Azərbaycan turizm mərkəzi halına gəlir

09.06.2022

Turizm dünyadakı iqtisadi və siyasi dayanıqlığın mühüm komponenetlərindən biridir. Qlobal pandemiyanın 3 ildən çox davam edən şokları beynəlxalq turizmə böyük zərbə vurdu. Lakin hazırda Koronavirusda səngimələr, pandemiyanın yumşalmağı turizm imkanlarının genişlənməyi ilə xarakterizə olunur.

Mayda Azərbaycana ən çox turist Türkiyədən gəlib: 32.7 min.  2-ci yerdə Rusiya 28.3 minlə, İran isə 16.1 min turistlə 3-cüdür. Ərəb ölkələrindən Səudiyyə 4-cü, BƏƏ 6-cı, Oman 12-ci, Küveyt 14-cüdür.

Karantin qaydalarının yumşaldılmasından sonra Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Bunu turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycana turistlər əsasən Pakistan, Hindistan, İsrail və ərəb ölkələrindən gəlirlər.

"Bundan sonra da Azərbaycana turist axınında artım olacağı gözlənilir. Turistlərin gəlməsi ölkəmizə kapital axınının artması deməkdir. Xarici ölkələrdən turist cəlb eləmək üçün işlər görülür. Ancaq quru sərhədlərimizin bağlı olması turist axınına mənfi təsir edir. Əksər məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır. Bu isə turistlərin kütləvi şəkildə gəliş-gedişinə çətinlik yaradır. Quru sərhədlər açılsa, indikindən daha çox turist qəbul edə bilərik".

“2010-2014-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda turizm sektoru qeyri-neft sektorunun prioritet sahəsi kimi təsbit edildi. Rəsmi elan olunan hədəf Azərbaycanda turizmin ÜDM-də payını 2008-ci ildəki 0,8%-dən 2025-ci ilədək 3%-ə çatdırmaq idi. Artıq 2020-ci ilədək bu hədəfə nail olunmuşdu. Lakin pandemiyanın başlaması bütün düenyada olduğu kimi, Azərbaycanda da bu sektoru tənəzzülə uğratdı. Pandemiyadan sonrakı dövrdə turzim sektorunun bərpası üçün imkanlar bərpa olunur.

Hazırda ölkədə 150-yə yaxın turizm şirkəti, 500-ə yaxın mehmanxana fəaliyyət göstərir. Pandemiyadan qabaq ölkəyə ildə 2 milyon turistin gəlirdi, indi bu rəqəmin bərpa olunması və hətta bundan daha yüksək göstəriciyə çatdırılmnası üçün bütün imkanlar var.

Azərbaycan artıq hər fəsilə uyğun turim imkanları olan ölkədir. Qarabağda yaşayış bərpa olunduqdan sonra isə ən önəmli turizm mərkəzimizin Qarabağ olacağı ehtimal edilir.


Tural İsmayılov