1.Dövlətlərin sosial səhiyyə siyasəti pandemiya sınağında Çin əyalətində Vuhan adlı kiçik balıq bazarından 2019-cu il dekabrında qeydə alınan, sonra bütün Çinə və dünyaya yayılan koronavirusun(Covid-19) 2 ayına qısa baxış onu göstərir ki, XXI əsrdə
Yeni virus dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini, siyasətçiləri və iqtisadiyyatı sınağa çəkir.
Tarixi keçmişdə baş verən taun bəlaları ilə müqayisədə hazırkı XXI əsrdə koronavirus yüngül bir "naxoşluq" sayıla bilər. Dünya tarixində yadda qalan ən dəhşətli pandemiya,1918-1919-cu illərdəki İspanka(ispan qripi), ən minimal hesablamalara görə 40 milyon,bəzi mənbələrə görə isə, 550 milyon nəfər və ya dünya əhalisinin 29,5% insanın həyatını itirdi ki, bu da I Dünya Müharibəsində baş verən insan ölümlərindən dörd qat artıq itki demək idi.
Qloballaşma proseslərinin sürətlə getdiyi XXI əsrdə COVID-19 artıq ənənəvi pandemiya olmayıb, geosiyasi,iqtisadi-maliyyə, informasiya-psixoloji mühiti, rasist/irqi ayrı-seçkilik münasibətlərini, müxtəlif fobiyaları tətikləyən gözlənilməz detonator rolunu oynaya bilər. Sosial şəbəkələrdə bəzi ölkələrdə çinli vətəndaşlara münasibət bunu göstərir. Virusun qlobal iqtisadiyyatı vurması- adamsız boş küçələrlə, maliyyə birjalarındakı ajotajın-qaynar fəaliyyətin bir-biri ilə nə qədər ziddiyyət təşkil etməsində güzgüdə olduğu kimi görünür.
Koronavirusun daha geniş yayılacağını proqnozlaşdırılır və belə gedişatla, qlobal tədarük zəncirlərindəki qopma və iflaslar labüddür. Dünya iqtisadiyyatının 2-cisi və ən böyük neft idxalçısı olan Çində tələbin aşağı düşməsi, nəticəsiz ötüşmür.
Yoxsul ölkələr virusla mübarizədə xüsusilə həssas durumdadır. Dünya birliyi qlobal karantin rejimi altında mövcudluğa məhkumolub. Bütün qlobal miqyaslı beynəlxalq biznes, idman,akademik və s. tədbirlər təxirə salınıb. Virus səbəbindən qapadılan sərhədlər arxasında, onların eyni zamanda həm də şəffaf olması axa plana keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına görə, koronavirusa nəzarət həlledici mərhələyə adlayıb və dövlətləri öz hazırlığını təcili olaraq ən yüksək səviyyəyə gətirməlidir.
2.Statistika
Qeyd edilməlidir ki, xəstəlik halları günbəgün artdığı üçün statistika nisbi xarakter daşıyır. Açıqlanan məlumatlarda gördüyümüz mənzərə ilə müqayisədə real rəqəmlərin birmənalı olaraq, qat-qat daha çox olmasını demək məntiqidir. Martın əvvəlindən ilk dəfə olaraq, Çindən kənarda gündəlik yeni yoluxma hallarının sayı, infeksiyanın ölkədaxili yayılma sürətini qabaqlamağa başlayıb. Bu yeni meyil- Braziliya və Pakistan kimi bir-birindən çox uzaqda olan ölkələrdə baş verib. Çindən sonra ilk vaxtlar Cənubi Koreya koronavirus xəstəliklərinin sayına görə ikinci ölkə olsa da, son bir həftədə İtaliya hər iki ölkəni arxada qoyaraq “dünya birincisi” olub.
Bloomberq" beynəlxalq biznez xəbərləri agentliyinin məlumatına görə martın 6-sı üçün üçün qlobal yoluxma hallarının sayı-100.000-ə yaxın, ölənlərin sayı isə-3.833 nəfərdir. Qlobal şirkətlə-Facebook və Tvitter bir çox qurmlarına evdən işləyəyi məsləhət görüb.Həmçinin qlobal miqyaslı tədbirlər virus səbəbindən təxirə salınıb.
