HAŞİYƏ: 2009-cu il fevralın 10-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında yeni bir əlamətdar tarixi təqvimin - Ümumdünya Sosial Ədalət Gününün təsisi və təqdimatı keçirildi. BMT Baş Assambleyasının qərarı ilə hər il 20 Fevralın dünyada Beynəlxalq Sos
Maraqlı məqamlardan biri - Beynəlxalq Sosial Ədalət günün təsis edilməsi təşəbbüskarının Qırğızıstan hökumətinə, daha dəqiq deyilsə, Qırğızıstanın o zamankı prezidenti Kurmanbek Bakiyevə məxsus olmasıdır. Onun "yüngül əli" ilə 2007-ci ildən bu təşəbbüs irəli sürülmüş, 2009-cu ildə qəbul edilmiş və planetdə qeyd edilməyə başlanmışdır. Paradoksal olan digər məqam da odur ki, Sosial Ədalət gününün təşəbbüskarı olan Prezident Bakiyevin özünün sosial ədalətin “real üzünü” görməsidir. 2010-cu ildə inqilab nəticəsində o,müxalifət tərəfindən devrilib və Belarusiya Respublikasında siyasi mühacirətdədir.
Qlobal bərabərsizlik-istisna olmadan bütün sahələrdə : texnoloji, iqtisadi, sosial və s.- hökm sürür.
20 fevral Beynəlxalq Sosial Ədalət günündə-bütün dünyada, hər yerdə qlobal ədalətsizlik hökm sürür. Həll edilməmiş münaqişələr, müharibələrin başladıldığı regionlardan humanitar fəlakət həddinə çatan miqrasiya axınları dayanmaq bilmir.
Bir tərəfdə bəşəriyyətin malik olduğu maliyyə resurslarının mütləq əksəriyyəti dünyanın zəngin ölkələrində yaşayan 10 faiz insanın əlində cəmləşib. Digər tərəfdə ifrat yoxsulluq baş alıb gedir.
Bu o deməkdir ki, bəşəriyyətin iqtisadi, sosial, siyasi həyatı bir neçə böyük korporasiyanın və varlı ölkələrinin siyasi qruplarının nəzarəti altındadır və olacaqdır. Həmin qruplar yerdə qalan bütün dövlətləri öz maarqalrına uyğun yönəltmək imkanlarına malikdir.
BMT-nin sosial ədalət sahəsində hazırladığı əsas sənədlərdən biri "Ədalətli qloballaşma üçün sosial ədalət" adlı bəyannamədir. Burada qeyd edilir ki, sosial ədalət bu gün də bəşəriyyətin əksəriyyəti üçün əlçatmaz bir xəyal olaraq qalır. Həddindən artıq yoxsulluq, aclıq, müxtəlif məzmunlu ayrı-seçkilik və insan haqları pozuntularının cəmiyyətin mənəviyyatına ağrılı zərbələr vurmaqda davam etdiyi də BMT tərəfindən davamlı olaraq vurğulanır.
Qlobal sosial ədalətin statistikadan görünən üzü: 1 faizi milyarderin sərvəti dünya əhalisinin 60 faizinin sərvətindən daha çoxdur.
Qlobal sosial bərabərsilzik, yoxsulluq və s. sahəsində araşdırmalar aparan beynəlxalq təşkilat- "Oxfam" İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) ərəfəsində 2020 ci il üçün cari qlobal sosial problemlərlə bağlı hesabatını təqdim edib.
Hesabatla bərabər, Oxfamın “Qayğı zamanıdır”-“Time to care” adlı siyasət sənədində təşkilatın apardığı araşdrmanın nəticələri dərc edilib. Qlobal bərabərsizlik səviyyəsinin uçurum həddinə çatması rəqəmlərlə əsaslandırılıb: “ 2019-cu ildə dünyada 2.153 min milyarderin, yaxud dünya əhalisinin cəmi 1 faizinin sərvəti 4.6 milyard əhalinin, yaxud dünya əhalisinin 60%-nin sərvətindən çox olub. (World’s billionaires have more wealth than 4.6 billion people)[1]
"Oxfam" regional layihə rəhbəri Amitabh Behar qeyd edib ki,"varlı və kasıb arasındakı bərabərsizlik sahəsində uçurumu ciddi tədbirlər sistemini reallaşdırmağa yönəlmiş bir siyasət olmadan aradan qaldırmaq olmaz. Çoxsaylı dövlətlər üçün bu məsələ heç də ön sırada durmur”.
