Bundan altı ay, bir il və hətta on il sonra nə baş verəcək? Dostlarımızın, yaxınlarımız gələcəyi necə olacaq? İş barəsində hələki çətinlik çəkmirəm, lakin bu gələcəkdə dəyişə bilərmi? Hal-hazırda İngiltərədə yaşayıram, burada son zamanlarda işini itirən çox tanışım var. Koronavirus iqtisadiyyata mənfi təsir göstərir. Bəs, daha sonra birdən işimi itirsəm, nə kimi problemlərlə üzləşə bilərəm?
Sözsüz ki, bir sıra ehtimallar mövcuddur və bunlar hökumətlərin eyni zamanda cəmiyyətin koronavirusa və onun iqtisadi nəticələrinə reaksiyasından asılıdır. Ümid edirəm ki, bu böhranı yenidən qurmaq insanlar üçün yararlı nələrsə istehsal etmək üçün istifadə edərik. Lakin, daha pis bir mərhələyə keçid edə bilərik. Əgər digər böhranların yaratdığı siyasi-iqtisadi çətinliklərə nəzər yetirsək, bizi nələrin gözləyəcəyinin şahidi olarıq.
Bu tədqiqat müasir iqtisadiyyatının əsaslarına xüsusilə də qlobal təchizat zəncirlərini, əmək haqqı məsələsini və məhsuldarlığı əhatə edir. Həmçinin, iqtisadi dinamikanın iqlim dəyişikliyi və işçilər arasında zehni və fiziki sağlamlıq səviyyəsinin nəzər salır. Düşünürəm ki, sosial ədalətli və ekoloji cəhətdən faydalı gələcək qurmaq üçün daha fərqli bir iqtisadiyyat zəruridir.
COVID-19 pandemiyası üçün digər sosial və ekoloji böhranlara səbəb olan dinamikanın gücləndirilməsidir. Bundan sonra iqtisadiyyat necə inkişaf edəcək?
İqtisadi baxımdan dörd mümkün gələcək təxmin edilir, barbarlığıa keçid, möhkəm dövlət kapitalizmi, radikal dövlət sosializmi və qarşılıqlı yardım üzərində qurulmuş böyük cəmiyyətə doğru yönəlmə.
Kiçik dəyişikliklər böyük vaxt tələb edir.
İqlim dəyişikliyi kimi koronavirus da iqtisadi problemdir. Hər ikisi ətraf mühitlə bağlı qələmə verilsə də həmçinin sosial problemlərdir. İqlim dəyişikliyi müəyyən qazların istiliyi udması nəticəsində yaranır. Əslində, iqlim dəyişikliyi daha yaxşı anlamaq üçün sosial səbəbləri daha yaxşı anlamalıyıq. COVID-19-u da həmçinin eyni qaydada başa düşməliyik.
Belə ki, iqlim dəyişikliyinə görə daha az məhsul istehsal edirsinizsə bu, enerji və istixana effektli qazların azalması deməkdir.
Pandemiya isə sürətlə yayılır və bu insanların bir-birləri ilə təması zamanı baş verir.
İnsanlar arasında sosial məsafənin artırılması, digər nəzarət strategiyasının bir hissədir. Ümumiyyətlə, yoluxucu xəstəliklərin yayılması üçün ümumi idarəetmə strategiyası odur ki, yoluxmuş şəxsin əlaqələri müəyyən edilir və özünütəcrid gerçəkləşdirilir, həmin şəxs nə qədər çox təmasda olubsa yoluxma faizi bir o qədər artır. Nümunə olaraq, Vuhan şəhəri sosial distansiya və özünü təcridin müsbət nəticələrini görür.
Kövrək iqtisadiyyat
Karantin rejiminin tətbiq olunması dünya iqtisadiyyatına heç də yaxşı təsir etmir, hətta dünya ciddi tənəzzülə yaxınlaşır. Bəzi dünya liderləri tədbirləri yumşaldıb.
