Dövlət qulluğuna dair qanunvericiliyin gender aspektindən TƏHLİLİ

20.05.2022

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsəd və funksiyalarını həyata keçirmək üçün dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş hüquqlarının təmin edilməsi Azərbaycan Respublikasının siyasətinin əsas və prioritet fəaliyyət istiqamətlərindən biridir. Müasir idarəetmə mexanizmlərinin formalaşdırılmasına və fəaliyyətin insan hüquq və azadlıqlarının təmini baxımından daha da təkmilləşdirilməsinə, əhalinin, o cümlədən qadınların, gənclərin iştirakçılığının artırılmasına zəmin yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsinə əsasən, vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ əks olunmuşdur. Bu maddəyə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır.

Ulu öndər Heydər Əliyevin 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanına əsasən qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi qərara alınmışdır.

Dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsi və dövlət qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə dövlət orqanlarında gender bərabərliyi üzrə əlaqələndiricilər təyin edilmişdir. Eyni zamanda, milli qanunvericilikdə qadınların bütün sahələrdə və xüsusilə də dövlət qulluğunda təmsilçiliyinin artırılması məqsədilə yeni qanunlar qəbul edilmişdir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun 7-ci maddəsinə əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir.

İşəgötürənin işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq vəzifələri var. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci il 21 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuşdur. Qanun Azərbaycanda dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri və dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri tənzimləyir. Qanunun 4-cü maddəsinə uyğun olaraq, (4.1.8.) vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsipi və (4.1.9) irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak 44 45 və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipləri öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, dövlət qulluğu sisteminin prinsipləri arasında olan “şəffaflıq” və “qanunçuluq” sistem daxilində və sistemə qəbulda cinsi mənsubiyyətə əsasən gizli və açıq ayrı-seçkiliyin qarşısını almaqda mühüm rol oynaya bilər. Azərbaycanda dövlət qulluğuna qəbul müsabiqə və müsahibə əsasında keçirilir.

Qanunun 28-ci maddəsində qəbulun əsas şərtləri müəyyən edilir və 7 http://www.e-qanun.az/alpidata/framework/data/13/f_13685.htm burada: “Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir” şərti gender faktorunu nəzərə alaraq dövlət qulluğuna qəbul prosesində vətəndaşları cinsi mənsubiyyət əsasında ayrı-seçkilikdən qorumaq funksiyasını daşıyır. 2007-ci ildə qəbul olunmuş “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq, “Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.”7 Burada insanların cinsi mənsubiyyətlərinə görə dövlət qulluqçusu tərəfindən gender əsaslı ayrı-seçkiliyin qurbanı ola biləcəyi nəzərdə tutulur və dövlət qulluqçularının hərəkətlərində və münasibətlərində gender əsaslı ayrı-seçkiliyə qadağa qoyulur.

Dövlət qulluğunda qadınların sayını artırmaq və qərarvermə vəzifələrində kişilərlə bərabər təmsil olunmalarını təmin etmək gender bərabərliyinin bərqərar olunması üçün zəruri şərtdir.

Gender sahəsində xüsusi tədbirlərə ehtiyac var, bu da, ilk növbədə, qanunvericilikdə öz əksini tapmalı və qanunvericilikdə bu sahəyə aid olan terminlərin düzgün şərhi verilməlidir. Gender əsaslı zorakılığın tərifi və qadağan olunması kimi məsələnin milli qanunvericilikdə əhatə edilməsi məqsədyönlü hesab oluna bilər.


Mənbə: http://scfwca.gov.az/store/media/D%C3%B6v%C9%99t%20Qullu%C4%9Funda%20%20Gender%20%C3%BCzr%C9%99%20kruikulum.pdf