"Oxfam" təşkilatı “Qayğı zamanıdır”-“Time to care” adlı siyasət sənədində həmçinin qeyd edir ki, son on ildə qlobal maliyyə böhranının baş verməsinə baxmayraq dünya üzrə milyarderlərin sayı iki dəfə artıb ki, bu da sosial ədalətdən daha çox sosial bərabərsizliyin artmasına dəlalət edir.
Hesabatda gender bərabərsizliyi məsələləri də yer alıb. Belə ki, hesabat müəllifləri qeyd edirlər ki, dünyada cəmi 22 ən varlı kişinin sərvəti, bütün Afrika qitəsindəki qadınların malik olduğu çox kapitaldan daha çoxdur.[2]
"Oxfam" məruzədə həmçinin qeyd edir ki, son on ildə qlobal maliyyə böhranının baş verməsinə baxmayraq dünya üzrə milyarderlərin sayı iki dəfə artıb. Hesabatda gender bərabərsizliyi məsələləri də yer alıb. Belə ki, hesabat müəllifləri qeyd edirlər ki, dünyada cəmi 22 ən varlı kişinin sərvəti, bütün Afrika qitəsindəki qadınların malik olduğu çox kapitaldan daha çoxdur. Qeyd: BMT-nin məlumatına görə, Yer kürəsinin ümumi əhalisi 2019-cu ilin may ayında 7,7 milyard nəfərə çatıb.
Sosial ədalətə ən çox ehtiyacı olan sosial təbəqə qaçqınlardır.
Sosial Ədalətin realllaşması beynəlxalq ədalət prinsipinin bərqərar olmasından keçir.
Beynəlxalq Sosial Ədalət günündə bir daha vurğulamaq lazım gəlir ki, həll edilməmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi hələ də həyata keçirilməmişdir. Artıq aşkar məlumdur ki, münaqişələrin həllində ikili standartların mövcudluğu qlobal ədalətin həllinə mane olmaqla beynəlxalq birliyi uçuruma, yeni qaçqınlar ordusunun yaranmasına aparan yoldur.
Həll edilməmiş münaqişələrin qalmasının, qlobal insan faciəsinin baiskarları olan güclər-həm də BMT QAK-ın ən böyük donorları və sponsorlarıdır. Qərb dövlətləri həm də bahalı qaçqın siyasətinin donor və sponsorlarına çevrilib. Bu məkan hazırda sadəcə bir sosial problemin- qlobal insan köçünün tənzimlənməsi qarşısında acizdir.
Reallığa və faktlara nəzər salaq. BMT QAK 1950-ci ildə 300 min ABŞ dolları məbləğində illik büdcə ilə işə başlamışdır. Qaçqınların sayı artdıqca maliyyə xərcləri də çoxalmışdır. 1990-cı illərdə təşkilatın illik büdcəsi artıq 1 milyard ABŞ dollarından çox idi. 2017-ci ildə BMT QAK-ın illik büdcəsi 7,7 milyard ABŞ dolları səviyyəsinə çatmışdır.
Hazırda təşkilata “cəmi 2 ay – 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar ayları üçün 1 milyard dollara yaxın – 690,9 milyon ABŞ dolları ayrılmışdır. Bu vəsaitdən:
BMT və tərəfdaşlar suriyalı qaçqınlara yardım məqsədilə əlavə 4,4 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti üçün müraciət ediblər. Bu müraciət 7 ildir davam edən qəddar münaqişələr nəticəsində qaçqın düşən 5 milyondan çox suriyalını dəstəkləmək, eləcə də onları qəbul edən ölkələrdə vəziyyəti sabitləşdirmək məqsədi ilə edilib. BMT QAK-ın sədri Filippo Qrandinin BMT-nin Təhlükəsizlik Şurasına ünvanladığı məktubda yazılır: “Müharibə və qaçqın dolu daha bir il başa çatır. Qaçqınların sayı hər il artır. Mən donorlardan maliyyənin həcmini artırmağı xahiş etmişəm”.