2020-ci il martın 4-ü üçün koronovirusun yayılması ilə bağlı statistika:
İƏİT-nın (OECD) proqnozuna görə qlobal artım 2.9 -dan, 2.4% -ə enəcək. Azalma şübhəsiz olaraq gələcək illər ərzində də dünyada hiss ediləcək.
Virus ölkələrin təhsil sistemində böyük problemlər yaradıb. “Statista” beynəlxalq agentliyinin məlumatına görə, martın 4- ü üçün virus səbəbi ilə karantinin tətbiq edildiyi ölkələrdə- Azərbaycan da daxil olmaqla- milyonlarla uşaq virusa görə məktəbdən kənarda qalıb:
3.Virusa qarşı mübarizədə də bütün sahələrdə olduğu kimi insan amili öndə durur
Pandemiya ilə bağlı təhlükənin ciddiliyi bütün hədləri aşır. Virus təhlükəsi hər bir dövlətin ümummilli işinə çevrilir. Beynəlxalq ictimai rəydə pandemiyanın yaranması, yayılma dinamikası, sosial səhiyyə sistemlərinin sel kimi gələn virus dalğasına tab gətirə bilməsi üçün necə davranması; alimlərin vaksinlər üzərində necə işləmələri, proseslərin qlobal biznesə və dünya iqtisadiyyatına necə ziyan vurması həssaslıqla izlənilir.
İnsanların sağamlıq məsələsinə gəldikdə,sosial səhiyyədə doğru-dürüstlük ümiddən qat-qat daha çox vacibdir,“bəlkə yan keçər”fəlsəfəsi isə ən arzuedilməz mövqedir. Dünya təcrübəsi göstərir ki, insanlara xəstəlik haqqında maarifləndirilməsi üçün ən ideal vaxt-proseslərin önlənə bildiyi epidemiyadan əvvəlki dövrdür.
Çində tüğyan edən yeni xəstəliyin- bütün dünyada yayılacağı tam aşkarlıqla fevralın sonu- martın əvvəli məlum oldu. Bir çox dövlətlər təhlükə siqnalları aldı və xəstəliyi öz sərhədlərində dayandırmaq üçün var qüvvə ilə çalışdıqlarını bəyan etdi. Bu gün kiçik də olsa zaman müddətinin keçməsi onu göstərdi ki, bütün ehrtimal edilən təhlükə və təhdidlər kimi, virus məsələsində də, atılmalı olan ilk addım-vətəndaşların,insanların mümkün təhlükəyə hazırlıqlı olmasında, çevik və vaxtında -aşkarlıqla maarifləndirilməsindən başlamaq lazımdır.
Əks təqdirdə-səlahiyyətli qurumların real faktlara əsaslanmadan açıqlamalar verməli olur. Konspiroloji fikirlər yayılır. Nisbi/dorğuluğa yaxın ehtimala görə virusun çatdığı hər bir ölkədə əhalinin 25-70% -i xəstəliyə yoluxmuş ola bilər. Çin təcrübəsi göstərir ki, yoluxmanın aşkar olunan hallarının 80% -ində yüngül müayinəyə, 15% -ində xəstəxana müalicəsinə, 5% -nin isə hərtərəfli intensiv müalicəyə ehtiyac olması müəyyən edilb. Mütəxəssislər virusun mövsümi qriplə müqayisədə 5-10 dəfə daha çox ölümlə nəticələnə biləcəyini hesab edir. (Məlum olduğu kimi, koronavirus- sars-cov-2 ilə müqayisə edilir). Xatırladaq ki, ABŞ-da bu kimi mövsümi qripin ağır formalarında ölüm nisbəti 0,1% olmaqla, ildə 60 min amerikalının həyatı ölümlə nəticələnib. Bu baxımdan,yeni virusa yoluxma nəticəsində dünyada, ölənlərin sayı milyonlarla ola bilər.
