NƏ ZAMAN DEPUTATLAR SÜNİ İNTELLEKTLƏ ƏVƏZ OLUNACAQDIR?

08.07.2021

Sosioloji sorğu nəticələri sübut edir ki, Avropalılar parlamentarilərin süni intellektlə (Sİ) əvəzlənməsinə qarşı mövqedə deyil. Futuristlər təsdiq edir ki, əgər belə məlumatlar hal-hazırda bizi təəcübləndirirsə, beş-on il sonra dövlət xidmətində robotları görmək normal hala çeviləcəkdir. Bu halda, sual yaranır ki, robotlar tərəfindən insanların dövlət idarəçiliyindən kənarlaşdırılmasının üstünlükləri nədən ibarətdir?


Ötən həftələrdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev süni intellektin müəyyən növlərinin mümkün qadağası ilə bağlı Rusiyanın mövqeyinin formalaşdırılması üzrə çağırış etdi. O, süni intellekt texnologiyasından istifadənin etik aspektlərinə dair tövsiyələr hazırlamasının vacibliyini təsdiqləməklə mövzu ilə əlaqədar müzakirələrin əslində hələ yeni başladığını bildirərək, bununla bağlı kifayət qədər kritik problemlərin mövcudluğunu qeyd etdi. Daha əvvəl, Medvedev “Qadağan etməyi yaxşı bilirik, lakin bu, nəzarət baxımından hər zaman effektiv deyil ” – deyə fikir ifadə etmişdi.


“Vzqlyad” (ВЗГЛЯД) onlayn qəzetinin yayımladığı yazı mülahizə edir ki, süni intellekt ətrafında diskussiyalar son ildə olduqca canlanmaqla, təkcə Rusiyada davam etmir. Ötən ilin dekabrında “Süni intellekt səyahəti” adlı beynəlxalq onlayn konfransda çıxışı zamanı Vladimir Putin Sİ-ni bəşəriyyət üçün texnoloji sıçrayışın təminatı kimi qiymətləndirmişdi. Həmin vaxt virtual assistent-robotun müvafiq sualına cavab verərkən Rusiya lideri “hələ ki, ürək, mərhəmət və vicdan hissi olmadıqca, süni intellekt bütünlüklə dövləti idarə edən rəhbər qismində çıxış edə bilməz” deyə səsləndirmişdi.


Mövzu ilə bağlı oxşar suallar cəmiyyəti də narahat edən məqamlardır. Bir neçə həftə əvvəl İspaniyanın Dəyişikliklərin İdarə Edilməsi Mərkəzi (Сenter for the Governance of Changes/CGC) tərəfindən nəşr edilən “Avropa texniki fikirləri – 2021” adlı hesabat gözlənilməz nəticələri ehtiva edib. Sənəd aydın izah edir ki, pandemiya zamanı işlərin uzaqdan edilməsinin daha aktuallaşdığı bir dövrdə avropalılar parlamentarilərinin robot-proqramlarla əvəz edilməsi haqqında intensiv düşünməyə başlayıblar. Bir tərəfdən, Büyük Britaniya, Fransa, Almaniya, Niderland və İsveç vətəndaşlarının əksəriyyəti siyasətçilərin robotlarla əvəzləməsinin əleyhinə olsa da,  müəyyən ölkələrdə bununla bağlı ictimai rəy müsbət yöndədir:

 

(mənbə: https://vz.ru/society/2021/6/14/1102411.html)


Mərkəz tərəfindən aparılmış sorğu nəticələrinə əsasən gənc nəsil sözügedən ideyanın lehinə çıxış edir. Yaşı 45-dən yuxarı olan avropalılar isə layihəyə münasibətdə skeptik mövqeyə malikdir. Lakin 55 yaşdan yuxarı rəyi soruşulanlar bu mövzuda tamamilə əks fikir bildirib. Tədqiqatın müəllifləri olan siyasət elmi üzrə alimlər, isveçli Oskar Conson və ispan Karlos Luka de Tenanın gəldiyi qənaət onu sübut edir ki, mövzuya şübhəli və ya tərəddüdlə yanaşanlar öz mövqelərini robot-siyasətçilərin seçicilərin şəxsi məlumatlarına çıxış imkanı əldə etməsi ehtimalı ilə əsəslandırırlar.


