Pul və xoşbəxtlik. Pul, yoxsa xoşbəxtlik? Sosioloji sorğular nəyi göstərir?

15.01.2020

Pul və xoşbəxtlik arasındakı əlaqəyə dair çoxsaylı sosial-fəlsəfi, iqtisadi və s. araşdırmalar mövcuddur. Sosioloji ədəbiyyatda tədqiqatçılar rifah (firavanlıq, xoşbəxtlik-T.A.) meyarlarının iki formasını ayırd edib: 1. Ani  emosional vəziyyət (yaşantı) kimi  başa düşülən "xoşbəxtlik"; 2. "Həyat məmnuniyyəti" (həyatından məmnunluq,firavanlıq("life satisfaction") kimi başa düşülən, nisbətən  uzunmüddətli dövrdə  gün-güzəranın necə getdiyini əks etdirən göstərici kimi.

Bu keyfiyyətlər bir-biri ilə çox sıx bağlı olmaqla yanaşı, bir-birinə  zidd də ola bilər: Məsələn, tədqiqatlara görə, uşaqlı ailələrdə valideynlər, bir çox  hallarda  yaşayışında çox ağır   hesab ediləcək dönəmlər yaşasa belə,  onu müvəqqəti saya, həyatlarından razı /məmnun olduğunu bildirə bilər.

Sosial-psixoloji tədqiqatlardan o da məlumdur ki, insanlarda xoşbəxtliklə bağlı bir "doyma nöqtəsi" mövcuddur və  bu səviyyədən sonra - “daha çox pul-daha çox xoşbəxt olmağa” o qədər də təsir etmir.  

Aşağıda bəhs ediləcək yeni sorğuda respondentlərə  xoşbəxtlik meyarı kimi,ani emosional  xoşbəxtlik haqda deyil, həyat məmnuniyyəti kimi başa düşülən meyar əsas götürülüb. 

“ABŞ-da həyat təcrübəsi və gəlir bərabərsizliyi” adlı  Harvard İctimai Rifah Məktəbi ("Harvard School of Public Health") və  Robert Vud Jonson Fondu ("NPR/Robert Wood Johnson")  tərəfindən  keçirilən sorğunun nəticələri  çap edilib. Sorğu 2019-cu il 17 iyul-18 avqust tarixlərində, 18 yaşdan yuxarı 1995 nəfər arasında keçirilib.

Sorgunun  əsas məqsədi -  amerikalıların müxtəlif gəlirli əhali  qrupları arasındakı fərqli həyat  təcrübələrini, rifah və məmnunluqla bağlı fərqli təsəvvürləri ətraflı təhlil etmək olub. Tədqiqatda həmçinin amerikalıların özlərinin yaxın gələcək üçün iqtisadi imkanlarını barədə nə düşündüklərini aşkara  çıxarılmasına cəhd edilib.   (https://www.rwjf.org/en/library/research /2019/12/life-experiences-and-income-inequality-in-the-united-states.html)

Rəyi soruşulanlar dörd gəlir kateqoriyasına bölünüb və respondentlər aşağıdakı  kateqoriyaların 1 faizini təşkil edib:

1.Ən yüksək gəlirli   (ildə ən azı 500.000 dollar qazanan) ailələr;

2.Yüksək gəlirli (illik $ 100,000 - $ 499.999 qazanan) ailələr;

3.Orta gəlirli  ( illik $ 35,000 - $ 99.999 qazanan)  ailələr;  və

 4.Aşağı gəlirli   (illik $ 35,000-dən az qazanan)  ailələr 

Araşdırmaya görə, ABŞ-ın ev təsərrüfatlarında  gəlirləri yüksək olanların,yəni ildə ən azı 500.000 dollar qazananların 1 faizi hər kəsdən fərqli olaraq, pul və xoşbəxtliklə bağlı təsəvvürlərində "kəskin fərqli həyat təcrübəsinə" malikdir.  Yəni yalnız onlarda “daha çox pul,daha çox xoşbəxtlikdir” məntiqi özünü doğruldub.

Ənənəvi "xəta riski" ilə aparılan tədqiqatlar bu "xoşbəxtliklə", illik qazancın təxminən 75.000 dollar səviyyəsinə qədər olan səviyyəsi arasında  ciddi bir əlaqə aşkar edib. Bu miqdardan çox pulun "xoşbəxtliyə təsiri" getdikcə az alsa da,  hələlik hissedici dərəcədədir. Başqa sözlə, zənginlər, gündəlik həyatda başqalarından daha xoşbəxt ola bilməzlər.Bununla yanaşı, onlar həyatlarından başqalarından daha çox razı ola bilərlər.Məs.,bu sorguda daha çox xoşbəxt olan 1 %-in içərisində 97 %- qeyd edib ki, onlar özlərinin "Amerika arzusuna" çatıblar.Rəyi soruşulan  aşağı gəlirlilər arasında hər 4 nəfərdən biri isə Amerika arzusunun əlçatmaz olduğunu bildirib.

