Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə bağlı elmi tədqiqatların qiymətləndirilməsi orqanı olan İqlim Dəyişikliyi üzrə Beynəlxalq Panel İqlim Dəyişikliyi və Torpaq haqqında xüsusi hesabatın siyasətçiləri üçün xülasə nəşr edib.
İqlim Dəyişikliyi üzrə Beynəlxalq Panelə əsasən, kənd və meşə təsərrüfatı və digər torpaq istifadəsi antropogen istixana qazı tullantılarının 23%-ni təşkil edir. Məhz bu cür təsirləri aradan qaldırmaq məqsədilə panel getdikcə artan bir ideyanı yaymağa çalışırdı. Belə ki, artıq bitki əsaslı qidaların geniş miqyaslı istehsalına başlanıb. İqlim Dəyişikliyi üzrə Beynəlxalq Panel İş qrupunun ikinci katibi mətbuata açıqlamasında bildirib ki, istixana rejimində davamlı olaraq istehsal olunan taxıl, paxlalı bitkilər, meyvə, tərəvəz və heyvan mənşəli qidalar kimi bitki mənşəli qidaları ehtiva edən balanslaşdırılmış qida rasionu iqlim dəyişikliyini məhdudlaşdırmağa kömək edir.
Bəs bu cür seçim həqiqətən də böyük dəyişikliklərə səbəb ola bilərmi?
Panelin hesabatında heyvandarlığın dünyanın böyük bir hissəsini təşkil etdiyini və 2014-cü ildə antropogen azot oksidi tullantılarının yarısından çoxunu iqlim dəyişikliyinə səbəb olduğu bildirilib.
Ət yeməyən vətəndaşlar arasında aparılmış tədqiqata əsasən, 2014 və 2017- ci illər arasında satışında ikiqat artım olan veqan və vegeterian qidalar istehlakçının əsas tələbini əks etdirir. Heyvan Qoruma Dərnəyi tərəfindən aparılan analizdə 2-6% amerikalının özünü vegeterian adlandırdığını, onlardan yalnız 1%-nin heç vaxt ət yemədiyi müşahidə olunub. İqlim dəyişikliyinin kollektiv problem olmasına baxmayaraq hər birimiz buna bilavasitə səbəb oluruq. Beynəlxalq Qida Siyasəti İnstitunun baş elmi işcisi Keys Vayb belə qeyd edir: “Cəmiyyətin əsas vəzifəsi- hamılıqla bu işdə səy göstərmək və müsbət nəticələr əldə etməkdir”. Vayb siyasətin şəxsi pəhriz seçimlərinə heç bir mənada təsir etmədiyini bildirir. Məsələn, ətdən alınan vergi bəzi insanların müxtəlif qida rasionlarına daxil deyil. Əslində, belə verginin tətbiq olunması varlı istehlakçının ət almamaq məcburiyyətində qoymur çünki, bu ərzaq xərclərinin az hissəsini təşkil edir və hətta qiymət artımı onlar üçün az fərq yaradır.
Vayba ən çox təsir edən sosial dəyişiklikdir. Belə ki, gənc yaşlarında müstəqillik və sərbəstliyin əlamətlərindən hesab olunan avtomobil sahibliyinin öz uşaqlarının nəslində necə azaldığını qeyd edir. İndi isə az sayda gənc avtomobilə ehtiyac duyur və ya istəyir. O deyir ki, bu gün gənclər iqlim dəyişikliyi kimi qlobal problemlər haqqında artıq daha çox düşünürlər. Bu ilin əvvəlində gənclərin tətillərdə iştirakı bunu bir daha təsdiq edir.
Bu dəyişikliklər siyasət tədbirlərində və ya davranışınızı necə dəyişdirdiyinizi izah edən təhsil sistemində yaranan hər bir məsələyə yaxşı təsi göstərə bilər.
Ətraf mühiti müdafiə fondunun ekosistemlər üzrə birinci vitse-prezidenti David Festa fərdi pəhriz seçimlərinə həddindən çox əhəmiyyət verilməsinin kənd təsərrüfatının olduqca mürəkkəb sistemini dəyişdirdiyini iddia edir. Yemək yeməyi düşünmək əvəzinə, daha çox qidaların necə istehsal edildiyi haqqında həm düşünmələri, həm də söhbət etmələrinin vacibgliyini vurğuladı.
Fermerlər üçün davamlı qida istehsalı torpaq sağlamlığı yeraltı su və gübrənin səmərəliliyi ilə əlaqəlidir. Festanın sözlərinə görə, əkinçilər torpağın sağlamlığını bəzi maddələrdən ayırmaq əvəzinə yeraltı suların tükətməsinlər və su elecə də havanın çirklənməsinin qarşısını alan gübrədən istifadə etsinlər, nəticədə məhsuldarlıq artar. O bildirir ki, istehlakçı tələbi əkinçilik təcrübəsinə təsir edə və formalaşdıracaq dörd əhəmiyyətli dəyişənlərdən biridir. Digər üçü əkinçi icmalarının mədəniyyəti hökumət siyasəti və əkinçiliyi idarə edən iqtisadi sistemlərdir. Üzvi əkinçiliyin artması bu amillərin necə bir araya gəldiyini göstərir. İstehlakçılar üzvi qida istəyirlər, Birləşmiş Ştatların kənd təsərrüfatı departamenti bunun üçün standartları hazırlayır, fermerlər isə üzvi təcrübələrə keçdikləri icmalarda rahat inkişaf edirlər.
ABŞ-da üzvi əkinçiliyin 2011 və 2016 arasında 56% artım olduğunu müşahidə edilib. Festa deyir ki, insanlar artıq yedikləri yeməyin necə istehsal olunduğuna diqqət yetirirlər və bu araşdırmalar əbəs yerə deyil, çünki, bu yolla onlar ət yeməkdən imtina edərək yeni və daha sağlam qidalanma rejiminə keçid edirlər. Onlara qəti şəkildə “bunu yeməyin” deməyin. Əksinə malın hansı şəraitdə kəsildiyini soruşun. Bu haqda daha çox məlumat əldə edin.
Vayb siyasətdəki bir sıra dəyişikliklərin istehlakçı pəhriz seçimlərinə məhdud təsir göstərə biləcəyini söyləsə də Festa bu dəyişikliklərin əslində davamlı istehsal üçün böyük fərq yaratdığını söyləyir.
2018-ci ildə kənd təsərrüfatı qanun layihəsinin bir hissəsi olaraq fermerlər əkin sahələrini əkib-becərmək kimi bəzi sahələrə daha da həvəsləndirmək məqsədilə xüsusi qrantlar verir.
İstixana effektli qaz tullantılarının azaldılması mütəmadi olaraq torpaq idarəçiliyini dəstəkləyən əhali üçün qida təminatı və torpaqda karbonu qoruyub saxlamaq üçün vacibdir. Qlobal iqlim vəziyyətini nəzərə alsaq elm adamları, siyasətçilər, fermerlər və müxtəlif istehlakçılar istixana qazı tullantılarının azaldılması torpaqlarımızın və ərzaq təminatımızın davamlılığının yaxşılaşdırılması üçün şərait yaradacaq.