Əgər pandemiya qripin çox ağır forması (sars-cov-2) kimi davam edərsə, aparılan təhlil modelləri, qlobal iqtisadi artımın son 12 ay ərzində iki faiz aşağı düşməsini-təxminən 1% olduğunu; daha ağır gedşatlı olarsa, qlobal iqtisadiyyatda çox ciddi azalma olaacağını bildirir. Belə ki, həftə ərzində bu proqnoz azalaraq, S&P(Standarts anr Poors) 500 olmaqla, 8% aşağı düşüb. https://www.economist.com/finance-and-economics/2020/02/27/ markets-wake-up-with-a-jolt-to-the-implications-of-covid-19
Yaşanan paradokslardan biri də budur ki,dünyanın diqqəti koronavirusda ikən, ondan qat-qat daha çox insan həyatına qəsd edən digər sosial səhiyyə hadisələri və göstəriciləri arxa planda qalıb.Bu şəkildə 2020-ci il yanvarından martın 5–nə qədər virusla müqayisədə, dünyada aclıqdan,yol qəzalarından, intihardan, alkoqoldan, siqaretdən və s. dəfələrlə çox insanın ölməsi təsvir edilir.
4.Dünya təcrübəsi: istənilən fövqəladə rejimdə operativ böhran kommunikasiyasına alternativ yoxdur
Çin təcrübəsinin göstərdiyi kimi, əsas məsələlərdən biri- hökumətlərin necə çevikliklə, hansı qərarlar verdiyinə bağlıdır. Yəni-insan amilidir. Epidemiyanın başladığı Hubei vilayətində əhalinin sayı 59 milyon nəfər olmaqla, burada 65 mindən çox virusa yoluxma hadisəsi qeydə alınıb və nəticədə ölüm nisbəti 2,9% təşkil edib. Bundan fərqli olaraq,Çinin 1.3 milyard insanın yaşadığı qalan ərazisində 13 minə yaxın adamda virusla yoluxma qeydə alınsa da, ölüm nisbəti yalnız 0.4% təşkil etdi.
Məlum olduğu kimi, Çinin aidiyyətli və həmçinin, səlahiyyətli rəsmiləri ilk vaxtlar xəstəliyin meydana gəlməsi xəbərini gizlətmişdilər ki, bu da vəziyyətə nəzarətin ələ keçirilməsinə maneə olan çox ciddi bir səhv kimi bu gün etiraf edilir.Lakin onu da xüsusilə vurğulamaq lazım gəlir ki, hətta virusun "vətəni" olan bütün Hubei' əyaləti çərçivəsində onun tam yayılmasından əvvəl, Cin dövləti öz tarixində ən ciddi, daha dəqiq deyilsə, ən qəddar karantin tədbirlərinə əl atdı. Bütün əyalətdə zavodlar bağlanıb, ictimai nəqliyyat dayandırılıb, iflic vəziyyətinə gətirilib. İnsanların yaşadıqları mülklərində qapadılmasına göstəriş verilib. Bu, tədbirlər vətəndaşların ayıq-sayıqlığını artırıb, ictimai şüuru təhlükəyə kökləməklə, ictimai davranışı dəyişdirib. Əgər Çin höküməti Hubey vilayətində bu addımları atmasaydı onun nəticəsi bu günkü Çin üçün milyonlarla insanın virusa yoluxması və on minlərlə ölüm hallarının baş verməsi demək olacaqdı.
