Koronovirus kölgəsində dünya: qlobal dağıntlar, yoxsa tərəqqi?

16.03.2020

Kömür yerini neftə buraxan gündən dünyanın tərəzisi tərsinə döndü. Həmin andan etibarən -  son yüz ildə neft insanlıq tarixində ən qanlı müharibələrə səbəb oldu. I Dünya Müharibəsində məlum oldu ki, neft savaşın simasını kökündən dəyişir: almanlar dəmir y

 

Bütün ingilis donanması Cəbəllüttariqə qədər Bakı nefti hesabına hərəkət edirdi. 1918 dekabr – 1919-un mayına qədər Bakı neftinin hesabına ingilislər bütün döyüşləri uddular və bu müddətdə onlar 113 milyon rubl dəyərində 30 milyon pud neft apardılar.

 

Bu haqda Baş nazir Lloyld Corc banketdə bildirdi ki,  “Bakıya almanlar girə bilsəydi, müharibə sonsuzluğa qədər davam edəcəkdi”.

 

1920-ci ildən sonra -  I Dünya Mühribəsinin qalibləri enerji qaynaqlarını ələ keçirmək uğrunda dəhşətli mübarizəyə başladılar. Bu yolda atdıqları qanunsuz addımlar, apardıqları müharibələr, korrupsiyalaşmış rejimlərə dəstək və s. yüz ilin əsas elementləri oldu.

 

Müasir neft sənayesinin doğuluşu I və II Dünya Müharibəsi fonunda neft özünə əməlli-başlı yer tuta bildi. Latın Amerikasında neft uğrunda mübarizə özü ilə sosial ədalətsizlik, nakrotika ticarəti, ekoloji böhran gətirdi.

 

Dünyada milyarderlər, qəddar idarəetmələr, TMK yaratdı. Bu yerdə Con Perkinsin məşhur “Bir ekonomik tətikçinin etirafları” kitabından iqtibas vermək yerinə düşər:

 

ABŞ neftlə zəngin Latın Amerikası ölkələrinə oluqca iri məbləğlərdə kredit verməklə (geri ödənəməsi mümkün olmayan), hakimiyyəti ələ keçirməklə, rəhbərlərə qarşı sui-qəsd təşkil etməklə, ən vacib anda isə siyasi, iqtisadi və hərbi məqsədlərlə ölkələri ələ keçirmək idi.

 

Orta Şərqdə oyunlar, Körfəz müharibələri, 11 sentyabr olayları, Corc Buşla balşayan “qan və pul”- Bağdad axını, neft və qlobal hakimiyyət əlaqələri – istismar edilənlər və istismarçılar məsələsini ortaya çıxartdı.

 

Neft, qarşıdurma və ərəb inqilabları dünya gücləri neftin azalan ehtiyatları fonunda daha şiddətli qarşıdurmalara başlamaları, ərəb imperatorluqlarının iflası (Qəddafi, Səddam və s.) ilə bitdi. Amma bu son deyildi: dünyada davam edən  neft ovçuluğu Suriyada özünün yeni fazasına daxil oldu: Bütün qlobal güclər neft ətrinin izi ilə Yaxın Şərqə avtomatları ilə daxil oldular. İraqdan, Suriydan başlayaraq Aralıq dənizinin neftlə zəngin dibinin yenidən fəthi (başqa sözlə dünya sahibliyi) uğrunda amansız çarpışmalar başladı.

 

23 milyon əhalinin 6 milyonu qaçqın düşdü, yerdə qalan 17-18 milyonun əksəriyyəti bombalar altında yaşam savaşı verir, milyarlarla dollar məbləğində silahlar satılır, insan qaçaqmalçılığı, narkoticarətin dövriyyəsi və ağlagəlməz daha nələr...

 

Neft uğrunda savaşın gətirdiyi reallıqları təkcə Suriyanın timsalında görmək, analiz etmək mümkündür. Bir ölkədə olanlar indi artıq bütün dünyada yaşanmağa başlayır.

