Çinin əhalisi azalmağa doğru gedir

08.06.2022

Dünyanın ən çox insana sahib ölkəsində əhali sayı azalmağa doğru gedir.

Çin dünya əhalisinin altıda birindən çoxunu təşkil edir, lakin ölkə əhalisinin 660 milyondan 1,4 milyarda yüksəldiyi dörd fövqəladə onillikdən sonra onun əhalisi böyük iqtisadi böhrandan bəri ilk dəfə bu il azalmağa doğru gedir.

Çin Milli Statistika Bürosunun son rəqəmlərinə görə, Çinin əhalisi 2021-ci ildə 1,41212 milyarddan cəmi 1,41260 milyarda qədər artıb - cəmi 480,000 nəfərlik rekord aşağı artım, on il əvvəl səkkiz milyon və ya daha çox olan illik artımın sadəcə bir hissəsidir.

Ciddi anti-Covid tədbirləri səbəbindən insanların uşaq sahibi olmaq istəməməsi doğumların yavaşlamasına səbəb olub.

1980-ci illərin sonunda Çində ümumi doğuş nisbəti (bir qadına düşən doğum) 2,6 idi – bu isə ölümləri əvəz etmək üçün lazım olan 2,1-dən xeyli yuxarı rəqəmdir. Doğuş nisbəti 1994-cü ildən bu yana 1,6 ilə 1,7 arasında olub və 2020-ci ildə 1,3-ə, 2021-ci ildə isə sadəcə 1,15-ə düşüb.

Müqayisə üçün xatırladaq ki, Avstraliya və ABŞ-da ümumi doğuş nisbəti hər qadına 1,6 doğuş təşkil edir. Əhalisi get-gedə yaşlanan Yaponiyada bu rəqəm 1,3-dür.

Həmçinin qeyd etmək lazımdır ki, Çində bu azalma 2016-cı ildə tək uşaq siyasətindən imtina etməsinə və keçən il digər təşviqlərlə dəstəklənən üç uşaq siyasətini tətbiq etməsinə baxmayaraq baş verib.

Çinli qadınların dövlətin təşviqlərinə rəğmən niyə uşaq sahibi olmaq istəməməsi ilə bağlı nəzəriyyələr fərqlidir. Ehtimallardan biri odur ki, əhali kiçik ailələrə öyrəşib. Digəri səbəblər arasında artan yaşayış xərcləri, artan evlilik yaşı kimi faktorlar var.

Hələ 2019-cu ildə Çin Sosial Elmlər Akademiyası əhalinin sayının 2029-cu ildə zirvəyə çatacağını və 1,44 milyard nəfər olacağını gözləyirdi. 2019-cu il Birləşmiş Millətlər Təşkilatının Əhali Prospektləri hesabatında, 2031-32-ci illərdə Çin əhalisinin 1,46 milyard səviyyəsində olacağını gözlədiklərini açıqlayıb.

Şanxay Sosial Elmlər Akademiyası komandası 2021-ci ildən sonra illik orta hesabla 1,1% azalma proqnozlaşdırır ki, bu da Çinin əhalisini 2100-cü ildə 587 milyon nəfərə enməsi deməkdir ki, bu da indiki əhalinin yarısından azdır.

Sürətli tənəzzül Çin iqtisadiyyatına ciddi təsir göstərəcək.

Çinin əmək qabiliyyətli əhalisi 2014-cü ildə pik həddinə çatmışdısa da 2100-cü ilə qədər bu rəqəmin üçdə bir nisbətində azalacağı proqnoz edilir. Çinin yaşlı əhalisinin (65 yaş və yuxarı) sayı ölkənin əmək qabiliyyətli əhalisini keçərək, artmağa davam edəcəyi gözlənilir.

Bu o deməkdir ki, hazırda hər yaşı çox olan 20 insana dəstək olmaq üçün 100 əmək qabiliyyətli insan olduğu halda, 2100-cü ilə qədər 100 əmək qabiliyyətli çinli 120 yaşlı çinlini dəstəkləməli olacaq.

Çinin əmək qabiliyyətli əhalisinin illik orta hesabla 1,73% azalması, məhsuldarlığın artmaması fonunda, daha aşağı iqtisadi artım üçün səhnə yaradacaq.