ABŞ prezidenti Donald Tramp və Braziliya prezidenti Jair Bolsonaru ölkədəki karantin müddətini azaltdılar. Tramp, Amerika iqtisadiyyatını üç həftədən sonra normal vəziyyətə dönəcəyini demişdi, lakin vəziyyət gərginləşdikcə bu müddəti artırmalı oldu.
Bununla belə, Bolsonaru deyirdi: “Həyat davam etməlidir, işlər saxlanılmamalıdır. Biz normal vəziyyətə qayıtmalıyıq.” İngiltərənin baş nazir Boris Conson isə 12 həftə ərzində həyatın normala dönəcəyini qeyd edirdi. Əgər onun bu proqnozu düzgün olarsa, biz gələcəkdə dağıdılmış iqtisadi sistemlə qarşı-qarşıya qalar. Normal iqtisadi böhran zamanı həll yolu sadədir. Hökumət daha çox xərcləyir və insanlar istehsal edir. Bu məşhur iqtisadiyyatçı Con Maynarnd Keynesin üsuludur. Ancaq, normal müdaxilələr daha işləməyəcək. Son tədqiqatlar zamanı Uhanda həyatın normallaşması, iş yerlərinin açılması üçün virusun ikinci piki yaşandıqdan sonra baş verdi.
Bizə əslində fərqli iqtisadiyyat təfəkkür lazımdır. Biz isə istehlak mallarının alışı və satışının düşünürük. Ancaq bu, iqtisadiyyatın ehtiyac duyduğu nöqtə deyil.
İqtisadiyyat öz ehtiyatlarımızı görməyimiz və bəşəriyyət üçün faydalı resursa çevirməyimizdir. Bu nöqteyi-nəzərdən çətinlik çəkmədən daha az məhsul istehsal etməyə imkan verən, fərqli fürsətlərlə qarşılaşa bilərik.
Məni və digər ekoloji iqtisadiyyatçıları bir müddətdir ki, maraqlandıran mövzu az istehsalın iqlim dəyişikliklərinə təsiridir. Çünki, az istehsal iqlim dəyişikliyi ilə mübarizə üçün də vacibdir. Bəs, daha sonra insanların işlədiyi vaxt bu miqdarı azaltmaq mümkün olacaqmı? Təkliflər arasında iş həftəsinin müddətinin azaldılması var, amma yaşamaq üçün əmək haqqından asılılıq azaldılmalıdır.
İqtisadiyyat nə üçün lazımdır?
COVID-19-un həll yolunu tapmaq üçün iqtisadiyyatın nə üçün vacib olduğunu anlamaq lazımdır. Hal-hazırda qlobal iqtisadiyyatın əsas məqsədi pul mübadiləsini asanlaşdırmaqdır. Məhz, iqtisadçıların “mübadilə dəyəri” adlandırdıqları da budur.
Yaşadığımız indiki sistemin əsas məğzi mübadilə dəyərinin istifadə dəyəri ilə eyni olmasıdır. İnsanlar pulları istədikləri və ehtiyac duyduğu şeylərə xərcləyəcəklər və bu pul xərcləmə aktı onun “istifadəsini” nə qədər qiymətləndirdikləri haqda müəyyən fikir söyləyir. Buna görə də bazar iqtisadiyyatı cəmiyyətin idarəolunması üçün ən yaxşı yol hesab edilir.
Hökumətlər sistemlər pozulmasından və həddən artıq təchizat zəncirləri, sosial qayğı və səhiyyə ilə yüklənməsindən qorxurlar. Amillərdən ikisinə nəzər yetirək. Birincisi, cəmiyyət xidmətlərindən pul qazanmaq olduqca çətindir. Bu qismən əmək məhsuldarlığının artmasıdır hətta daha az insanla sektorundakı məhsuldarlığın artımı iqtisadiyyatın digər hissəsindən daha zəifdir. Buna görə də, bu sahədə xərclər sürətlə gedir. İkincisi, bir çox xidmətlərdəki, işlər cəmiyyətdə ən yüksək qiymətləndirilənlərə aid deyil. Onlar cəmiyyət üçün geniş bir məqsədə xidmət etmir. Antropol David Qraeber onları “məqsədsiz iş” adlandırır. Hər bir halda, nəhəng reklam sənayesi və kütləvi maliyyə sektoru var.