Ç

ünki koronovirus neft savaşının daha yüksək bir fazasıdır:

Qlobal iqtisadiyyata müasir neft müharibələri fonunda və koronovirus içərisində baxaq:

 

Keçmiş portuqaliyalı nazir  Bruno Maçães bu günlərdə paylaşdığı  tvitdə yazır ki,

 

“Bir tunelə daxil oluruq, o biri tərəfindən çox fərqli bir dünyaya çıxacağıq. Fərqli anlayışları olan bu dünya bütün həyatımızı, reallıqları dəyişdirəcək, eyni zamanda qlobal iqtisadiyyat yenidən formalaşacaq, sosial həyat dəyişəcək, ona görə dünyanın gələcəyi hamımızın əlindədir, onun xilası isə  innovasiyaya, kreativ yanaşmalara bağlıdır, koronovirus artıq insanlığın vaxtının qalmadığını göstərir”.

 

nark

Sonucu dəfə neftin qiymətləri stress həddinə düşməsi SSRİ –nin çöküşü ilə bitmişdi. 1990-cı ildə Səudiyyə Ərəbistanının təktərəfli istehsalı artırmaqla bağlı qərarı əsas gəlirləri neft ixracından formalaşan iqrisadiyyatı onsuz da həssas olan  SSRİ-ni darmadağın etmişdi.

 

2016 –cı ilə qiymətlərə nəzarətlə bağlı OPEC çərçivəsində razılaşan Səudiyyə - Rusiya müqaviləsi ötən ayın sonunda pozuldu və ərəb ölkəsi yenidən bazara çıxardığı neftin qiymətini salaraq, həcmini artırdı.

 

Nəticədə barreli 68-70 dollar civarında hərəkət edən neft qiymətləri 31 dollara qədər düşdü. Bu əsl neft savaşıdır – Neft ehtiyatlarına malik ölkələr ciddi problem qarşısındadır, istehsal xərcləri, maya dəyəri o qədər artıb, ya da satış qiymətləri o dərəcədə düşür ki, istehsal etməyə belə dəyməz.

 

Və neft savaşları ilə koronovirus pandemiyasının vəhdəti isə sözün əsl mənasında yeni sivilizasiyanın başlanğıcı olacaq yəqin  ki...

 

Səudiyyə ilə Rusiya gündəlik təklifin 1, 5 milyon barrel üzərində olması ilə bağlı müzakirə etdiyi bir dönəmdə virus pandemiyası əksər ölkələrin real alıcılıq qabiliyyətini dayandırdı.

 

Bazar var, təklif də var: amma alıcı yoxdur.

 

OECD təşkilatı 2020-ci il üçün dünya iqtisadiyyatında proqnoz edilən artımı 2.9 faizdən 2.4 faizə qədər endirdi. Gündəlik 3,6 milyon barrel neft istehlak edən Çin bazardan çəkildi. Dünya birjalarında çökmə davam edir: ABŞ birjaları 7-8 faiz civarında çökdü. Dow Jones, S&Pı 500,  Nasdaq və digər dünya nəhəngləri milyardlarla dollar itirir. Bu, hələ dünyanın ən güclü iqtisadiyyatı olan ölkədə yaşanan itkilərdir.

 

Dünya iqtisadiyyatı onsuz da ticarət müharibələrindən, Brexitdən və çoxlu geopolitik problemlərdən dolayı stress yaşayırdı. Dünya fabriki Çinin çöküşü  tədarük zəncirinin, xarici ticarətin və  reel sektorun iflası dünya iqtisadiyyatında nə qədər itkilərə səbəb ola bilər? "Bloomberg Economics"in hesablamalarına görə, 2020-ci ilin birinci rübündə dünya 0,416 xallıq bir itki yaşayacaq.

 

Ən çox itkiyə məruz qalacaq olan ölkələr  Braziliya, Avstraliya, Cənubi Koreya, ABŞ və Avropadan ən çox Almaniya olacaq.

 

Belə bir elmi yanaşma mövcuddur ki, iqtisadi problemlər sosial və siyasi davranışları, qlobal təfəkkürü dəyişir.

 

Bu yolda neft müharibələri, bioloji silahlar, depressiyalar həlledici rol oynamaqdadır. Dünyanın şəkli dəyişir, ya daha yaxşı mənzərə ortaya çıxacaq, ya da daha pisinin şahidi olacağıq.

Əziz Əlibəyli

Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.