İfo İnstitutu (İfo İnstitute for Economic Research) bildirir ki, işgüzar əhval-ruhiyyənin barometri demək olar ki, mənfi 19-a qədər aşağı enib. 2009-cu ilin böhranından bəri bu qədər zəif göstəricilər olmamışdır.
Qlobal iqtisadiyyatdakı əhval-ruhiyyə 2009-cu ilin böhranından bəri ən aşağı səviyyəyə qədər pisləşib. 2019-cu ilin dördüncü rübündə işgüzar əhval-ruhiyyənin barometri il ərzində mənfi 10,1-dən mənfi 18,8-ə düşmüşdür. 11 noyabr tarixində Münhendəki İfo İqtisadi Tədqiqatlar İnstitutu bu barədə məlumat vermidir. İfo İnstitutu 117 ölkədə 1230 mütəxəssis arasında keçirdiyi sorğunun nəticələrinə görə bu qənaətə gəlib.
Bu, 2009-cu ilin ikinci rübündə dünyanın demək olar ki, bütün bölgələrini bürüyən maliyyə böhranından bəri ən pis göstəricidir. “Beynəlxalq konyunktura soyumaqda davam edir. Mütəxəssislər dünya ticarətində iqtisadi artımın əhəmiyyətli dərəcədə zəifləyəcəyini, fərdi istehlakın aşağı düşəcəyini, investisiyaların isə azaldılacağını proqnozlaşdırırlar”. Bu barədə İfo-nun rəhbəri Klemens Fyust açıqlama verib.
Fyustun sözlərinə görə, mütəxəssislər hazırki vəziyyəti, ticarət münaqişələrini, “Breksit” kimi riskləri və perspektivləri mənfi qiymətləndirirlər. “İqtisadi mühit demək olar ki, bütün bölgələrdə pisləşib” – İfonun rəhbəri sözlərinə əlavə edib.
Eyni zamanda, iqtisadiyyatları sürətlə inkişaf edən ölkələrdə mövcüd vəziyyətə çox pessimistik baxılır. Sənayeləşmiş ölkələrdə isə qarşıdakı aylar və ya perspektiv planlar mənfi qiymətləndirilir.
Mətni hazırladı:
Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi İlyas Hüseynov