Ermənistanda miqrasiya bumu böyüyür, Rusiya isə...

01.11.2021

Ermənistandan miqrasiya misli görünməmiş həddə çatıb. Daha əvvəl də işsizlik, yoxsulluq və digər problemlərə görə acınacaqlı vəziyyətdə olan əhali sayı daha da azalır.


Ekspert şərhlərində 44 günlük Vətən Müharibəsində biabırçı məğlubiyyət kapitulyasiyasına imza atan Ermənistandakı əhali azalmağı proqnozlaşdırılmışdı.

Ermənistan əhalisinin təxminən 10-12 faizini - 300-320 min nəfəri qocalar hesab edirlər, yəni bunlar 65 və yuxarı yaş kateqoriyasında olan insanlardır.

Ermənistan qocalmış ölkədir, burada pensiya yaşına çatmış əhalinin - 63 yaş və yuxarı olanların nisbəti təxminən 14% təşkil edir. BMT-nin Əhali Fondunun proqnozlarına görə, 2050-ci ilə qədər bütün yaşlı insanların nisbəti təxminən 24 faiz təşkil edəcək. Bu əhali 63 və yuxarı yaş qrupundadır və 60+ əhali təxminən 33 faiz təşkil edəcək.

Ölkədəki ümumi çətin situasiya da vəziyyəti daha da çətinləşdirir. Ermənistanda elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə azalıb - ölkənin Milli Statistika Komitəsinin hesabatına əsasən, avqustda Ermənistan Respublikasında elektrik enerjisi istehsalı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,3%, 8,8% azalıb.

Ermənistan bu il Rusiya Federasiyasına miqrant axınına görə ilk üç ölkə arasında yer alır.

Bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatında vurğulanıb.

2021-ci ilin yanvar-iyul aylarında Ermənistandan Rusiyaya 20 min miqrant gəlib. 2021-ci ilin sonunda Rusiyaya miqrant axını son 25 ildə rekord həddə - 398 min nəfərə çata bilər. Sonuncu dəfə 1996-cı ildə Ermənistandan bu ölkəyə gedən miqrantların sayı 400 mini keçib.

Qeyd olunub ki, 30 il əvvəl olduğu kimi, indi də Ermənistandan miqrasiya axını daha çox Rusiyaya yönəlib.

Gələn il isə Ermənistandakı əhalinin daha da azaldığını müşahidə edəcəyik.

 

Tural İsmayılov