Koronavirus Çinin Uhan şəhərində peyda olduqdan sonra qısa müddət ərzində buradan bütün dünyaya yayıldı. Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar, Bu sürətlə yayılşın səbəbi Çinin güclü iqtisaiyyatı sayəsində demək olarkı dünyanın bütün ölkələri ilə geniş siyasi, sosial və iqtisadi əlaqələrə sahib olması idi. Çin daha çox öz imkanları ilə özündən yayılan virusu qisməndə olsa özündən sovuşdurmağa nail olsa da Çindən dünyaya yaylan koronavirus dünya dövlətləri üçün böyük təhlükəyə çevirildi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Pandemiya elan edilən koronavirus qısa müddət ərzində sürətlə yayıldığı dünyada, o cümlədən inkişaf etmiş ölkələrdə təlatümlər yaratdı. Dost, qardaş və müttəfiq ölkələr bir birinin üzünə sərhədləri bağlamağa məcbur oldu. Səhiyyə sistemləri güclü və etibarlı hesab edilən ölkələr bu virusun qarşısını almaqda çətinlik çəkidiklərini etiraf etdi (https://www.bbc.com/azeri/other-news-51242362Edinburgh). Tibbi avadanlıq və ləvazımat çatşmamazlığı ilə üzləşdilər.
Çinin koronavirusdan qısa müddətdə və az itki ilə çıxmasının səbəbi ölkədə daha əvvəlki illərdə mövcud olmuş donuz və quş qripi kimi xəstələiklədə qazandığı təcrübə ilə yanaşı viruslar və pandemiyalara qarşı mübarizə aparmaq məqsədilə fəaliyyət göstərən yüzlərlə labaratoriyalar və elmi tədqiqat mərkəzlərinə sahib olmasıdır. Başqa bir səbəb də dünyanın ən böyük tibbi avadanlıq və dərman perparatları istehsalatçısı olması idi. Çin koronavirusun başladığı dövür ərzində “sosial təhlükəsizlik” adı altında iki mindən çox yeni texnologiyanı sınaqdan keçirmişdir. Bu dünya tarixində yeni bir mərhələyə başlamasının siqnalı mənasına gəlməkdədir. Dünya tarixində əvvəlki illərdə daha böyük insan itkisinə səbəb olan virus fəlakətləri yaşanmışdı, ama o zaman dünya bu qədər qlobal bir mekan deyildi və kütləvi informasiya vasitələri bu qədər inkişaf etməmiş, sosial şəbəkələr isə mövcud deyildi. “Koronavirus” bundan sonra da meydana gələcək virus və pandemiyaların bir növ təlimi oldu. (https://www.aksam.com.tr/foto-galeri/teknoloji/koronavirus-sonrasi-toplumlari-bekleyen-degisimler-iste-korona-dunya-duzeni/58235/9 ) Hər şey dünyanın bir vətən, bizlərində bu dünyanın vətəndaşı olmağmızla başladı, ama eyni zamanda dünyanın nəzarətinin bizlərə aid olmadığını da öyrətdi. Koronavirus dünyaya və insanlara aşağıdakı dərsləri və məsajları vermiş oldu:
●Birlik, həmrəy, vətənpərvər, xeyirxah və güclü olmağı, insanının, torpağnınn müqəddəs olduğunu dərk edərək onu qorumaq və daha yüksək tərəqqisi naminə, hər zamakından daha çox çalışmağı və mübarizə aparmağı;
●təbiətin, insandan daha üstün bir gücün olduğunu yaşatdığı sarsıdıcı hadisələrlə bizə göstərməyə çalışdığnı, çox uzun zamandan bəri təbiətin dincəlməyə və sevgiyə ihtiyacı olduğunu, enerjilerin tarazlanması labüdlüyünün yarandığını və bununla təbiətin insanlığa bir ders verməyə çalışdığını;
●koronavirus sonrası dövürdə sosial münasibətlərin dəyişəcəyi, virtual və onlayn əlaqələrin yeni texnologiyalarla daha da güclənəcəyi, kağız və metal pul vahidlərinin yerinə daha çox elektron kartların istifadə ediləcəyi, hər şeyin barkod (ştrixlikolaşdırma) və kart sistemi ilə əvəz olunmağa çalışılacağı;
●təbiətin sonsuz sərvətlərini qısa bir zamanda eynı sürətlə geri alabilmə gücünə qadir oluğunu, təbiətlə harmoniyada yaşamalı olduğumuzu, təmiz havaya, təmiz qidaya, günəşə, kiçik bir çiçəyə belə nə qədər möhtac olduğumuzu;
●sağlamlığın istəkdən kənar bir şey olduğunu başa düşməyi, elmin inkişaf etdirilməsində ölkə iqtisadiyyatının nə qədər dəyərli oluğunu idrak etməyi;
