Gələcəkdə təbii qazın istifadəsi qaçınılmazdır. Avropanı narahat edən ən böyük problemlərdən biri enerji təhlükəsizliyi və Avropanın enerji istehlakçılarının üzləşdiyi problemlərin həll edilməsidir. Təbii qaz vacib enerji mənbəyidir və Avropa İttifaqı üzv dövlətlərinin çoxu təbii qaz idxalından asılıdır. Qeyd etmək lazımdır ki, qaz kömürdən daha az CO 2 emissiyasına səbəb olduğu üçün daha təmiz "keçid yanacağı" hesab edilə bilər. Digər vacib bir həqiqət də təbii qazın günəş və ya külək enerjisi qaynaqlarında düşmələri tez bir zamanda kompensasiya edə biləcəyi və tələbdəki ani artımlara sürətlə cavab verə biləcəyi üçün bərpa olunan enerji mənbələrini dəstəkləməsidir. Əlavə olaraq, kifayət qədər yağış olmadığı zaman etibarlı elektrik təchizatı təmin edərək hidroelektrik enerjisi üçün yaxşı bir ortaqdır.
Enerji keçid dövründə ölkələrin yalnız bir neçə enerji mənbəyinə güvənə bilməyəcəyi vurğulanmalıdır. əksinə, enerji təchizatı növlərini və mənbələrini şaxələndirməlidirlər. Bu səbəbdən yaxın gələcəkdə AB-nin enerji qarışığında təbii qazın payı “Yaşıl Anlaşma” hədəfləri sayəsində daha yüksək olacaq. 2019-cu ildə Aİ “Yaşıl Anlaşmasını” təklif edib. Bu Aİ iqtisadiyyatını 2050-ci ilə qədər iqlim bitərəfliyinə hazırlamaq üçün bütün sektorlar üzrə növbəti beş il ərzində əlli fəaliyyət məcmusudur. Aİ-nin istixana qazı (İQ) emissiyalarını azaltmaqla davamlı inkişafa nail olmağı planlaşdırdığı anlamına gəlir. Bu dekarbonizasiya siyasəti ilə yanaşı, Avropanın qazdan asılılığının artması gözlənilir. Bu səbəbdən Avropa İttifaqı, xüsusilə təbii qazla əlaqəli enerji mənbələri və marşrutlarının şaxələndirilməsində maraqlıdır. Avropa enerji sektorunda kömürdən qaza keçid prosesinə artıq başlamışdır və bu proses gələcəkdə də davam edəcək: Avropa İttifaqı enerji istehsalında bərpa olunan mənbələrdən, təbii qazdan və nüvə enerjisindən istifadə etməyi hədəfləyir.
Əslində, təbii qaz enerji keçidini asanlaşdırmaq və enerji balansındakı kömür faizini daha da azaltmaq üçün körpü yanacağı kimi əhəmiyyətini qoruyacaqdır. Bu, eyni zamanda Avropa İttifaqının tək bir təchizaçıdan azaltmaq, beləliklə mənbələrin və ixrac marşrutlarının şaxələndirilməsini təmin etmək marağı kontekstində də doğrudur. Enerji keçidində olan bir bölgə olan Qərbi Balkanlar, karbonlaşdırılmamış enerji sisteminə doğru irəliləyir və kömürü bərpa olunan enerji ilə əvəzləməyə çalışır, bundan sonra Cənub Qaz Dəhlizinin (CQD) və Transın tamamlanması ilə gətirilən imkanlardan da faydalana bilər.
Pandemiya öz növbəsində bir sıra çətinlikləri gətirməsi ilə yanaşı, qlobal iqtisadiyyat 2020-ci ildə sürətləndi. Bir çox layihələrin və təşəbbüslərin dayanmasına baxmayaraq Cənub Qaz Dəhlizi fəaliyyətini sona qədər uğurla davam etdirdi. 2023-cü ilə qədər həm TANAP, həm də TAP tam güclü ilə istifadə ediləcəkdir. İndiyə qədər 137 milyard kubmetr təbii qaz hasil edilmişdir. CQD-nin ikinci mərhələsində yeni qaz yataqları istismar ediləcək. İndiyə qədər mövcud mərhələdə CQD üçü əsas mənbə olan Şahdəniz -2 yatağından 137 milyard kubmetr təbii qaz hasil edilmişdir. CQD-nin ikinci mərhələsində yeni qaz yataqları istismar ediləcək, gələcək perspektivlər araşdırırlacaq və mütləq şəkildə tədarükçü, transit və istehsalçı ölkələr üçün yeni imkanlar yaradılacaq.
Təbii qazdan istifadənin növbəti illərdə əhəmiyyətli bir rol oynayacaq. Dekarbonlaşma və davamlı inkişafı dəstəkləyən EGD planı enerji qarışığını dəyişdirəcəkdir. Qeyd edildiyi kimi, təbii qaz Aİ-nin təmiz enerjiyə yönəlmiş səylərini dəstəkləyə bilər və bu səbəbdən etibarlı qaz mənbələri və qaz infrastrukturu bu məqsəd üçün əsas mexanizmlərdir. Kömür və nüvə enerjisi istehsalı milli enerji siyasəti nəticəsində düşəcək; bu səbəbdən tədarükün təhlükəsizliyini təmin etmək üçün bərpa olunan enerji və təbii qazın payı artmalıdır. Qısaca, CQD vasitəsilə Azərbaycan daha geniş qitənin dekarbonizasiya səylərinə töhfə verməklə yanaşı, Avropaya təbii qaz üçün marşrutların və mənbələrin şaxələndirilməsini təmin edəcəkdir.
Müəlliflər: Esmira Cəfərova, Şahmar Hacıyev (“The National Interest”)
Tərcümə: Afaq Məmmədova