Ermənistan qlobal təcridin ağuşunda

31.01.2020

Ermənistan əhalisini nə verdiyi sözlərlə, nə də keçirdiyi “reformlarla” heç cür ələ ala bilməyən “inqilab lideri” Paşinyanın rəhbərlik etdiyi hökumətin çat verdiyinə artıq beynəlxalq sorğular da şübhə yeri qoymur. Görünür, Qarabağ üzərindən beynəlxalq təb

Moskva və İrəvandan Dağlıq Qarabağ münaqişəsinin həllinə vahid baxışın olmaması da məhz bu məntiqi nəticəni təsdiqləyir. Üstəlik, bu haçalanma təkcə Moskva və İrəvanın birgə baxışında deyil, ayrı-ayrılıqda hər iki ölkənin özündə də nəzərə çarpır. Aydındır ki, danışıqlar formatını 90-cı illərə qaytarmaq və bununla da mövcud vəziyyəti öz xeyirlərinə dəyişmək cəhdləri fonunda indiyə qədərki hərəkətlənmələr sözügedən məqsəd uğrunda yalnız vaxt udmaq mahiyyəti daşıyırdı. Tez-tez Qarabağın hərb yolu ilə həllinin olmadığını xatırladan Paşinyan çıxış yolunu kompromisdə görür. Maraqlıdır, problemin hərb yolu ilə həllini inkar edən, sülh yolu ilə həllindən isə hər vəchlə boyun qaçıran Ermənistan hökuməti qeyd etdiyi məqamı sadəcə xəyal yolu ilə reallığa qovuşdurmaq fikrindədir? Xeyr! Axı, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinin bu günə qədər yerinə yetirilməməsi elə birbaşa status-kvonun saxlanılmasına xidmət edir. Əks halda hər iki variantdan imtina etmiş kimi görünən, hətta bir az da irəliyə gedərək münaqişənin həllini bitmiş sayan bir hökumət “Ermənistan və Qarabağın təhlükəsizliyinin bir nömrəli qarantı ordudur” bəyanatı  ilə özünü daha çıxılmaz vəziyyətə salmaz, özü-özü ilə hesablaşmağa məcbur qalmazdı. Əgər “Qarabağ Ermənistandırsa”, onda Ermənistanın üçüncü tərəf kimi danışıqlarda iştirak etməsi hansı məntiqə söykənir?! O da dəqiqdir ki, vaxtilə Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf  kimi çıxış etməsindən şəxsən imtina edən İrəvanın bu addımı bu dəfə əvvəlki kimi nəticə verməyə, birincidən imtina avtomatik olaraq ikincinin imtinasına gətirib çıxara bilər. Hər şeyə rəğmən bir məsələ olduqca netdir, o da münaqişənin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli reallığının doğurduğu nəticələrdir. Mövcud vəziyyət Ermənistanı münaqişənin həlli üçün addımlar atmağa vadar etsə də, İrəvan bundan boyun qaçırmağa məcburdur. Bu mənada İrəvanda hökm sürən istər siyasi, istərsə də iqtisadi qeyri-müəyyənliyin Dağlıq Qarabağ münaqişəsinin həllindən deyil, qeyri-həllinə nail olunmasına çalışılmasından qaynaqlandığı əslində başadüşüləndir. İrəvan da artıq başa düşür ki, Bakı ilə mövqe fərqi regional və qlobal şəraiti Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində onların əleyhinə dəyişir.

 

Ermənistanın indi əsas savaşı hərb və siyasi həll yolunu linç etməklə, problem ətrafında mövcud siyasi meydanı dağıtmaq uğrundadır. Görünür, daim münaqişənin həlli reallığı ilə üzləşməyə məcbur qalan İrəvan özünümüdafiə potensialını bunda görüb. Odur ki, Ermənistan rəhbərliyindən mövqe dəyişikliyi gözləmək, eləcə də vasitəçilərin siyasi həll yolu olmadan məsələyə sadəcə münasibətlərin düzəlməsi prizmasından yanaşmasının işləyəcəyini gözləmək də sadəcə sadəlövhlük olardı. Məgər həmsədrlər məsələnin “münasibətlərin düzəlməsi prizmasından” ölü nöqtədən tərpənəcəyinə ümid edirlər?

 

Bu, Ermənistanın təcridini daim tempdə saxlayır. Üstəlik, getdikcə Bakının önəmi Moskva üçün daha da artmaqdadır. Ermənistan Azərbaycana qarşı real hücum potensialında deyil. Bu istər hərbi, istər siyasi, istər iqtisadi, istərsə də digər aspektlərdən mümkün deyil. Hər halda 2019-cü ili də emiqrasiya ilə başa vuran və azalan əhalisi hesabına ÜDM-nin artmasına sevinən İrəvanın belə riski gözə alacağı ən azı insan faktoru baxmından inandırıcı deyil. Baxın, ötən il Ermənistana cəmi 128,4 milyard dram investisiya qoyulub. Belə bir şəraitdə real iqtisadi inkişafdan uzaq qalan Ermənistan hökumətinin bəyanatı əslində anlaşılandır.

 

Bu mənada, İrəvanın Bakıya müxtəlif istiqamətlərdə qəfil "hücumları" gözləniləndir!

 

 

 Bütün beynəlxalq sənədlər və hüquqları tapdalayan düşmənin danışıqlar masasında yalnız ifadə dəyişikliyi ilə kifayətlənib, arxa planda isə Azərbaycana qarşı hücum nöqtələrini  dəyişdirəcəyi şübhəsizdir.

 

Azərbaycan öz torpaqlarını zəruri müdafiə kontekstində geri almaq hüququnu çox yaxşı bilir, sadəcə, danışıqları pozan tərəfə çevrilmək istəmir. İqtisadiyyatı iflas astanasında olan bir ölkənin Qarabağda barıt çəlləyinə bilərəkdən atəş verəcəyi real olmasa da, düşmənin bu istəyini Bakını müharibəyə təhrik üzərindən reallaşdımaq istəyi hər an alovlana bilər.

 

Münaqişə üzərindən vaxt udulmasına xidmət edən təbliğat savaşı fonunda torpaqlarımıza tamamilə sahiblənmək cəhdləri işğalçını elə Azərbaycana qarşı seçdiyi hədəf nöqtələrindən fiaskoya uğratmaq tələbatını ortaya qoyur.

 

Hazırkı reallıq siyasi həll variantının mümkünlüyünü məhz bu yoldan şərtləndirir!

Aygün Yusibova

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.