Belə olanda həqiqət ölür?

20.10.2019

Sidney Universitetinin professoru Lisa Bero sənaye şirkətləri tərəfindən tibb sahəsində olan akademik araşdırmaların maliyyələşdirilməsinin elmə vurduğu fəsadlarından yazır. Müəllif araşdırmasında qeyd edir ki, son iki onillikdə dünya sənayesi tərəfindən tibb iaraşıdırmalara ayrılan maliyyə vəsaiti artıb, dövlətlər və qeyri-kommersiya təşkilatları tərəfindən isə maraq azalıb. Tibbi araşdırmalara qoyulan maliyyənin üçdə ikisini sənaye sektoru təşkil edir.

 

Lisa Bero qeyd edir ki,maliyyəçilər akademik tədqiqatların aparılması üçün müqavilə bağlayır. Həmin müqavilənin aşağısında klinik sınaqların nəticələrinin dərc edilməsinə məhdudiyyətlərin qoyulacağı qeyd edilir.

 

Müəllifə görə, bununla tədqiqatları maliyyələşdirən sənaye maqnatları tərəfindən dissertasiyaların yayımlanmasının qarşısı alınır. Bütün bu cür hekayələrin hamısının ortaq cəhətləri var;nəşrlərə məhdudiyyətlər qoyan şirkətlər məhsulları onlara əlverişli olan bir şəkildə təqdim etməkdir. Dərc etmək hüququ akademik azadlığın əsas dayağı olsa da, şirkətlər tədqiqat müqavilələri və onun yekun müddəalarında son qərar verən tərəf olur.

 

Sənaye sponsorları dəlilləri manipulyasiya edir?

 

Akademik azadlığın əsas tərifi azad sorğu, tədqiqat, araşdırma, ifadə azadlığıdır. Məhkəmə çəkişmələri nəticəsində əldə edilən sənədlərdə tədqiqatların dizaynına və aparılmasına təsir göstərən bir sıra sənaye sponsorlarının nümunələri aşkar edilmişdir.

 

Məsələn, 1981-ci ildə nüfuzlu bir yapon araşdırmasında passiv siqaret çəkmə və ağciyər xərçəngi arasında əlaqə göstərilmişdi. Çox siqaret çəkən kişilərin arvadlarında ağciyər xərcənginin yaranma riski siqaret çəkməyənlərin arvadları ilə müqayisədə iki dəfə artıq olduğu qənaətinə gəlinmişdir.

 

Tütün şirkətləri daha sonra akademik tədqiqatçılara bu tapıntıları təkzib edəcək bir araşdırmaların ortaya qoyulması üçün maliyyələr ayırdı. Tütün şirkətləri gizlin şəkildə maliyyələşdirdikləri işlərin hər nəticəsini izləyirdilər.  Nəticədə on illiklər ərzində geniş tədqiqat üçün nəzərdə tutulan sorğuların suallarını çərçivəyə saldılar, başqa formatda tədqiqatlar tərtib edib nəşr edirdilər.

 

Bu nəşrlər tütün tüstüsünün zərərli olmadığına dair "dəlil" olaraq istifadə edilmişdir. Xüsusilə, passiv tüstüyə məruz qalmanın ağciyər xərçəngi risk yatarmasına dair heç bir sübut olmadığına dair qənaətlər ortaya atmışdılar.

 

Akademik azadlığa ən böyük təhlükə maliyyələşdiricilərin tədqiqat prosesinin ilkin mərhələsinə təsiri, tədqiqat gündəliyini yaratmaqdır. Bu, sənaye sponsorlarının tədqiqat suallarına misli görünməmiş bir nəzarətə alması deməkdir.

 

Tütünlə əlaqəli başqa bir misal.  Üç tütün şirkəti siqaret tüstüsünün zərərlərini sübut etməkdən yayındırmaq üçün araşdırma aparan “Center for Indoor Air Research” adlı təşkilat yaradıb. 1990-cı illər ərzində bu mərkəz havaya buraxılan qazlar və ya çirkli hava filtrləri kimi maddələrin tütündən daha zərərli olmasını təklif edən onlarla tədqiqat layihəsini maliyyələşdirib.

 

Şəkər sənayesi isə şəkər və ürək xəstəliyi arasında əlaqəni göstərən dəlillərdən uzaqlaşdırmağa çalışdı. Yalnız bu yaxınlarda ortaya çıxdı ki, 1960-cı illərdə şəkər sənayesi Harvard Universitetinin alimlərinə şəkər və ürək xəstəliyi arasındakı əlaqəni minimuma endirmək və səbəbləri başqa yönə çəkmək üçün müəyyən vəsait ödəyibmiş.

 

Akademik azadlığı necə qoruyaq?

 

Professor hesab edir ki, akademik azadlıqlarla sənayenin maliyyələşdirilməsi bir-biriylə heç bir sətirlə bağlanmalıdır. Tədqiqat sənaye tərəfindən dəstəkləndikdə, maliyyəçi diktə edən tərəf olmamlıdır. Bir çox universitetdə bu cür məhdudiyyətlərin qarşısını alan siyasət olsa da, bu mübarizə kompleks şəkildə deyil.

 

Elm adamları heç vaxt araşdırma nəticələrinin yayılmasının qarşısını almaq üçün həvəskarlara güc verən bir razılaşma imzalamamalı və ya icazə verməməlidirlər. Universitetlər və elmi jurnallar inkişaf etməkdə olan tədqiqatçıları qorumalı və bütün alimlərə sənayenin təsirindən yayınmağa və akademik azadlığın qorunmasına dəstək olmalıdır.

 

Tərcümə:

Vüsalə Rüstəmova


 

Məqaləylə daha geniş şəkildə bu linkdə tanış ola bilərsiniz:

https://theconversation.com/when-big-companies-fund-academic-research-the-truth-often-comes-last-119164?utm_medium=amptwitter&utm_source=twitter