Qeyd olunduğu kimi, “Suriyada qaçqın və miqrant böhranı yeddi ildir davam edir. Bu illər ərzində 5,3 milyon insan Suriya sərhədləri xaricinə qaçıb. Daha yeddi milyon insan Suriya daxilində məcburi köçkün düşüb. Misli görünməmiş qəddarlıq və məhvetmə tarixi yazılıb – 500.000-dən çox insan qətlə yetirilib. Şəhərlər dağılıb, altı üstünə çevrilib. Bu ölkədə 200-dən çox qanunsuz silahlı qrup, üsyançılar bir-biri ilə vuruşur.
ABŞ-ın Miqrasiya Siyasəti İnstitutunun həmtəsisçisi, miqrasiya sahəsində tanınmış mütəxəssis Ketlin Nyulend (Kathleen Newland) bununla bağlı yazır: “Fəlakət baş verəndən, iş-işdən keçəndən sonra reallaşan qaçqın siyasəti – bu, çox bahalı bir siyasətdir. Birləşmiş Ştatlar çoğrafi baxımdan ondan çox uzaq olan və milli təhlükəsizliyinə heç bir təhlükə törətməyən qaçqın böhranına cəlb olunmaq istəməyən tək ölkə deyil. Lakin bu, oyun qaydalarını diktə etmək təhlükəsini yaradır. Qaçqın axınlarını törədən münaqişələrlə üz-üzə qalan BMT Təhlükəsizlik Şurası Haitiyə ABŞ-ın, Ruandaya Fransanın, Gürcüstana isə Rusiyanın müdaxiləsi faktı qarşısında qalır və onu təsdiqləyir. BMT-nin Təhlükəsizlik Şurası qaçqınları “istehsal edən” qarşıdurmalarla qarşı-qarşıyadır. Münaqişələrə bu cür yanaşma modeli çoxtərəfli nizamlama vasitəçiliyi missiyasını olduqca zəiflədərək, gələcəkdə tamamilə qırıla bilən bağlara çevirir. Bu vəziyyət gələcəkdə həmin vasitəçilik səylərinə qlobal dəstəyi ləğv edə bilər”.[4]
Mövcud böhran vəziyyətindən çıxış yolu ilk növbədə Qərb ölkələrinin xarici və daxili siyasət paradiqmasının köklü surətdə dəyişməsi ilə bağlıdır. Qərb dövlətləri özlərinin yaratdığı qlobal siyasətin girovuna çevrilib. Qərbin hegemonluq siyasəti, başqa ölkələrin daxili işlərinə müdaxilə və liderlik iddiaları hazırda ciddi sınaqdan keçir. Bu gün aparıcı Qərb dövlətləri problemlərin həlli üçün strateji qərar seçimi dilemması ilə üz-üzə qalıb.
Beləliklə, bütün növ ədalət anlayşlarının reallığa çevrilməsinə aparan, qlobal böhranların qarşısının alınmasına gedən yol beynəlxalq ədalət prinsipinə riayət edilməsindən keçir.
[1] World’s billionaires have more wealth than 4.6 billion people.Published: 20th January 2020// https://www.oxfam.org/en/press-releases/worlds-billionaires-have-more-wealth-46-billion-people
[2] Time to care. Unpaid and underpaid care work and the global inequality crisis //https://www.oxfam.org/en /research/time-care
[3] Financials /UNHCR/ - http://reporting.unhcr.org/financial#_ga=2.247117060.1617115334.1513379664-472648632.1513379664
[4] Newland K. The Impact of U.S. Refugee Policies on U.S. Foreign Policy: A Case of the Tail Wagging the Dog? in: “Threatened Peoples, Threatened Borders: World Migration and U.S. Policy”. Teitelbaum, Michael S. and Myron Weiner, eds. New York: The American Assembly, 1995.