Amerikada ibtidai və orta təhsillə bağlı valideyn rəyləri: nə üçün ailələrinin yarısından çoxu yenidən məktəb seçimi etməli olur...?
_______
ABŞ-da yerləşən Milli Məktəb Seçimi Məlumatlandırma Fondu adlı xeyriyyə qurumunun təşəbbüsü olan platformanın həyata keçirdiyi sorğuya əsasən amerikan ailələrinin (respondentlərin) yarıdan çoxu yeni tədris ili üçün yeni məktəb seçimi etməli olur. Sözügedən Fond “K-12” – bağçadan 12 yaşadək olan təhsil dövründə ölkə miqyasında valideyn və şagirdlərin təhsil variantları haqqında məlumatlılığını artırmaq üçün nəzərdə tutulmuş xeyriyyə proqramlarını təşviq edir.
Təhsil ekspertlərinin fikrincə, məktəb seçimi şagirdlərin 12 yaşa qədər təhsilinin keyfiyyətinə təsir olduqca göstərən amildir. Cari ilin yanvarında aparılmış sorğu nəticələri mühüm məqamları əks etdirməklə, müxtəlif sosial qrupları təmsil edən ailələrin övladları üçün təhsil ocağı seçimində qarşılaşdıqları reallıqları üzə çıxarır. Hər hansı coğrafi və ya demoqrafik qrupun sorğunun nəticələrini təhrif etməsinin qarşısının alınması üçün siyahıyaalınma əsasında ölçülən datalar onu deməyə əsas verir ki, Amerikada “K-12” təhsil müddətində ABŞ valideynlərinin yarısı (52 faiz ) son bir il ərzində uşaqlarından ən azı biri üçün yeni və ya fərqli məktəb müəyyənləşdirməyi düşünüb və ya hazırda uşaqlarından ən azı biri üçün yeni və ya fərqli məktəb tapmaq barədə fikirləşir.
Respondentlərin sayı 2715 valideynini əhatə edən (5-18 yaş arası uşaqların valideynləri) sorğunun xəta əmsalı +/- 2 faiz olaraq qeyd edilir. Nəticələrə əsasən, yeni və ya fəqli məktəb seçimi edilməsinin əsas səbəbləri təhsil keyfiyyəti (36%) və “COVID-19” (34%) pandemiyası ilə bağlıdır. Lakin diqqət çəkən məsələlərdən biri, valideynlərin 26 faizinin məktəb təhlükəsizliyi və ya zorakılıqla bağlı narahatlıqlarla əlaqədar yeni məktəb seçimi haqqında düşünmələridir. Müvafiq sualla bağlı valideynlərin fikir dəyişikliyinin digər əsas səbəbləri isə aşağıdakılardan ibarətdir:
Digər vacib göstəricilər isə qaradərili və ya latın-ispan mənşəli valideynlərin ağdərili insanlara nisbətən daha yüksək faizlə yeni tədris müəssisəsi axtarışında olmaları ilə bağlıdır. “Hər hansı səbəblə keçən il istənilən uşağınız üçün yeni və ya fərqli məktəb axtarmağı düşünmüsünüzmü?” sualına “Bəli, və artıq yeni məktəb seçmişəm” cavabının faiz nisbəti ağdərililərlə müqayisədə yuxarıda qeyd edilən əhali qrupu arasında daha yüksəkdir.
Nəticələr müəyyən edir ki, amerikalı valideynlər şagirdləri real dünyada uğura hazırlayan və keyfiyyətli akademiklərə diqqət yetirən məktəblərin mövcudluğunu arzu edirlər. Məktəbin uşaqları üçün uyğun olub-olmadığını qiymətləndirmək baxımından hansı amillərin ən vacib olduğu soruşulduqda, 24% respondent “şagirdləri real dünyada uğur qazanmağa hazırlayan” məktəbə üstünlük verdiklərini bildiriblər. Uyğun olaraq, 20% valideyn qeyd edir ki, seçim zamanı onlar tənqidi düşünmə bacarıqlarını inkişaf etdirən tədris həyata keçirən məktəbləri prioritetləşdirirlər. Eyni nəticə ilə digər qrup valideyn isə yüksək hazırlıqlı müəllimlərin olduğu məktəblərin seçimini vacib hesab edir (20%). Digər bir cavab isə, təməl fənlərin, məsələn riyaziyyat, texniki fənlər, tarix və sairənin tədrisinə fokuslanan məktəblərə üstünlük verilməsidir.
Bu baxımdan, məktəblərin və ya tədrisin növünə dair əslində demək olar ki, yaxın faiz göstəriciləri ifadə edən digər sual üzrə cavab variantları özlüyündə bir çox reallığı aşkar edir. Respondentlərə bir neçə cavabı işarələməyə icazə verən “hansı növ məktəb yaxud təhsil mühitlərini seçmisiniz/seçərdiniz?” sualı üzrə statistika belədir:
Sorğunu reallaşdıran platforma qeyd edir ki, insanların çoxu il ərzində daha çox yanvar ayında məktəb seçimi üzrə Quql (Google) platformasında axtarış edirlər. Həyata keçirilmiş təhlilin nəticələri isə ABŞ-da müxtəlif sosial təbəqələrdən olan valideynlərin hal-hazırda təhsilə və onun keyfiyyətinə baxışı, eyni zamanda, təhsil müəssisəsi seçimlərinə dair əsas gözləntilərini əks etdirir. Seçmənin istiqaməti və toplanmış nəticələr ümumilikdə ABŞ-ın təhsil sisteminin hazırki xüsusiyyətlərinə dair mülahizələr aparılmasına əsasvericidir. Ümumi respondentlərin 69 faizi məktəb seçimini dəstəkləyir – onların 31%-i tam/güclü qaydada bu dəstəyi ifadə edir (qaradərili valideynlər 73%, ispan-latın mənşəlilər 72% və ağdərililər 69%). Digər bölgüyə əsasən isə şəhərdə yaşayan valideynlərin 71 faizi məktəb seçimini dəstəkləsə də, kənd yerlərində yaşayanların 82%-i bunu düşünür. Belə halda, rəqəmlər onu deməyə əsas verə bilər ki, ucqar yerlərdəki valideynlər yeni və ya fərqli təhsil müəssisəi və ya modelinə daha çox ehtiyac duymağa meyillidirlər. Müvafiq göstərici sub-urban ərazilər üçün 68%-dir.
Beləliklə, ABŞ-ın başlanğıc-ibtidai və kollecəqədər (ilkin orta) təhsil mənzərəsini müəyyən qədər əks etdirən bu tipli araşdırmalar qlobal sağlamlıq şəraitində təhsilin milli səviyyədə təşkilinə dair müzakirə mövzusu olan yanaşmalar formalaşdırır.
Mənbə: Survey Shows: More than Half of American Families Look(ing) for a New School – Winter 2022
By: National School Choice Week Team