Yer kürəsinin qəzəb hayqırtısı

18.01.2020

Məşhur fizik Stiven Houkinq qeyd edirdi ki, yaxın bir əsrdə yaşayacağımız bir Yer kürəsi qalmayacaq. Bu, Houkinqin hansısa populist “sayıqlaması” deyil əsla, real dünyanın ən ciddi və düşündürücü problemlərindən olan ekolji məsuliyyətsizlik şüurunun ortay

Ekoloji problemlər insanın birbaşa və ya dolayı yolla təbiətə etdiyi mənfi təsir nəticəsində yaranan problemlərin cəmidir. Çünki təbiət özünün yaratdığı problemlər aradan qaldıra bilir. İnsanlar isə ətraf mühitə daha dərin yaralar açır və onu daha çox çirkləndirir, təbiətin bütün bunları bərpa etməsi üçün uzun vaxt lazım gəlir. Hazırda bütün təbii komponentlərdə problemlər mövcuddur:

 

  • Torpaqda yaranan problemlər, təbii resursların istismarı, neftlə, radioaktiv elementlərlə çirklənmiş torpaqlar, səhralaşma...

 

  • Atmosferdə yaranan problemlər, karbon oksidinin miqdarının artması ( “istixana effekti”), ozon deşiyinin yaranması, “turşulu yağışlar“ və s.

 

  • Hidrosferdə yaranan problemlər, su hövzələrinin həddindən çox çirklənməsi ilə əlaqədar içməli su problemləri, dünya okeanının çirklənməsi və s.

 

  • Biosferdə yaranan problemlər, meşələrin qırılması nəticəsində oksigen balansının pozulması, canlıların yaşayış arealının kiçilməsi nəticəsində bir sıra bitki və heyvan növlərinin nəslinin kəsilməsi və ya kəsilmə təhlükəsi və s.

 

XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın təsiri ilə davamsız vəziyyətə düşdü. İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi dünya əhalisinin həyat şəraitinin dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri müxtəlif qlobal və regional problemlərə yol açdı.

 

Bildiyiniz kimi, beynəlxalq ekoloji problemlər ikitərəfli, çoxtərəfli sazişlər və konvensiyalar əsasında tənzimlənir. Əksər dövlətlərin maraq dairəsini əhatə edən problemlərin həlli üçün dünyanın aparıcı dövlətləri və dövlət başçıları son illərdə bir sıra qərarlar qəbul edib. Ekoloji böhranın qlobal xarakter almasının səbəbi dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə etməsi, onun hazırkı böhranlı vəziyyətinin, cəmiyyətin gələcəyinə təhlükə yaratmasıdır. Bu problemlərin aradan qaldırılması üçün bütün imkanların birləşdirilməsi, bütün dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb edilir. Getdikcə kəskinləşən ekoloji problemlərin həlli yalnız beynəlxalq əməkdaşlıq nəticəsində mümkündür.

 

 

Zəlzələ ekoloji problemin nəticəsi sayıla bilərmi?

 

Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq Yer üzünə əks olunması prosesidir. Bu dalğalar yayılarkən keçdiyi və çatdığı hər yeri təsiri altına salaraq, dağıntılara səbəb olur. Başqa sözlə, əslində hərəkətsiz qəbul etdiyimiz, üzərinə inamla basıb, evlərimizi tikdiyimiz torpağın hərəkət edərək üzərində olan hər şeyə zərər verməsi hadisəsidir. Zəlzələ zamanı evlər və binalar dağılır, insan tələfatları və yaralanmalar olur.

 

Zəlzələlərin böyük bir hissəsi yer kürəsinin 12 km dərinliyinə qədər çatan elastik hissədə yaranır. Bu hissədən daha aşağılarda temperatur 400 dərəcədən artıq olduğu üçün hər hansı bir titrəyiş olmur. Elastik olan üst hissədə isə hər il bir neçə santimetrlik sürüşmə yaranır. Bu kiçik hərəkətlər uzun illər toplanır və böyükdə bir neçə metrlik sürüşmələrə səbəb olur. Bunlar isə özünü yer üzündə zəlzələ adlandırdığımız təkanlar kimi göstərir.

 

Zəlzələ yer qabığındakı fay adı verilən laylar üzərində yaranır. Fay kövrək quruluşa malik qayaların yüksək təzyiqə və gərilmələrə məruz qalaraq qırılmasından yaranan formalardır. Bu gərilmələr yer kürəsinin müxtəlif hissələrində ola bilir. Zəlzələlər isə qayalıq sahədə yaranan gərilmənin ani bir hərəkətə səbəb olacaq qədər yüksəlməsi ilə yaranan yer hərəkətidir. Bu gərilmələrin boşalması güclü enerji yaranır. Yaranan enerjinin ətrafındakı qayalıqlarda yaratdığı titrəyiş nəticəsində isə zəlzələlər baş verir. Yaranan enerjinin qiymətinin hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda da yarana bilər.