Virusla bağlı təhlillər, qlobal reytinqlərin, bütövlükdə ölkələrin dəyərəndirmə aparılma metodologiyalarına bir daha tənqidi yanaşmanın vacibliyini ortaya qoyur. Belə ki, məsələn, keçən ilin oktyabr ayında dərc edilən, Qlobal Səhiyyə Təhlükəsizliyi İndeksinə (QSTİ) nəzər salaraq ölkələrin epidemiyalara hazırlıq səviyyəsini görə bilərik.Bu indeksə görə, epidemiyalara ən hazır ölkələr ABŞ, Birləşmiş Krallıq və Niderlanddır. Çin 48 xalla 51-ci yerdə, İran 37 xalla-97-ci, Cənubi Koreya isə 70 xalla 9-cu yerdə,yəni ilk onluqda olub. Ermənistan 50 xalla 44-cü yerdə olub. Epidemiyalara ən zəif hazırlıqlı olan üç ölkə isə Şimali Koreya, Somali və Ekvatorial Qvineya olub. QSTİ –ə əsasən Azərbaycan epidemiyalara cavab vermək qabiliyyətinə görə, 195 ölkə arasında 117-ci yerdədir. Virusa yoluxma və ölüm hallarına görə dünyada Çini də arxada qoyub 1-ci yerə çıxan İtaliyanın 56 xalla 31-ci- öncül sıralarda olması, yaxud,virusla bağlı Çindən sonra 2-ci olan Cənubi Koreyanın ilk onluqda olması ümumilikdə qlobal reytinq və indekslərə nə qədər etibar edilməsi ilə bağlı düşüncələrə də yol açır. https://www.ghsindex.org/wp-content/uploads/2019/10/2019-Global-Health-Security-Index.pdf
Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı Çinin virusla bağlı həyata keçirdiyi tədbirləri dəyərləndirərkən tərzinə xas olmayan çoxlu təriflər söyləyir. Bu o demək deyil ki, bu, dünyanın qalan hissəsi üçün Çin təcrübəsi mütləq bir bir modeldir. Tarixdə olduğu kimi, bütün karantinlərdə itkilər,məhdudiyyətlər olur. Bu yalnız itirilmiş məhsulların iqtisadi itkisi deyil, həm də qapadılmış insanların bəzi hüquqlarının, bəzilərinin müəyyən səbəblərdən tibbi müalicədən imtina etmələri kimi itkilərlə bağlıdır. Karantinin ölkələrə nələr qazandırdığının dəyər olub-olmadığını dəqiq demək hələlik tezdir.
Məsələn, Çin timsalında izah edilsə- karantini sərtləşdirməklə ikinci infeksiya dalğasının onun iqtisadiyyatını "nokauta" salmaması və əksinə canlandırmasını istədiyi üçün bunu tətbiq edib.
Maraqlı fikirlərdən biri də odur ki, insan hüquqları şüarları və karantin rejimi anlayışları bir araya sığmasa da Çin milyonlarla vətəndaşlarını öldürücü virusdan məhz qadağalar tətbiq etməklə qoruya bilib. Qərb demokratiyaları ilə bağlı bunu demək olmaz. Eyni zamanda,təhlilçilərin fikrinə görə, bütün avtoritar dövlətlərdə fövqəladə hadisələrə yanaşmaqda Çin kimi bacarıq nümayiş etdirə bilmir. Qeyri-müəyyənlik nəzərə alınarsa, bir neçə demokratiya, Çinin etdiyi kimi fərdi hüquqları ümumi mənafe naminə tapdalamağa hazır olmalıdır. Məsələn, İrandakı xaotik epidemiya və onun hazırkı faciəli gedişatı və ilkin nəticələri onu göstərir ki, bütün avtoritar hökumətlər də ekstremal hallara münasibətdə eyni hazırlıq dərəcəsinə, çevikliyə və operativliyə malik və qadir deyillər.
Beləliklə,Çinin koronavirusla bağlı fəaliyyətinin daha ən mühüm dərsi belədir ki, hökumətl və səhiyyə sistemi əl-ələ çevik çalışarsa, xəstəliyin yayılmasını ləngidə bilər. Epidemiyanın sürətinin yavaşıdılması səhiyyə sistemlərinin daha az əziyyət çəkməklə insanların həyatını xilas edə biləcəyinə şərait yaradır.
Əgər virus başqa qrip növləri kimi mövsümi olarsa, o zaman həkimlər də onun öhdəsindən gəlməyi daha yaxşı bacara, növbəti epidemiyaya qədər yeni vaksinlər və s.antiviral dərmanlar hazırlana tətbiq edilə bilər.
Pandemiyaya qarşı tədbirlər sistemində sosial kommunikasiyaya ən yaxşı nümunələrdən biri kimi ABŞ qeyd edilir. Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (America’s Centres for Disease ) fəaliyyəti örnək hesab edilir. Mərkəz 2020-ci il fevralın 25-də vərəndaşlara açıq və birmənalı xəbərdarlıq edib.
Örnək təcrübələrdən daha biri Sinqapur modelidir. Sinqapur--"sars-2" (koronavirusn başqa növü)qriplə bağlı pandemiyadan yığdığı təcrübə- operativ, erkən və aşkarlıq prinsiplərini rəhbər tutan sosial kommunikasiyanı reallaşdıra, bütün hallarda itkiləri minimuma endirə, hətta qarşısını ala bilər.