Digər maraqlı məqam odur ki, varlı təbəqə də əksər amerikalıların gündəlik üzləşdiyi maliyyə problemlərini həll etməklə bağlı nə isə qeydi-adi qabiliyyətlərə deyil, cüzi praktik təcrübəyə malikdirlər. Aşağı gəlirli  ailə təsərrüfatları arasında, təxminən 40 faiz respondent son bir neçə ildə tibbi xərclərini ödəməkdə çətinlik çəkdiklərini, 30 faizi isə  ərzaq xərclərini  ödəməkdə çətinlik çəkdiklərini bildirib.

Sorgu nəticəsində, həmçinin, yoxsulluqla bağlı federal siyasətə dair   suallara münasibətdə  varlıların  fərqli yanaşması ortaya çıxıb. Məsələn, sözü gedən  1 faizin yarısından çoxu hesaab edir ki,   varlılarla kasıblar arasındakı gəlir fərqləri təbii prosesdir və federal qanunvericilik onu azaltmağı əsas prioritet hesab etməməlidir.  Aşağı gəlirli amerikalıların üçdə ikisindən çoxu isə əksinə, bərabərsizliyin azaldılmasını federal siyasətdə ən mühüm prioritet hesab olduğunu söyləyib. Aşağı gəlirli amerikalıların 59 faizi, varlıların müvafiq olaraq,  daha çox vergi ödəməli olduqlarını söyləsələr də, sözü gedən ən varlı1 %-in yalnız üçdə biri belə düşünür.

Qeyd etmək vacibdir ki, həyatlarından "narazılıqlarını" ifadə edən 1 faizin payı statistik olaraq sıfırdan fərqlənmir.

Onu da əlavə edək ki, ABŞ cəmiyyətində varlı-yoxsul qütbləşməsi son illər tədqiqatların diqqət mərkəzindədir. Belə ki, bir  il əvvəl  aparılmış sorğularda Amerikada  varlı və yoxsullar arasında qütbləşmənin, “sərvətin toplanması”  səviyyəsinin ötən əsrin -1920-ci illərdə müşahidə edilən prosesləri xatırlatması narahatlıqla qeyd edilib. ABŞ-da sərvət konsentrasiyası son bir əsrdə görünməmiş səviyyəyə çatıb. Ən Kaliforniya Berkli Universitetinin professoru Qabriel Zukman  (Gabriel Zucman) və   başqaları tərəfindən aparılan”Dünya Bərabərsizlik Databazası”nın (World Inequality Database//https://wid.world/) tədqiqatına görə,ən varlı 400 amerikalı-yəni əhalinin 0.00025  faizi  öz sərvətini 1980-ci illərdən bəri 3 dəfə artırmağa nail olub.  varlı 400 amerikalı 150 milyon (yaxud 60 faiz) aşağı gəlirli  əhalidən daha çox sərvətə malikdir.Milli gəlirdə sonuncuların payı 1987-ci ildəki 5,7 faizdən 2014-cü ildə 2,1 faizə düşüb. Bu proses ötən əsrin “kükrəyən 20-ci illəri” (Roaring Twenties) ilə müqayisə edilir. Sözü gedən dövrdə I Dünya müharibəsinin bitməsi ilə sənaye və bütün sahələrin gur inkişafı və sərvət toplanması, varlı və yoxsullar arasında qütbləşmənin dərinləşməsi  baş verib. Bütövlükdə, Zucman “ABŞ-da sərvət konsentrasiyasını,   iyirminci əsrin ilk sonilliyindəki  səviyyəyə qayıtmasını arzuolunmaz proses hesab edir. Sitat: "Bu dönüş- a   iqtisadi böhranlara və işsizliyə qarşı yalnız  özlərinin     pensiyalarına ümid edən şağı təbəqə və orta siniflərdəki ailələrin təhlükəsizliyini pozur.  Dolayısı ilə bu həm də, hakimiyyətin siyasi nüfuzunu artırmaq üçün sərvətlərindən istifadə edən  milyarderlərinin əlində cəmlənməsinə yol açır. Fikirlərə istinad kimi lokal  və qlobal siyasətə təsir göstərən, 10 ən nüfuzli milyarder haqda (D.Tramp da daxil olmaqla) mənbə göstərilir.( https://www.washingtonpost.com/news/the-fix/wp/2015/09/21/the-10-most-influential-billionaires-in-politics/)

Zucmanın maraqlı qənaətlərindən biri də belədir ki, ABŞ-da sərvətin  bölüşdürülməsi İngiltərə və Fransa kimi  inkişaf etmiş demokratiyalarla müqayisədə, Rusiya və Çindəki vəziyyətə daha çox bənzəyir.

 

Tahirə Allahyarova

professor, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili Departamentinin müdiri