Amerika Birləşmiş Ştatlarında baş tutacaq seçkilərin əhəmiyyəti o qədər böyükdür ki, bütün dünyada xüsusi maraqla izlənir, lobbi qurumları, diplomatik kanallar, nüfuz qrupları tam gücü ilə işə düşür.
Üzü noyabra doğru keçiriləcək seçkilərin iştirakçılarından birinin indiki ABŞ prezidenti, qeyri-ənənəvi addımları ilə ölkəsini və bütün dünyanı təəccübdə qoyan iri maliyyə maqnatı Donald Trampın olması prosesə xeyli rəng qatır.
Hazırda prezident Tramp və demokrat namizəd Co Bayden seçki kampaniyalarını həlledici ştatlarda aparmaqda, son nöqtəni qoymaq üçün bir-birindən maraqlı, kreativ şüarlarla seçicilərin dəstəyini qazanmağa çalışırlar. Son rəy sorğularına görə Tramp 51.3% ilə Bidenə uduzmaqdadır - 40.7%. Amma görüntü daha çox aldadıcı ola bilər, çünki Trump özünün “ağır bomba”larını sona saxlayıb. Belə ki, “Antixrist” yevangelistlərin və yəhudilərin dəstəyini qazanmağa çox yaxındır. Bu vasitələrdən biri kimi isə İsrailin qonşuları ilə münasibətləri və Qüdsün statusununu müəyyənləşməsi çıxış edir.
#abrahaam accords - İbrahim razılaşması - Müqavilə üç əsas dünyyəvi dinin Yəhudilik, İslam və Xristianlığın patriarxı İbrahimin şərəfinə İbrahim Anlaşması adlanır.
1978-ci ildə İrsaillə Misiri bir araya gətirən barışıq sazişi/Kemp-Devid sözləşməsi ərəb dünyasında separatçılığın, Fələstinin haqlarını satdığı üçün mühakiməsinin başlanğıcı oldu, amma illər sonra İordaniyanın da oxşar addım atması ortaya dəqiq bir ehtimal çıxartdı ki, proses İsraili bütün ərəb respublikalarının dövlət olaraq tanıması ilə yekunlaşacaq. Budur, 15 sentyabr 2020-ci il tarixdə BƏƏ ilə İsrail arasında Ağ Evdə imza mərasimi baş tutdu və daha bir ərəb ölkəsi ƏL-dan qoparaq İsraillə anlaşdı.
Müqavilə üzrə və ya:
a) ABŞ-ın dividendləri: Tramp builki seçkilərdə yəhudilərin həlledici dəstəyinə malik olmaqla, Baydeni, onun simasında bütün demokrat cəbhəni məğlubiyyətə uğratmaqla, dünya nizamının post-pandemiya dövrün üçün yeni dizyanında yer almaq və öz planları ilə hərəkətə davam etmək, Fələstin məsələsini İsrailin nəfinə, amma qalıcı sülhlə nəticələndirmək;
b) İsrail üçün: İlk fars körfəzi ölkəsini öz siyasi partnyoru kimi cəlb etdi, İranla artan gərginlik fonunda bir körfəz dövlətini, həm də ərəb birliyinin vacib üzvünü, əhəmiyyətli gücünü müttəfiqliklə böyük oyuna daxil edə bildi, vəkalət savaşlarında geniş işirak edən İrana qarşı qurulan koalisiyaya Səudiyyə ilə birlikdə BƏƏ də qoşuldu,
c) BƏƏ üçün: İordan çayının bəzi qərb hissələrinin birləşdirilməsi dayandırıldı, ilk işbirliyini gizli şəkildə COVID-19-a qarşı birgə mübarizə təşkil edərək reallaşdırdılar, Mossad şefinin BƏƏ-yə səfəri və İrana qarşı birgə nüvə mübarizəsinin çərçivələrinin də müəyyən edilməsi ehtimal olunur, eyni zamanda İsraillə Fələstini danışıqlar masasına qaytarmağa çalışır və buna qədər Qüdsdə səfirlik açmayacağına dair söz verir.
Azərbaycan üçün:
Azərbaycan Resbublikası da Abramaas razılaşması mərasiminə dəvət edilib.
Səfir Elin Süleymanovun iştirakı ilə o da təxmin edilir ki, Azərbaycan – İsrail münasibətləri yeni mərhələyə daxil olmaqdadır.
Pozitiv nüanslar:
- Azərbaycan – israil münasibətlərinin keyfiyyətcə daha üst səviyyəyə, daha strateji müstəviyə çıxması mümkün olacaq;
- Azərbaycan – ABŞ münasibətləri İsrailin də təqdimatı və iştirakı ilə xüsusi mahiyyət daşımaqdadır;
- Təhlükəsizlik: Azərbaycan Ermənistan, İran və Rusiyadan gözlənilən təhlükələrdən daha yaxşı sığortalamaq üçün belə müttəfiqlərlə əməkdaşlıq etməlidir və bu milli maraqlardan qaynaqlanır.
Əziz Əlibəyli