Ən pis nümunə isə, hökumətin,səlahiyyətli rəsmilərin epidemiyaya tam nəzarət etdiyini göstərmək üçün hazırlanan mətbuat konfransı zamanı virusa tab gətirməyən İranın səhiyyə naziri müavinin görüntüləri olub.
Koronavirus səbəbindən Ermənistanda dərslər dayandırılıb. Martın 8-dək uşaq bağçaları, orta məktəblər, kolleclər universitetlər və digər təhsil ocaqları fəaliyyət göstərməyəcək.
Yaşanan paradokslardan biri də budur ki,dünyanın diqqəti koronavirusda ikən, ondan qat-qat daha çox insan həyatına qəsd edən digər sosial səhiyyə hadisələri və göstəriciləri arxa planda qalıb.Bu şəkildə 2020-ci il yanvarından martın 5–nə qədər virusla müqayisədə, dünyada aclıqdan,yol qəzalarından, intihardan, alkoqoldan, siqaretdən və s. dəfələrlə çox insanın ölməsi təsvir edilir.
5.Azərbaycanda sosial səhiyyəyə-kritik infrastruktur sisteminin ən vacib hissəsi kimi baxılmasının vacibliyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri zamanı çıxışında hazırda mövcud olan həssas durumla bağlı əhaliyə məlumat verib.Prezidentin nitqi,dünya təcrübəsində pandemiya və s. analoji şəraitdə görülməli olan, “böhran kommunikasiyası” adlanan, xalqın mötəbər mənbələrdən məlumatlandırılması kimi ən optimal yol hesab edilə bilər. Bəzi aiddiyyətli, səhiyyə sahəsində bilavasitə sosial kommunikasiyaya cavabdeh qurumlardan fərqli olaraq, prezidentin koronavirusla bağlı karantin vəziyyətinin tətbiqinə baxmayaraq, əhalinin arasında olması, xalqı şəxsən məlumatlandırması-sosial səhiyyənin taleyüklü istiqaməti olan sosial kommunikasiyanın ən mötəbər qaynağı, örnək hadisəsidir.
Dövlət başçısı xüsusi qeyd edib ki, Azərbaycanda səhiyyə siyasəti yalnız vətəndaşların sağlamlığının qorunması və onun maddi-texniki bazanın möhkəmləndirilməsinə deyil, eyni zamanda, fövqəladə/gözlənilməz hadisələrdən müdafiə edilməsinə hesablanıb. Virusla bağlı Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Dərmanların alınmasına 10 milyon manat vəsait ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı ilə xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı məsələ öz həllini tapır. Prezident həmçinin apteklərdə maskaların çatışmazlığı kimi halları yaradan, süni şəkildə qiymət artımına yol verən səbəb olan yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirlərinin tətbiq ediləcəyini bildirib.
Virusla bağlı təhlillər, qlobal reytinqlərin, bütövlükdə ölkələrin dəyərəndirmə aparılma metodologiyalarına bir daha tənqidi yanaşmanın vacibliyini ortaya qoyur. Belə ki, məsələn, keçən ilin oktyabr ayında dərc edilən, Qlobal Səhiyyə Təhlükəsizliyi İndeksinə (QSTİ) nəzər salaraq ölkələrin epidemiyalara hazırlıq səviyyəsini görə bilərik.Bu indeksə görə, epidemiyalara ən hazır ölkələr ABŞ, Birləşmiş Krallıq və Niderlanddır. Çin 48 xalla 51-ci yerdə, İran 37 xalla-97-ci, Cənubi Koreya isə 70 xalla 9-cu yerdə,yəni ilk onluqda olub. Ermənistan 50 xalla 44-cü yerdə olub. Epidemiyalara ən zəif hazırlıqlı olan üç ölkə isə Şimali Koreya, Somali və Ekvatorial Qvineya olub. QSTİ –ə əsasən Azərbaycan epidemiyalara cavab vermək qabiliyyətinə görə, 195 ölkə arasında 117-ci yerdədir. Virusa yoluxma və ölüm hallarına görə dünyada Çini də arxada qoyub 1-ci yerə çıxan İtaliyanın 56 xalla 31-ci- öncül sıralarda olması, yaxud,virusla bağlı Çindən sonra 2-ci olan Cənubi Koreyanın ilk onluqda olması ümumilikdə qlobal reytinq və indekslərə nə qədər etibar edilməsi ilə bağlı düşüncələrə də yol açır. https://www.ghsindex.org/wp-content/uploads/2019/10/2019-Global-Health-Security-Index.pdf
Operativ Qərargahın məlumatında deyilir ki, "Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməyib və narahatlıq üçün heç bir əsas yoxdur”.[1] Qida Agentliyi də müvafiq təsisat yaradıb.Təhsil Nazirliyi məktəblərdə təhsilin dayandırılması ilə bağlı qərar qəbul etməyib. Məktəblərdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək.
Ekspertlər virisun Azərbaycana mümkün sosial-iqtisadi təsirlərindən bəhs edir. Ümumiləşdirlərsə, qlobal güc olan Çinin iqtisadi tələbatının azalması bütün ölkələrə, eyni zamanda,Azərbaycan iqtisadiyyatına mümkün təsiri ola bilər. Neftə tələbin düşməsi, qiymətlərin aşağı enməsi, fiskal risklərin olması, Dövlət Neft Fondu gəlirlərinin proqnozdan aşağı olacaq, Dövlət Neft Fondunun aktivləri “əriyəcəyi”, dəyərdən düşəcəyi, Dövlət Neft Fondunun valyuta səbətində də itkilərimiz olacağı, Monetar təsir kanalı, idxalda qadağa qoyulması nəticəsində 10 faizlik daralma formalaşması və dollara tələbin düşməsi və s.-bununla bağlı valyuta bazarında narahatlıqlar yaşana bilər.İstehlak bazarında qiymət artımları sosial gərginlik mənbəyi kimi çıxış edəcək. Yaxın qonşulardan yalnız İranla qalan gömrük əlaqələrindən sonra Azərbaycanın iqtisadi blokadaya düşmək ehtimalı güclənir ki, bu da ölkəmizin daxili istehlaknı təmin edəcək istehsal imkanları fonunda çox riskli görünür. Deməli, ölkə iqtisadiyyatında bir bahaləşma tendensiyanının hökm sürməsi qaçılmaz olacaqdır. Həm ərzaq məhsullarının, həm də qeyri-ərzaq məhsullarının qiymətində artımlar olacaq. Çünki, idxal mallarının ən çox gəldiyi 3 ölkə ilə (Türkiyə, Rusiya, Çin) əlaqələrin kəsilməsi birmənalı olaraq sosial gərginlik mənbəyi hesab oluna bilər. [2]
Beləliklə, pandemiya ilə bağlı vəziyyətin gedişatı,gerçəklərin bildirilməsində gecikmə yolverilməzdir və aşkarlığın təmin edilməsi ümumi işin xeyrinədir.Həqiqəti gizlətməyə, virus haqda doğrunu deməyə maneələr yaratmaq yönündə cəhdlər, hətta ən yaxşı məramla əsaslandırılsa belə,intihara, özünü aldatmağa bərabərdir.Çünki bunun nəticəsi-inamsızlığın, informasiya müharibəsində mükəmməl sui-istifadə silahı olan şayələrin artmasına, labüd olaraq qorxu vəziyyətinin yaranması ola bilər. Covid-19 dövlətlərə pandemiyaya hazırlıq və onunla mübarizə üçün verdiyi vaxtın sınağına çevrilib və ondan kimin necə səmərəli istifadə ediləcəyi aydın olacaq.
Xəstəliyin dayandırılmasına tam nəzarətin bəyan edilməsi,yaxud da onun həddən artıq şişirdilməsi ilə bağlı mövqelər,son anda, labüd olaraq yayılan virusa qarşı real və səmərəli tədbirlərin görülməsi yönündə səyləri zəiflədə bilər. Qərar qəbulu gecikdikcə,konspiroloji nəzəriyyələr şübhəsiz olaraq çevik cavabların verilməsinə və addımların atılmasına ağır təsir göstərə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin apardığı kiçik müsahibələrdən məlum olu ki, ölkə vətəndaşların bəziləri pandemiya haqda əsasən primitiv, bəziləri konspiroloji, bəziləri teoloji təsəvvürlərə malikdir.(Allahın işidir, güclü dövlətlərin işidir,olacağa çarə yoxdur,işbazların qazanc əldə etməsi üçündür və s.) Eyni zamanda müsahibədə problemə sayıq yanaşan, maariflənmə səviyyəsindən narazı olan vətəndaşlar da var. Qeyd edilənlər, operativ sosial kommunikasiyanın alternativi olmadığına dəlalət edir.
Virusla bağlı profilaktiki məlumatlandırma məsələlərində ən mühüm məsələlərdən biri-yoluxma nəticəsində ölümün yaşla əlaqəli olmasının izahıdır. 80 yaşdan yuxarı insanlar, müəyyən şərait də yaranarsa- ən yüksək riskdədir; əgər 50 yaşın altındadırsa-risk qrupundan xaricdədir. Növbəti atılacaq addımlar- nisbətən yüngül əlamətlər aşkarlanan 80% insanları evdə qalmağa və xəstəxanaya tələsməməyə inandırmaq, əllərini tez-tez yumağı və üzlərinə toxunmamağı öyrətməkdir.
İlk növbədə, dünyada baş verən bütün ekstremal halların müşahidəsi və Çin təcrübəsi də onu göstərir ki, istənilən bəlada olduğu kimi, yeni xəstəliklə mübarizədə də, cəmiyyətin məlumatlandırılması, xalqın düzgün maariflənməsi işinlə ümummillihəmrəylik işində də, profilaktiki tədbirlərlə bağlı da çeviklik,operativlik, düzgün istiqamətlərdir.
Ümumtəhsil məktəblərinin bağlanma müddətləri, böyük ya kiçik iş kollektivlərinin,müəssisələrin çevik davamiyyət- iş planları hazırlana, ehtiyac olduqda işçilərin evdən işləməsinə imkan yaradılması və s. müzakirə edilməlidir.
Həmçinin problemin ancaq "xaricilərlə bizim" aramızda infeksiyanı məhdudlaşdırmaq kimi təqdimi səmərəsizdir. Əvəzində, "bizdən bizə" yoluxmanın təhdidləri və onunla mübarizə ilə bağlı siqnallar ən yüksək səsələ verilməlidir. Belə ki, İtaliya və Cənubi Koreyada olduğu kimi xəstəlik geniş yayılıbsa, bütün şəhərlərin virusun ilk yarandığı şəhərdə olduğu kimi-"Wuhan-lite"modelli-karantin metodu olduqca baha qiymət fonunda çox az qorunma kimi nəticəsi artıq məlumdur.
Virusla bağlı mübarizədə qısa müddətdə əldə edilən dərslərdən biri- sağlamlıq sistemlərini istənilən gələcək təhdidlərə hazırlamaqdır. Buraya- logistik planlaşdırmadan tutmuş, xəstəxanalarda xalat, maska, əlcək, oksigen və dərman maddələrinin konservasiya edilməsi aiddir. Ventilyator da daxil olmaqla avadanlıq çatışmazlığının təmin edilməsi, xəstələr üçün palataların necə ayrılması, işçilərin xəstələnməməsinin öhdəsindən gəlmək və xəstə olduqda xəstələr arasında seçim etmək üçün bir sxem lazımdır. İndiyə qədər bu iş görülməli idi.Bu virus artıq nəinki təkcə Çinin qlobal gücl kimi zəif tərəflərini üzə çıxarıb. Həmçinin qabaqcıl və inkişaf etməkdə olan ölkələrin bütün siyasi sistemlərinin kritik infrastrukturlarını XXI əsrin təhdidlərindən necə sınaqdan çıxmasığı gün işığı kimi ortaa qoyacaqdır.
Virus sosial problemlərə təkan verə,istehlak bazarında qiymət artırmağa cəhd edən işbazlar üçün fürsətə çevrilməklə, sosial gərginlik mənbəyi kimi çıxış edə bilər. Bəzi şərhlərə görə,yaxın qonşularla sərhələrin qapadılması ölkəmizin daxili istehlakını təmin edəcək istehsal imkanlarına risk yarada, bu fonda, bahalaşma tendensiyası müşahidə edilə bilər. Belə ki, idxal mallarının ən çox gəldiyi 3 ölkə ilə (Türkiyə, Rusiya, Çin) əlaqələrin kəsilməsi birmənalı olaraq sosial gərginlik mənbəyi hesab oluna bilər. Hazırkı duruma əsasən sözü gedən bu proseslərin baş verəcəyinə ciddi əsas yoxdur.
