atasının SSRİ-yə səfəri və atasının çəkdirdiyi çoxlu fotoşəkillər haqqında necə səmimi danışdığını xatırlayır" deyə Amerikalı alim Cozef Toriqian bildirib

1959-cu ilin payızının əvvəlləri idi. Maonun Çinindən yüksək vəzifəli bir məmur o vaxt Sovet İttifaqının bir hissəsi olan Kiyevə missiyaya rəhbərlik üçün göndərilmişdi. O, fabrikləri yoxladı, dövlət planlaşdırmasını öyrəndi və 30-dan çox yoldaşları ilə günortadan sonra Dnepr çayında qayıqla səyahət etdi. Bu, oğlunun bu gün gördüyü Ukraynaya heç bənzəmir.

Səfərə Çinin hazırkı başçısı Şi Cinpinin atası Şi Jongçun rəhbərlik edib. Kommunist Partiyasının hökumət qolu olan Dövlət Şurasının baş katibi kimi ata Şi hazırda Ukraynanın paytaxtı olan yerdə cəmi dörd gün zaman keçirib. Səfər onu Moskva və Praqaya da apardı və görünür, bir gün yer üzündə qalan yeganə güclü Kommunist Partiyasını idarə edəcək oğlanda bu xatirələr iz buraxdı.

"O, daha sonra rus sinoloqlara o vaxt altı yaşı olmasına baxmayaraq, atasının SSRİ-yə səfəri və atasının çəkdirdiyi çoxlu fotoşəkillər haqqında necə səmimi danışdığını xatırlayır" deyə Amerikalı alim Cozef Toriqian bildirib. Bu barədə araşdırmaçı alim Moskvada keçmiş qəzetləri axtararkən məlumat əldə edib.

İndi ömürlük prezident olan oğul Şi bu həftə üçüncü müddət üçün vəzifəyə başlayarkən, Avropanı qarşıda fırtınalı günlər gözləyir. Texnologiya sahəsindən tutun ordularının qarşı-qarşıya gəlməsi kimi bir ehtimalın mövcud olduğu Pekin – Vaşinqton qarşıdurmasında Avropanın Maodan sonra Çinin ən güclü liderinin üstünlüyünə sevinmək üçün çox az səbəbi var.

Həqiqətən, əhval-ruhiyyə o qədər kəskin şəkildə dəyişdi ki, Avropa liderləri keçən həftə Çinin Qərb üçün yaratdığı strateji təhlükə ilə bağlı həyəcan təbili çaldılar. İqlim sahəsində əməkdaşlıq və ya ticarətlə bağlı hər hansı xoşməramlılıq da yavaş-yavaş gözdən itdi.

Avropa Xarici Əlaqələr Şurasının Asiya üzrə direktoru yanka Örtel bildirib ki, "Şi rəhbərliyi altında Avropanın Çinlə münasibətləri pisləşib".

"Şi ilə Çin dəyişdi - Avropa deyil. Amma avropalılar indi yeni reallığa uyğunlaşırlar. Qeyd etmək lazımdır ki, Avropanın oyanışı Çinin vəhşi daxili repressiya aktlarına, regional inadkarlığına və təcavüzkar diplomatiyasına cavabdır. Bütün bunlar Qərb siyasətçilərini özündən uzaqlaşdırıb" – deyə Örtel bir daha vurğulayıb.

Lakin hər şeydən çox, Avropa İttifaqı paytaxtlarında həyəcana səbəb olan əsas məsələ, Vladimir Putinin Ukraynadakı xüsusi hərbi əməliyyatları fonunda Çinin Rusiya ilə strateji müttəfiqliyidir. Pekinin Rusiyaya hərbi yardım göstərməsə də, üstüörtülü iqtisadi və siyasi dəstək göstərməsi aydın məsələdir.

Cinpinin Ukraynaya görə Putini qınamaq istəməməsinin bir nəzəriyyəsi Çinin 23 milyonluq demokratik ada olan Tayvanı Pekinin birbaşa nəzarəti altına almaq ambisiyaları ilə əsaslandırıla bilər.

Brüssel Çinlə münaqişə qarşısında Avropanın birliyini nə qədər arzulasa da, Berlin yenə də öz yolu ilə getməyə üstünlük verir. Həqiqətən, Çin rəhbərinin instinktləri həmişə ona Avropaya ehtiyacı olduğu anda Almaniyaya üst tutmağı öyrədib. Bu, ən azı Angela Merkel vəzifəsini tərk edənə qədər belə idi.

Berlinin hazırkı koalisiyası Şi Cinpin ilə münasibətləri necə idarə etməyi planlaşdırdığına dair çaşdırıcı mesajlar göndərir. Almaniya kansleri Olaf Şolts, Yaponiyaya səfərindən sonra indi də Noyabr ayında öz biznes deleqasiyası ilə Pekinə səfər planlaşdırır. Maraqlısı budur ki, o bu səfəri biznes investisiyaları elə Pekindən uzaqlaşdırmaq məqsədilə getdiyi Yaponiyadan sonra edəcək.

Şoltsun ​​yanaşmaları Brüsseldə narahatçılıq doğurmağa da başlayır. Almaniya kansleri orada keçən həftə Aİ-də üzv həmkarlarına Pekindən heç bir "qopma" olmamalıdır deyə vurğu da etmişdi.

Bu, Ukrayna müharibəsi fonunda Rusiya ilə enerji əlaqələrinə güvənməyin nəticələrinin ifşasından sonra Berlində hamı tərəfindən bir mənalı qəbul edilməyib.

Şoltsun ​​koalisiya partnyoru xarici işlər naziri Annalena Berbok  ‘’Süddeutsche Zeitung’’-a verdiyi son müsahibəsində Çindən asılılıq yaranması halını pislədiyini deyib.

“Ümid prinsipinə əsaslanan tam iqtisadi asılılıq bizi siyasi baxımdan şantaj edilə bilən edir” deyə nazir vurğulayıb.

 

Paşa Bayramov