 

Xəritədə eyni zəlzələ şiddətindəki nöqtələri birləşdirən xətlərə izoseyestlər deyilir.

 

10 dəqiqə davam edən 7 ballıq zəlzələ 25000 TNT-nin eyni vaxtda partladılmasına bərabərdir. 10 ballıq zəlzələ 100/km-i 32 saniyəyə qət edir.

 

 

Bizim coğrafiyamızda güclü zəlzələlər daim müşahidə olunub.

 

7 dekabr 1988-ci il... Həmin tarixdə Ermənistanın şimalında - əzəli Azərbaycan torpaqlarında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. 

 

Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu.

 

Ermənistan rəsmiləri və medası bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradlğını iddia edir. İşğalçı ölkə rəsmiləri bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb”.

 

69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı.

 

Bu hadisə, Ermənistan ərazisində baş verən böyük aviasiya qəzası kimi tarixə düşüb.

 O zaman təyyarənin “qara qutu”su qəzanın səbəbi kimi pilotların səhvini göstərdi. Bildirilirdi ki, təyyarənin ekipajı uçuşdan əvvəl kifayət qədər istirahət edə bilməyib və qısa müddətdə bir neçə qrafikdən kənar uçuş həyata keçirib. Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, bu təyyarəni də erməni terrorçuları Türkiyəyə məxsus оlduğunu gümаn еdərək vurmuşdulаr.

 

 

Qəzadan sağ qurtulan yeganə şəxs - Fəxrəddin Balayev 2010-cu ildə dünyasını dəyişib.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş vermiş güclü zəlzələlərin xronologiyası və xəritəsini hazırlayıb.

 

Azərbaycan ərazisi seysmik baxımdan hər zaman aktiv olub. Bu aktivlik zaman-zaman ölkə ərazisində güclü zəlzələlərin baş verməsi ilə müşayiət olunub.

 

Mərkəzin hazırladığı xronologiyaya əsasən, dağıdıcı zəlzələlərin çoxu Şamaxıda baş verib. Bu zəlzələlər 8-9 bal gücündə qeydə alınıb. Dağıdıcı zəlzələlərin baş verdiyi ərazilər sırasında Gəncə, İsmayıllı, Ağdaş, Kəlbəcər, Culfa, Bakı da var. Sonuncu dağıdıcı zəlzələ 2000-ci ildə 8 bal gücündə Bakıda baş verib. Bu zəlzələ nəticəsində tikililərdə çoxsaylı çatlar əmələ gəlmiş, suvaqlar qopub düşmüş, bəzi evlərin divarları aşmış və bir neçə insan həlak olmuşdu.

 

Bəzi dağıdıcı zəlzələlər haqqında məlumatlar

Tarix

Rayon

İntensivlik (I0, MSK-64 cədvəli üzrə, balla)

Dağıntı və tələfat

427

Gəncə

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

891

Ərdəbil

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

906

Naxçıvan

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

957

Xəzər dənizi

VII

Xəzər sahili bölgələrdə dağıntılar olmuşdur.

1139

Gəncə

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur. Relyef dəyişikliyi baş vermiş və Göygöl gölü əmələ gəlmişdir.

1235

Gəncə

VIII

Dağıntı və insan tələfatı olmuşdur, qruntda yarıqlar və çatlar əmələ gəlmişdir.

1667

Şamaxı

IX - X

Güclü dağıdıcı zəlzələ. Böyük dağıntılar, çoxsaylı insan tələfatı olmuşdur. Böyük sürüşmələr, uçqunlar və qruntda çatlar əmələ gəlmişdir.

1669

Şamaxı

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

01.01.1671

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

01.02.1671

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

09.08.1828

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

11.06.1859

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Əksər evlər dağılıb və ciddi zədələnib. Çox saylı insan tələfatı olmuşdur.

02.09.1869

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

28.01.1872

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Şamaxı şəhəri demək olar ki, tamamilə dağılmışdır. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

 

2019-cu il fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

 

Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonunda səfərdə olub.

 

Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.

 

Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

 

 

 

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış oldu.

 

 

Azərbaycan Prezidenti ölkədə baş verən təbii fəaləkətlərin qarşısını almaq üçün dövlətin bütün gücünü buraya səfərbər edir.

 

P.S. Təbii fəlakətlərdən heç kim sığortalanmayıb, yetər ki, cəmiyyətlər və dövlətlər səfərbər oluna bilsinlər!

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır