Siz bu yazını oxuyarkən ən azı 7 uşaq vəfat edəcək

26.11.2019

Dünyamız inkişaf edir, sosial şəbəkələr vasitəsilə dünyanın hər bir yeri artıq uzaqlıq kəsb etmir, xəbərlər də artıq anında cibimizdəki telefonun ekranında qonağımız olmaqdadır.

 

Amma görmədiyimiz, eşitmədiyimiz şeylər də olur, məsələn bizim xəbərimiz olmasa da, hər saat 228 uşaq aclıq, ishal, qızdırma kimi xəstəliklərdən həyatını itirir.

 

Dünyanın gözü önündə gələcəyimiz bircə-bircə ölür, itir.

 

 

Medalyonun görünməyən üzü...

 

Dünyamız baxmayaraq ki, sürətlə inkişaf edir, amma min illərdir həll edə bilmədiyi aclıq probleminə də məğlub olmaqdadır.

 

BMT-nin açıqlamasına görə bir ildə təxminən 2 milyon uşaq aclıqdan ölür.

 

 

Statistikaya görə isə təxminən, 1 milyard insan acdır. Ən pisi odur  ki, görülən tədbirlər təsirsiz qalır.

 

1990- cı ildə dünyadakı ac əhalinin sayı 845 milyon idisə, indi bu rəqəm bir milyard nəfərə çatır.

 

Yəni hər yeddi adamdan biri acdır.

 

Dünyada hamıya çatacaq qədər qida var, amma…

 

Yaxşı, bəs bunun səbəbi nədir? İlk səbəb kimi istehsal edilən qidanın hamıya çatmaması ola bilər.

 

Amma səbəb bu deyil. Yəni, problem torpaqda, təbiətdə deyil, insanlardadır.

 

Tomas Hobs demişkən, insan insanın qurdudur, müharibələr və ərzağın düzgün bölüşdürülməməsi dünyanın bir tərəfini ac qoyur.

 

STM.az BMT-nin 2019-cu ilə aid aclıq hesabatını təqdim edir:

 

https://admin.concern.net/sites/default/files/documents/2019-10/2019%20Global%20Hunger%20Index.pdf

 

Əziz Əlibəyli