Erməni lobbisinin terror mahiyyəti- Sahib Məmmədovla Tural İsmayılovun söhbəti

02.09.2021

- Ermıəni lobbisinin dünyada siyasi qərarlara təsir imkanları hansı səviyyədədir?

- Dünya ölkələrində qərar qəbul edənlərin ələ alınması sahəsində ermənilərin yüzillik təcrübəsi var. Onlar yalnız “erməni milli maraqları” adlandırdıqları sərsəm ideyanı inkişaf etdirmək üçün deyil, bütün məslələrdə, o cümlədən biznes maraqlarının təmin olunmasında bu təcrübədən istifadə edirlər. Bu fəaliyyəti uğurlu edən digər səbəblər isə ermənilərin heç bir başqa xalqın özünə rəva bilmədiyi üsullardan istifadə etməsidir. Onlar yalanı uydurur və sonra o yalanı xüsusi metodika əsasında inkişaf etdirirlər və genişləndirirlər. Qondarma “genosid” buna parlaq misaldır. O zamanlar Osmanlı imperiyasında yaşayan ermənilərin sayı indi onların uydurduqları “qurbanların” sayından qat-qat az idi. Digər bütün məslələr də belədir.  Təsəvvür edin ki, bunların bu ağ yalanlarına dünya ölkələrinin məlumatsız əhalisi ilə yanaşı bəzən dövlət xadimləri də inanır. 

Ermənilərin bir sıra nüfuzlu ölkələrin, xüsusən də ABŞ və Avropa ölkələrinin, bəzi beynəlxalq təşkilatların vəzifəli şəxslərin ələ alınması üçün oturuşmuş mexanizmləri mövcuddur. Ona görə də onlar ən güclü dövlətlərin parlamentlərinə, icra strukturlarına, hətta məhkəmə sisteminə təsir edə bilirlər. Böyük naliyyətlər əldə edə biləmsələr belə təsəlliverici bəyanatlar, açıqlamalar əldə edirlər. Bəzən isə ciddi naliyyətlər əldə edə bilirlər. 

Lobbiçilik sahəsində ermənilərdən də qabaqda olan xalqlar var. Lakin onların lobbi fəaliyyəti elmin inkişafına, tərəqqiyə və rifaha xidmət edir, bunların lobbi fəaliyyəti isə şərin, böhtanın və şantajın qələbəsinə. Başqa xalqlar lobbi fəaliyyəti ilə öz rifahlarını təmin edir, ermənilər isə bütün pullarını xəstə və mifik ideyalarına xərcləyirlər. Total propoqandanın təsiri altında xalqların tez bir zamanda tanınmaz şəkildə dəyişməsi nümunələri çoxdur və İkinci Dünya Müharibəsi ərəfəsindəki Almaniya və bütövlükdə Avropa buna parlaq misaldır. Erməni xalqı isə 100 ildən artıqdır ki, bu xəstə ideyanın total təsiri altındadırlar. 

- Erməni lobbiçiliyinin yedəyində olan siyasətçilər öz ölkələrində necə qarşılanır?

- Müasir dünyada belə məslələr adiləşib. Bir çox ölkələrdə hətta lobbi fəaliyyəti qanunvericiliklə reqlamentlədirilir. Məsələn, ABŞ-da 1998-ci ildə “Lobbiçiliyin tənzimlənməsi aktı” qəbul olunub. Ondan əvvəl də bəzi normaları var idi. Onlarda siyasətçilərin, əsasən də senator, konqresmen və prezidentliyə namizədlərin seçki fonduna fiziki şəxslərin nə qdər, hüquqi şəxslər nə qədər pul köçürmələri reqlamentləşdirilir. Bir çox digər ölkələrdə də belə mexanizmlər mövcuddur. Ermənilər bu mexanizmlərdən uğurla yaralanır. Məsələn, bir varlı erməni bir senata, konqresə, lap elə prezidentliyə namizəd olanın seçki fonduna bir milyon dollar köçürmk istəyir. O bunu öz adından etmir. 1000 erməninin adından 1000 dollar köçürmə təşkil edir. Beləliklə, namizəd olan şəxs siyahıya baxanda yardım edənlər sırasında erməni adlarının kifayət qədər olduğunu görür. Bu halda o seçilərkən əlbəttə erməni maraqlarına xidmət edəcək.