Mənasız işlər
Pandemiya bir çox işin mənasız olduğunu göz önünə qoyur. Maraqlısı isə odur ki, iş pisləşəndə cavab verəcək işçilər yoxdur. Digər tərəfdən isə, dünyada “mümkünsüz” baş verir, əgər belə demək mümkünsə...
İspaniyada özəl xəstəxanalar milliləşdirilir, İngiltərədə və Fransada özəl xəstəxanalar milliləşdirilir və iri müəssilələr milləşməyə hazır olduqlarını bildirdi. Eyni zamanda, əmək bazarlarının dağılmasını görürük. Danimarka və Böyük Britaniya insanlar işə getməsin deyə dövlət onlara vəsait ayırır. Bütün bunlar mükəmməl karantin tədbir olmasa da insanların işləmədiyi halda da yaşamağa layiq olduqlarını bildirmək doğru addımdır. Bu dəyişikliklər bizə ümid verir. Bir çox insanın həyatını xilas edir. Hətta bizi daha xoşbəxt edən və iqlim dəyişikliyini həll etməyə kömək edir.
İqtisadi təsəvvürlərimiz
40 ildir geniş iqtisadi konsensus var. Bu siyasətçilərin və onların məsləhətçilərinin sistemdəki boşluqları görmək və ya alternativ təsəvvür imkanlarını məhdudlaşdırdı. Bu, iki əlaqəli inancla idarə olunur:
COVID-19 böhranının edə biləcəyi işlərdən biri də bu iqtisadi təsəvvürü genişləndirməkdir. Hökumətlər və vətəndaşlar üç ay əvvəl imkansız görünən addımlar atdıqda, dünyanın necə işlədiyinə dair fikirlər sürətlə dəyişə bilər. Bu təsəvvürün haraya apara biləcəyini nəzərdən keçirək.
Dörd ehtimal gələcək
Gələcəyin idarə edilməsində vacib olacağını düşündüyümüz iki amili qəbul edirsiniz və bu amillərin müxtəlif birləşmələri müqabilində nə baş verəcəyini təsəvvür edirsiniz. Dəyər iqtisadiyyatın idarəedici prinsipinə aiddir. Biz resurslarımızı mübadilə və pulu artırmaq üçün istifadə edirik yoxsa həyat şəraitini artırmaq üçün istifadə edərik? Beləliklə, dörd ekstremal birləşmə koronavirusa cavab verməyə çalışaq.
Dövlət kapitalizmi
Dövlət kapitalizmi hal-hazırda ən əsas həll yolu ola bilər. Nümunələr isə İngiltərə, İspaniya və Danimarkadır. Dövlət kapitalist cəmiyyəti iqtisadiyyatın istiqamətləndirici işığı olaraq mübadilə dəyərini davam etdirir. Lakin böhran vəziyyətindəki bazarların dövlətin dəstəyini tələb etdiyini qəbul edir. Bir çox işçinin xəstə olduqları üçün işləyə bilmədiklərini və həyatlarına görə qorxduğunu nəzərə alaraq, dövlət geniş rifah içərisində addımlayır. Həmçinin, kredit uzatmaq və müəssisələrə birbaşa ödənişlər etməklə kütləvi Keyns stimulu yaradır. Məsələn, İngiltərədə, qeyri-əsaslı tikinti hələ də davam edir, işçilər tikinti sahələrində qarışır. Ölüm hallarının artacağı təqdirdə məhdud dövlət müdaxiləsini davam etdirmək çətin olacaq. Xəstəliyin və ölümün artması iğtişaşlara səbəb olacaq və iqtisadi təsirləri dərinləşdirəcək, dövləti bazarın fəaliyyətini qorumağa çalışmaq üçün getdikcə daha radikal hərəkətlər etməyə məcbur edir.