Müqayisəli şəkildə baxıldıqda, VSİOM-un (ВЦИОМ) keçən ilin yanvar ayında elan etdiyi araşdırma nəticələrinə görə, rus vətəndaşların sadəcə 12%-i süni intellektə etibar etmir. Mərkəzin keçirdiyi sorğuda rəyi öyrənilənlərin 8%-i robotların (Sİ) nəzarətdən çıxa biləcəyinə inanır. Sözügedən sorğuda, yalnız 6% respondentin məsələ ilə əlaqədar insan amilinin daha etibarlı olması düşüncəsinə malik olduğu müəyyən olunub. Həmin sorğuda əslində “idarəedici Sİ” variantı yer almasa da, dövlət xidmətlərindən yararlanmağa dair suallara cavab olaraq vətəndaşlar 68% etibarilə Sİ vasitəsilə təklif olunan xidmətlərin istifadəsinə hazır olduqlarını bildiriblər.


Burada qeyd etmək lazımdır ki, dövlət xidmətlərinin təminatı üzrə robot assistentlərin istifadəsi hazırda qeyri-adi bir hadisə və ya təcrübə deyildir. Belə ki, hələ 2017-ci ildə Leninqrad vilayətinin büdcə layihəsi antropomorf mexanizm tərəfindən oxunaraq qanunverici məclisə təqdim edilmişdi. Regionun qubernatoru Aleksandr Drozdenkonun öz Yutub (YouTube) kanalında yayımladığı robotla olan dialoqu sübut edirdi ki, həmin robot büdcə layihəsini yalnız əzbərləməyərək, eyni zamanda, suallara cavabvermə qabiliyyətinə də malikdir. RIA Novosti agentliyinin məlumatına görə, bu ilin yanvarından etibarən, robot-qulluqçu Perm əyalətinin qubernator administrasiyasında fəaliyyətə başlamaqla rəsmi şəxslərin qəbul prosesinin idarə edilməsi, ziyarətçilərin qəbula keçidi üzrə qeydiyyat aparılması və müvafiq sənəd verilməsi, həmçinin, konsultasiya xidməti üzrə işləyir. 
Lakin “Vzqlyad”, həmçinin, xəbər verir ki, Dövlət Dumasında informasiya siyasəti üzrə Komitə rəhbəri Aleksandr Xinşteyn belə hesab edir: “Ən yaxşı alqoritm və mükəmməl sistemlə təchiz olunmuş robot belə dövlət səviyyəsində qərarlar qəbul edən insanı əvəz edə bilməz. O qeyd edir ki, maşın (robot) insan tərəfindən istehsal olunur, dövlət nümayəndələri isə xalqın özündən gələrək onlar tərəfindən seçilir. “Süni intellekt yalnız fiziki olaraq insanın emal etmə gücü xaricində olan geniş həcmdə informasiyaya keçid yaxud seçim imkanı təmin edən bir xidmətdir. Nəticə etibarilə, qərarlar insanlar tərəfindən qəbul edilir” – deyə Xinşteyn keçən ilin dekabr ayında “Rossiya” telekanalının efirində bildirib.


“Layvinternet” və “Mediametriks” (Liveinternet, MediaMetrics) şirkətlərinin qurucusu, internetin inkişafı üzrə Rusiya prezidentinin keçmiş məsləhətçisi German Klimenko mövzu ilə əlaqədar fərqli baxışa malikdir. Qəzetə açıqlamasında Klimenko bildirir: “Biz bürokratları Sİ ilə əvəzləməyə başlayacağıq, bu, qaçınılmazdır”. Əlbəttə, rutin proseslərin avtomatlaşdırılmasından söhbət getdiyini o daha sonra aydınlaşdırır. Müsahib rusların ictimai xidmətlərdən istifadə zamanı Sİ-lərə güvənməyə hazır olmalarını isə burada bir göstərici kimi də qeyd edir. Digər tərəfdən, o ifadə edir ki, insanlar hər zaman uyğunluğa, başqa sözlə, rahatlığa səs verməyi üstün tutur. Ona görə də, hazırki vəziyyətdə Sİ-lə bağlı əgər şərait əlverişlidirsə və rahat işləmə mexanizmi mövcuddursa, onda texnologiyalar ağlasığmaz sürətlə təqdim ediləcəkdir və bu hal özlüyündə yenidən gərgin mübahisələri qaçınılmaz edəcəkdir. 


Mövzu istiqamətində Klimenko fikirlərinə belə əlavə edir: “Məsələ bürokratiya deyil, sırf siyasətlə bağlıdırsa, bu, başqadır. Siyasi xadimlər əsasən danışıqlar və inandırıcılıq sahəsində fəaliyyət göstərirlər və onların aparıcı işləri konfliklərin ləğv edilməsini əhatə edir. Bu baxımdan, hələ ki, Sİ qeyd edilənlərlə məşğul olmağa hazırlıqlı deyildir. Ona görə də, yaxın iyirmi ildə Sİ siyasətçiləri əvəz etməyəcəkdir”. 


Digər tərəfdən, futuroloq Danila Medvedev əmindir ki, beş il sonra biz təkcə dövlət qulluqçularının Sİ ilə əvəzlənməsi haqqında deyil, hətta bu prosesi hansı miqyasda tətbiq edəcəyimiz barədə suallar ünvanlayacağıq. O, məsələnin müəyyən müddət sonra artıq “iş yerində insan qalmalıdırmı?” sualına çevriləcəyini hesab edir. Həmçinin, qeyd edir ki, Sİ-dən fərqli olaraq, hər hansı dövlət qulluqçusu yaxud parlamentarinin fiziki ömrünün Rusiya qanunvericiliyində yer alan bütün sənədlərlə tanış olmağa kifayət etməyəcəyi nəzərə alınmalıdır. “Hal-hazırda Siri və ya Alis kimi mətn sorğularını proses edən səs assistentləri mövcuddur” deyən futuroloq yaxın gələcəkdə insanları əvəzləmək üçün “çat(söhbət)-bot”lardan istifadə olunacağını və onların paralel şəkildə böyük həcmli mətnlərlə işləmək qabiliyyətinə malik olmaqla, buradan gərəkli mənanı nəticə kimi emal edəcəyini proqnozlaşdırır. Bununla yanaşı, ekspert həm də ehtimal edir ki, bu hallar, getdikcə, özü ilə yeni təhlükələr də formalaşdırır. Onun fikrinə əsasən futurologiya ilə məşğul olmayan və dünyanın inkişaf trendlərini izləməyən sadə vətəndaşların bugünümüzdən tamamilə fərqli gələcəklə bağlı hər hansı təsəvvürlərinin yaranması çətindir. Bu səbəblə, VSİOM-un keçirdiyi sorğuların nəticələri üzrə robotların peşə sahiblərini əvəz etməsi vətəndaşların əksəriyyətini narahat etmir. Digər tərəfdən isə, futuroloq SE və müasir robot texnologiyaları üzrə tendensiyalardan xəbəri olanların  robotik inkişafın təhlükələrini daha çox qavradığını izah edir. O qeyd edir ki, dünyanın bu sahədə aparıcı ekspertlərilə mütəmadi ünsiyyətdə olan “Sbera” süni intellektinin rəhbəri German Qref bu yaxınlarda gənc mütəxəssislərə robotların onları əvəz edəcəyi barəsində xəbərdarlıq edib – “Biz Qreflə periodik əlaqələr yaradırıq və mən bilirəm ki, “Sbera”-nın insanı əvəz etməklə bağlı ambisiyaları mövcuddur” deyə futuroloq fikirlərinə əlavə edir.
Bütün bunlar nəzərə alındıqda, Rusiyada transhumanist hərəkatının (transhumanizm – insan təbiətinin fiziki ölümsüzlük istiqamətində dəyişməsini öyrənən sahədir) həmtəsisçilərindən olan futuroloq narahatdır ki, SE-nin inkişafı qarşısıalınmaz proses olduğu üçün insanların öz inkişafı, bacarıqlar potensialının artırılması və ya başqa sözlə, “yenilənməsi” barədə düşünmək gərəkdir: 


“SE ilə əvəzlənməyə dair müzakirələrdə adətən əhalinin yeni peşələrə yiyələnməsinin labüdlüyü düşünülür. Lakin insan intellektinin inkişaf etdirilməsilə bağlı isə, demək olar ki, danışılmır. Əlbəttə, işçiləri, mağaza satıcısını kvant fizikası və ya kosmik sistemlər mütəxəssis kimi təlimləndirmək qeyri-mümkündür. Ancaq, 1930-cu illərin sənayeləşmə dövrü ilə analoji şəkildə bugünkü situasiya kütləvi intellektuallaşma prosesinə yenidən ehtiyac yarandığını sübut edir. Digər tərəfdən isə, bu yenilənmə (upgrade) koqnitiv elmlər, neyrofiziologiya və neyrointerfeys üzrə nailiyyətlərin meydana gəlməsilə paralel daha real ola bilər. İnkişaf səviyyəsində bu cür sıçrayışın yaranması planetdə insanlığın yerini ağıllı maşınların almaması üçün vacib məsələdir ”. 

Tərcümə etdi:

Aytən Babayeva