Bizdə belə lobbi fəaliyyəti qurmaq alınmır. Az çox təşəbbüslər olan kimi ermənilər bizim “özümüzünkülərin” əli ilə ifşa məsləsinə başladı. “Kürü diplomatiyası” termini bu lobbiçilik tarixinə ötən əsrin 70-ci illərində gəlib. Gətirən də ermənilər olub. Dünya üzrə qara ikra ticarətində ən nəhəng şirkətlərdən biri “Petrosyants” şirkətidir. Səhv etməsəm qlobal bazarın 20%-i yalnız bu şirkətin əlindədir. Onlar ötən əsrdə qara kürü hədiyyə etməklə bir çox məsələləri həll edirdi. Müasir dünya belədir. Pulla, hədiyyə ilə ələ almaq adi bir işə çevrilib.  Avropa Şurasının Parlament Assambleyasında bir qətnamə qəbulu üçün 120-dən az deputat bəs edir. Avropa İttifaqı parlamentində say bir qədər çox olmalıdır.

Ermənilər lobbi işində digər mümkün və mümkün olmayan, əxlaq normalarına uyğun olan və olmayan bütün vasitələrdən istifadə edirlər. Son illərdə isə həmçinin azərbaycanlıların ələ alınması yolu ilə ermənilərin anti-Azərbaycan fəaliyyətinin effekltini artırmağa nail olublar. 

- Erməni lobbizminə qarşı mübarizə aparmaq üçün nələr etmək lazımdır?

- Ermənilər qlobal səviyyədə məlumatların yayılması və mübadiləsi sistemini qurublar. Bir sıra lobbi mərkəzləri və Ermənistan dövlətində yaradılmış laborotoriyalar gündəlik yalan istehsalı ilə məşğuldu və bu yalanları və “fake news” adlandırlan sosial şəbəkə məlumatlarını ildırım sürəti ilə yayırlar. Azərbaycan barədə ağılagəlməz yalanlar uydurub onun ərtafında müzakirələr təşkil edirlər. Hətta onların yalanlarını həqiqət kimi qəbul edib dünya ölkələrinin parlament və xarici siyasət idarələrindən reaksiyalar da olur. Digər bir istiqamət Azərbaycanı dəstəkləyən istənilən xarici ölkə vətəndaşı, fərqi yoxdur bu jurnalistdir, dövlət xadimidir, deputatdır və ya beynəlxalq təşkilatda təmsil olunur, ona qarşı təşkil olunmuş hücumlar başlayır. Şərti olaraq bu mütəşəkkil qrupları bir neçə yerə bölmək olar. Azərbaycan barədə yayılan müsbət məlumatın yalan olmasına səy göstərənlər, yəni təkzib qrupları, şantaj qrupları, hansılar ki, dərhal həmin şəxsin pula satlması ilə bağlı şantaj xəbərlər paylaşırlar və həmin şəxsin sosial hesablarına, emaillərinə göndərirlər, söyş və təhhqir qrupları və hədə qrupları. Sinxron fəaliyyət də öz nəticəsini verir. “İntellektual” ermənilərlə “söyüş, şantaj və hədə” qruplarının əlaqələndirilmişvə sinxron fəaliyyəti çox vaxt nəticə verir. Məsələn, Azərbaycan barədə müsbət matreal hazırlayan və ya əksinə erməniləri ifşa edən matreal hazırlayanları bu üsulla neytrallaşdırırlar. Məsələ ondadır ki, biz belə müttəfiqlərimizi lazımı qaydada müdafiə etmirik. Azərbaycan barədə bir müsbət tvit yazana 1000 erməni əks fikirlər yazır, baxırsan ki, orda bir nəfər də Azərbaycanlı yoxdur ki, onu müdafiə etsin və ya yazdıqlarını möhkəmlədirən arqumantlər yerləşdirsin. 
Bu baxımdan fəaliyyətimiz yenidən qurulmalıdır. Sosial Tədqiqatlar Mərkəzi olaraq bu məslə ilə bağlı da müvfiq təkliflər hazırlayıb təqdim etmişik.

 

 Söhbətləşdi:

Tural İsmayılov