Barbarlıq
Bu zaman, müəssisələr uğursuz olur və işçilər ac qalır, çünki onların bazarın sərt reallıqlarından qorumaq üçün məxanizmləri yoxdur. Xəstəxanaların bir çoxu fövqəladə vəziyyətə hazır deyil və nəticədə insanlar daha çox tələf olur. Barbarlıq sosial dağıntıdan bir müddət sonra xarabalığa çevrilən qeyri-sabit bir vəziyyətdir.
Bu həqiqətən də baş verə bilərmi? Dövlətin dəstəyi kifayət etmədyi halda bu tezliklə xaosa çevrilə bilər. Vəziyyət gərginləşdikdən sonra sərt rejimdən “normal” vəziyyətə qayıtmaq istəniləcək.
İqtisadiyyatın və cəmiyyətin uğursuzluğu həm dövrdə, həm də ictimai rifah sisteminin dağılması ilə nəticələnən siyasi və sosial iğtişaşlar doğura bilər.
Dövlət sosializmi
Dövlət sosializmi, iqtisadiyyatın mərkəzində fərqli bir dəyər qoyan gələcəyi təsvir edir. Bu hazırda Böyük Britaniya, İspaniya və Danimarkada gördüyümüz tədbirlərin genişləndirilməsidir.
Burada əsas məsələ xəstəxanaların milliləşdirilməsi və işçilərə məvacib ödənilməsi kimi tədbirlərin iqtisadiyyatı qorumaq üçün deyil həyatda sağ qalmaq üçün bir yol, vasitə olaraq görülməsidir.
Dövlət sosializminin dövlət kapitalizminə cəhdləri və uzun bir pandemiyanın təsiri nəticəsində ortaya çıxması mümkündür. Dərin tənəzzüllər baş verərsə və tədarük zəncirlərində pozğunluq olarsa, tələbin hal-hazırda gördüyümüz standart Keyns siyasətləri (pul çapı, kreditlərin alınmasını asanlaşdırmaq və s.) ilə qurtarıla bilməməsi halında, dövlət istehsalın öhdəsindən gələ bilər. Bu yanaşma üçün risklər var - avtoritarizmə yol verməmək üçün diqqətli olmalıyıq.
Qarşılıqlı yardım
Qarşılıqlı yardım həyatın qorunmasını iqtisadiyyatımızın rəhbər prinsipi olaraq qəbul etdiyimiz ikinci gələcəyimizdir. Ancaq bu ssenaridə dövlət müəyyənləşdirici rol oynamır. Əksinə, fərdlər və kiçik qruplar icmalarında dəstək və qayğı təşkil etməyə başlayırlar.
Ümid və qorxu
Mənim qorxum isə dövlətlərin kapitalizmindən barbarlığa enməsidir. Ümidim isə dövlət sosializmi və qarşılıqlı yardımlardır. Belə ki, güclü səhiyyə sistemi qurmaq üçün bütün ehtiyatları səfərbər edən, vətəndaşlara yardım qrupları yaratmağa imkan verən güclü, demokratik bir dövlətin yaranmasıdır.
COVID-19 hazırki sistemimizdəki ciddi çatışmazlıqları açıq-aşkar göz önünə gətirir. Buna ən effektiv reaksiya, çox güman ki, köklü sosial dəyişiklik tələb edir. Bunun bazarlardan kəskin bir şəkildə uzaqlaşması və mənfəətin iqtisadiyyatın təşkili üçün əsas yolu kimi istifadə edilməsi lazımdır. Digər tərəfdən, gələcəkdə pandemiya və iqlim dəyişikliyi kimi digər böhranlar qarşısında biz daha möhkəm və daha humanist sistem qura biləcəyik.
Sosial dəyişiklik bir çox yerdən və bir çox təsir ilə ortaya çıxa bilər. Bizim əsas vəzifəmiz, mövcud sosial formaların qayğı, həyat və demokratiyanı əhatə edən əxlaqi sistemini tələb etməkdir. Bu böhran dövründə mərkəzi siyasi vəzifə də bu dəyərlər ətrafında yaşayır və (demək olar ki) təşkil edir.
Tərcümə:
Afaq Məmmədova