Dünyada tıxacdan ən çox əziyyət çəkən şəhərlər:
Hollandiya naviqasiya texnologiyası şirkəti olan "TomTom" 56 ölkənin 403 şəhərində nəqliyyat sıxlığı səviyyələri haqqında son statistika- Trafik İndeksi nəticələrini açıqladı.
Belə ki, son on ildə nəqliyyat sıxlığı qlobal miqyasda artmaqda davam edir və indeks hesabatında olan şəhərlərin təxminən 75% - i 2017 və 2018-ci illər arasında artan və ya sabit qalan bu sıxlığın səviyyəsini göstərir. Keçən il əhalisi səyahətlərinin təxminən 65%-ni tıxac şəraitində keçirən Mumbay dünyada sıxlıqdan ən çox əziyyət çəkən şəhər kimi siyahıya düşüb.
Daha sonra 63% göstərici ilə Kolumbiya paytaxtı Boqota siyahıda ikinci, 57% ilə Peru paytaxtı Lima isə üçüncü yerdədir. 58% nəqliyyat sıxlığı ilə mübarizə aparan Hindistan paytaxtı Yeni Delhi dördüncü yerdə qərarlaşmışdır. Moskva isə nəqliyyat sıxlığı baxımından digər Avropa şəhərlərini geridə qoyur və rus sürücülər getdikləri yolun təxminən 56%-ni tıxacda keçirməli olurlar.
Aşağıdakı göstərilmiş ən çox tıxac yaranan 15 şəhərdən başqa, "TomTom"-a əsasən, ABŞ-ın ən sıx şəhərlərinə 41% ilə Los-Anceles rəhbərlik edir, sonra müvafiq olaraq 36% ilə Nyu-York və 34% ilə isə San-Fransisko bir-birilərini izləyir.
Tıxacın müsbət cəhətlərindən biri güclü və qlobal iqtisadiyyatın göstəricisidir. Lakin, bu ətraf mühitə dəhşətli dərəcədə təsir edir və həmçinin əhalinin vaxtını boş yerə xərclənməsinə səbəb olur. "TomTom"-un vitse-prezidenti Ralf Peter Şeyfer bildirir ki, şirkət insanların tıxaclardan və ətraf mühit çirklənməsindən azad olması üçün “elektrikli, sürətli və avtonom nəqliyyat vasitələrinin olduğu gələcək” üçün çox çalışır. Onun fikrincə, bu gələcəyi reallaşdırmağın bir yolu var o da birlikdə səy göstərməkdir, çünki yol idarələrindən hökumətlərə, avtomobil istehsalçılarından avtomobil sürücülərinə qədər hər bir kəsin rolu böyükdür.
Ən böyük tıxac yaranan şəhərlər:
Mumbay- Hindistan 65% Banqkok- Tayland 53%
Boqota- Kolumbiya 63% Mexiko- Meksika 52%
Lima- Peru 58% Resifi- Braziliya 49%
Yeni Dehli- Hindistan 58% Buxarest- Ruminiya 48%
Moskva- Rusiya 56% Sankt-Peterburq- Rusiya 47%
İstanbul- Türkiyə 53%
Yakarta- İndoneziya 53%
Hazırladı:
Afaq Məmmədova