Giriş: Koronavirus dünyanı təhdid edən qlobal problem kimi
Birinci dünya müharibəsi bitərkən başlayan İspan qripindən 50 milyon insan öldü. Siyasət bundan dərs almadığı üçün bu hadisədən 23 il sonra İkinci dünya müharibəsi başladı. Görünən odur ki, İspan qripi sonrası dövlətlər elm, səhiyyə sahəsindəki tədqiqatlarəndan daha çox silah sənayisinin inkişafına və güclənməsinə şərait yaradıblar.
2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində baş qaldıran koronavirus beş ay müddətində bütün dünyaya yayılaraq insanlığın kabusuna çevrilmişdir. Çin karantin rejimindən çıxdığını elan etsə də dünyanın diğər güclü dövlətləri Amerika, İtaliya, İspaniya, İngiltərə, Fransa, Hollandiya, Belçika, Türkiyə, Rusya, İran və demək olar ki bütün dövlətlər böyük itkilər verərək vaksini hələ tapılmayan koronavirusla mübarizə aparır. Koronavirus infeksiyasının dünyada geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etdiyi şəraitdə dünya dövlətləri insanların sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün çox ciddi qoruyucu tədbirlər həyata keçirməyə başladı. Sərhədlər bağlandı, gediş-gəlişlər minimallaşdırıldı, cəmiyyətlərdə təmaslara məhdudiyyətlər gətirildi, insanlar evlərinə qapandı. Bir tərəfdən insanlar olub bitənləri və nələrin başverdiyini, onları hansı günlərin gözlədiyini anlamağa çalışarkən, diğər tərəfdən dövlətlər vətəndaşları üçün səmərəli tədbirlər planları hazırlayıb həyata keçirməyə başladı. Hal hazıkı dövürdə dünyada demək olarki bütün dövlətlər resursalarını koronavirusla mübarizəyə səfərbər edərək cəmiyyətlərinin sağlamlığını ve tehlükesizliyini imkanları daxilində qorumaqla məşguldur.
Koronavirus şəraitində Azərbaycanda dövlət və cəmiyyət münasibətləri:
ÜST tərəfindən koronavirus infeksiyasının qlobal panemiya elan olunması Azərbaycanda da təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Azərbaycan ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, xalqının sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişlendirib. Çünki, əhalinin həyat şəraitinin, onların sağlamlıq və təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal virusun təsirindən müdafiəsi Azərbaycan dövləti və hökuməti üçün ən prioritet məsələdir (qafqazinfo.az/news/detail). Səhiyyəsi, iqtisadiyyatı, idarəçiliyi ilə Azərbaycan vətəndaşlarının bu və diğər təhlükələrdən etibarlı müdafiəsini təmin edəcək gücə sahib dövlətdir. Karantin və qlobal virusun yaratdığı şəraitə baxmayaraq dövlətin aparat və orqanları sistemli olaraq fəaliyyətini davam etdirərək dövlətin qüdrətini və gücünü nümayiş etdirməkdə. Koronavirus səbəbi ilə Azərbaycanda tətbiq olunan qaydalar vətəndaşın sağlamılığına və təhlükəsizliyinə xidmət edir. Belə bir şəraitdə hər bir ölkə vətəndaşı sosial məsuliyyətini dərk edərək karantin qaydalarına əməl etməklə cəmiyyətin birliyinə və sağlamlığına töhfə vermə bilər.
Koronavirus dövründə sosial şəbəkələrin və KİV-lərin cəmiyyətə təsiri qlobal problem kimi.
Sosial şəbəkələrin cəmiyyətə təsir prosesi internetin inkişaf etdiyi bütün dünya ölkələrində gedir. Tədqiqatlar göstərir ki, internet cəmiyyətdə individualizm dəyərlərinin inkişafına şərait yaradır. Kollektiv dəyərlər virtual məkanda sosial şəbəkələrdə formalaşır. İnternetin və sosial şəbəkələrin insanların həyətında mühim yer aldığı bir zamanda karantin şəratində yaşayan insanların iformasiya mənbəyi internet və sosial şəbəkələrdir. (www.dunya.com) Belə olan şəraitdə orada koronavirusla bağlı yayılan informasiyalar karantin şəratində yaşayan insanların əhval-ruhiyyəsinə və psixologiyasına təsir etməkdə. Bütün bunları nəzərə alaraq aşağıdakılar töfsiyə edilir:
Mövcud şərait və virusun sürətlə yayılma dinamikası və nəticələri göstərirki izolyasiya və dövlətlərin bir birinə dəstəyi olmasa koronavirus kainatımz üçün daha böyük və ciddi fəsadlara səbəb olacaq. Bu eyni zamanda dünya dövlətlərinin siyasi, sosial və iqtisadi strategiyalarının dəyişməsinə və yenidən formalaşmasına da zəmin yaradacaq. Bütün bunarı nəzərə alaraq aşağıdakı mühakiməni yerütmək olar;
Koronavirus sonrası dünyada nələr dəyişəcək
Koronavirus sonrası dünyada nələr dəyişməyəcək
Unutmayaq ki, koronavirus alacağınız tədbirlərdən daha güclü deyildir.
Əfqan Vəliyev