●təmiz olduğumuzu düşünürkən müdafiəsiz bir temizlik anlayışımız olduğunu və qiqeyenanın immunitet sistemimiz qədər sağlamlığımız üçin nə qədər əhəmiyyətli olduğunu, əl yumanın belə bir neçə versiya və qaydasını da koronavirusun sayəsində öyrəndiyimizi, təmizlik girməyən hər yerə ölümün girə biləcəyini, şəxsi məkanımızı qorumağın əhəmiyyəti, mənəviyyatla yanaşı daha çox ağıla, elmə və uzaqgörənliyə diqqət yetirməyimizi;
●küçələrdə azad və sərbəst gəzməyin nə demək olduğunu, Əslində müharibələr, zəlzələlər, küçələrdə sərbəst gəzə bilməyin nə demək olduğunu öyrətməyə çalışırdı, amma başqa bir yerdə baş verənlər bizdən çox uzaq idi və yaxınlaşdıqda ancaq qısa müddətli təsirləri hiss edilirdi. Azadlığın və sərbəstliyin də fərdi olmadığını öyrətdi. Uzaqlarda birinin sərbəst hərəkət etməsinin bizim sərbəstliyimizi əlimizdən ala biləməsini, iki addım uzaq məsafədə olsalar belə yaxınlarımızı istədiyimiz vaxt görməyin yolunun azadlıqdan keçdiyini;
●həmişə çox məşğul olduğumuz düşüncəsi ilə hərəkət edərək bəzi şeyləri taxirə saldığımızı, daxili dünyamıza qayıtmaqla unutduğumuz dəyərləri xatırlamağı, kənar dünyadakı vərdişlərimizdən imtina edərək, daxili dünyamızda sərbəstləşməyi, evimizdə vaxt keçirməyin sadəliyini, həyatın qarışıqlığında ailəmizlə sözün həqiqi mənasında vaxt keçirməyə nə qədər laqeyd yanaşdığımızı;
●iş həyatına, müvəffəqiyyətə və pulla ölçülə bilən şeylərə nə qədər əhəmiyyət verdiymizi, gələcək narahatlığımızla sahib olmağa çalışdığımız hər şeyin birdən əhəmiyyətini itirə bildiyini, hamının bərabər olduğunu, 20 milyon dolları olanla cibində 20 manatı olanın enyi həyatı yaşadığnı, ehtiyacımızdan artıq lazımsız nə qədər şeyi satın aldığmızı, məhdud imkanlarla ev həyatında necə daha faydalı, yaradıcı və məhsuldar ola bildiymizi;
●o anı yaşamağın nə demək olduğunu, hər şeyin hər an baş verəbiləcəyinin, xoşbəxt olmağın fərdi deyil, hər kəsin xoşbəxtliyi ilə mümkün ola bildiyini.
Dünya mediasında koronavirus pandemiyası ilə bağlı statiskaların olduğu kimi və geniş tirajlanması, sosial şəbəkələrdə xəstəxanalardan çəkilib paylaşılan videolar insanlarda panika aqresiya, depresiya yaradaraq infakt və intiharlara səbəb olmaqda. Koronavirusdan ən optimal qorunma variantı sosial təcrid və izolyasiyadır.(https://www.turizmgunlugu.com/2020/03/21/ilahi-mudahale-gibi-gelen-coronavirus-sizce-topluma-ve-insanliga-ne-ogretti/) Fəqət, sosial təcridin və karantin müddətinin iki üç aydan çox olması cəmiyyətdə stress faktorunun yüksəlməsinə və psixoloji pozuntuların artmasına gətirib çıxara bilər. Bu faktorlar ailədaxili münasibətlərə mənfi təsir göstərərək şiddət əmsalının yüksəlməsinə, ailədaxili münaqişə, boşanma və cinayət hallarının daha çox artmasına şərait yaradır. Bu daha çox dialoq qurabilməkdə çətinlik çəkən, sosial şiddət ehtiyacını ödəyə bilməyən insanlarda baş verməkdə. Artan gərginlik dinamikası eyni zamanda cəmiyyətin özəyi hesab olunan ailə institunun zəifləməsi ilə nəticələnməkdə. Karantin şəratindən çıxan Çində münaqişə və boşanmaların sayındakı artış bunun əyani sübutudur. Azərbaycanda bunlar müşahidə olunmasa da karantin sonrasında cəmiyyətdə baş verə biləcək hər hansı şiddət və münaqişələrin yaranmasında aşağıdakı tədbirlərin alınması faydalı ola bilər:
●KİV-lər və sosial şəbəkələr vasitəsilə maarifləndirmə və qabaqlayıcı tədbirlərin görülməsi;
●insanların karantindən əvvəlki həyat tərzini və hərəkətlərini karantin şəraitinə uyğun təmzimlənməsinin onların həyatının axarına müsbət təsir göstərməsi.