Virusla bağlı Çin təcrübəsinin mütləq olaraq üç vacib dərsi aşağıdakılardır:
- xalqın geniş məlumatlandırılması,cəmiyətlə açıq kommunikasiya;
- xəstəliyin yayılmasını səngitmək;
- səhiyyə sistemini pandemiyanın kəskin arta biləcəyi hallar üçün hazır vəziyyətə gətirmək.
Preventiv(önləyici) tədbirlər kimi İranla quru sərhədlərin bağlanmasının bəzi neqativ iqtisadi təsirləri ehtimal olunsa da,müvəqqəti olan iqtisadi problemlər bu koronavirisunun dağıdıcı təsirləri yanında heç nədir.
Səhiyyə- kritik infrastruktur sisteminin ən vacib halqasıdır
2018-ci ildə “Kritik İnfrastruktur” və onun qorunması: Dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi”adlı tədqiqatda[3] hər bir dövlətin həyat qabiliyyətini, təmin edən strateji obyektlər sisteminin əhəmiyyəti vurğulanıb. Ölkəmizdə strateji obyektlər sisteminin sinonimi olan kritik infrastruktur anlayışının naməlum qalmasına diqqət cəlb edilib. Səhiyyə-ən mühüm strateji obyekt,yəni kritik infrastrukturdur.
Dünya ölkələri çoxsaylı böhran nəticələrini təhlil edib, “zəif bəndlərin” müəyyən edilməsi, qəzaların önlənməsi, baş verdiyi halda minimum vaxt və itkilərlə aradan qaldırılmasının yolu kimi zəruri-yeni idarəetmə strukturunu yaratmağa qərar verilib.Yəni, yalnız ayrı-ayrı strateji obyektlərin deyil, bütün kritik infrastrukturun qorunmasının milli sisteminin yaradılması baş verib. Koronavirusun sosial səhiyyə problemi olmaqla kifayətlənməyib, ökələrin siyasi, iqtisadi, ekoloji və s. çoxlu saylı riskləri əhatə edərək, qlobal sınağa, meqatrendə çevrilməsi onu göstərir ki, Azərbaycanda da qabaqcıl ölkələrdə olduğu kimi, milli kritik insrastruktur sisteminin yaradılması günün tələbidir. Risk və təhdidlərin durmadan artması bunu zərurətə çevirir.Belə strukturun mövcudluğunda hansısa mütəxəssis olmayan, işin mahiyətinə bələd olmayan şəxslərdən “müvəqqəti qərargahlar” yaradılmasına ehtiyac qalmır. Milli kritik insrastruktur sistemi vahid mərkəz olaraq,dövlət əhəmiyyətli bütün strateji obyektlərdə ehtimal ediləcək fövqəladə hallarda, çeviklik və operativlik prinsiplərinə əməl edərək, təcili tədbirlər görür, ilk növbədə cəmiyyətdə böhran kommunikasiyasını həyata keçirir. Bu baxımdan,virusla bağlı ABŞ konqresində keçirilən müzakirələrdə qeyd edilib ki, sosial səhiyyə-ilk növbədə həm də sosial kommunikasiya deməkdir.
[1]https://www.youtube.com/watch?v=xJdq7DjL9f4&feature=share&fbclid=IwAR0UcutLxs2xsU-6fsmvJn_9a94WkmwPo-GUuTMpgdHjLwzuQIbHcw2wY-0
[3] http://newtimes.az/en/politics/5925/ T.Allahyarova."Critical Infrastructure" and its protection: the world experience and the need for implementation in Azerbaijan: https://1news.az/news/kriticheskaya-infrastruktura-i-ee-zaschita-ot-ugroz-mirovoy-opyt-i-vazhnost-realizacii-v-azerbaydzhane/Т.Аллахярова«Критическая инфраструктура» и ее защита от угроз: мировой опыт и важность реализации в Азербайджане