Amerikalılar nə üçün elektromobil almır? (Tərcümə)

26.09.2019

 

 

Amerikalilar nə üçün elektromobil almır?

 

FOX News”un yazarı, istehlak texniki üzrə ekspert  Bruk Krozers (Brooke Crothers) “Forbes” jurnalında ABŞ əhalisinin elektromobilə qarşı münasibətindən bəhs edən yazı ilə çıxış edib. Məqalədə Amerika əhalisinin elektromobilə maraq göstərməməsinin səbəblərinə, maarifləndirmə işinin zəif olmasına, avtomobil şirkətlərinin yalan PR-ları ilə bağlı məsələlərinə toxunub. Mövzunun hazırkı dövrdə aktual olduğunu nəzərə alıb müəyyən ixtisarlarla tərcüməsini təqdim edirik.

 

Amerikalıların əksəriyyəti elektirik avtomobilləriylə maraqlanmırlar.  Bu, danılmaz bir faktdır.  Mən bunu bir sıra statistik məlumatlara istinadən demirəm, sadəcə ətrafınıza baxın.

2020- ci il yaxınlaşır, amma  hələ də divarın bu başından o biri başına qədər yanacaqla işləyən avtomobillər düzülür. Bu, yalnız ətalət deyil, yeni avtomobillərin də hamısı yanacaqla çalışır.

 

Los-Angelesdə qonşuluğumdakı Model 3, həmçinin kiçik Chevy Volt və Bolt sahiblərinin varlığı çox nadir bir istisnadır. Ancaq mənim qonşuluğumu tərk edib, ABŞ ətrafındakı digər ərazilərə gedək.

 

Model 3 bir hitdir və 500 000-dən çoxdur, lakin elə də populyar deyil. Yəni bu, orta statistik maşın alıcıları olan amerikalıları  böyük sayda elektromobil sahəsinə cəlb edəcək bir maşın deyil. Yalnız qiymətlər ona olan müraciəti məhdudlaşdırır. 

 

 

Erkən elektromobil istifadəçisi kimi deyim ki, sadə insanlar elektirkli avtomobillərə ekzotik və qəribə avtomobil kimi baxırlar.  Əlbəttə, bu, onlar üçün rahat  bir zonadan çıxmaq deməkdir. Yanacaqlı avtomobil paradiqması 100 illərdir çalışır, bu, onlar üçün indi də işləyir və kifayət qədər sərfəlidir.

 

 Bir çoxunda gedilən yolda enerjinin tükənməsi və məsafə ilə bağlı məlumatsızlıq  qorxusu qeyri-müəyyənlik yaradır. Yaxud da “Forbes”dən Alan Ohsmanın  sözü ilə desək, köhnə vərdişləri qırmaq çətindir.

 

Fordun elektrikləşdirmə rəhbəri olaraq, ailədən, dostlarımdan və həmkarlarımdan elektromibillərlə bağlı xeyli suallar alıram: “Elektrik nəqliyyatları sürətlidir?” “Onlar qışda işləyir?” “Mən yanacaqdoldurma məntəqəsinə ziyarətdən imtina edə bilərəmmi?"  “Onlar mənim işimə kömək etməyə kifayət qədər qadirdilərmi?”

 

Ford Kannis maraqlı bir statistikaya istinad edir: Amerikalıların 42 faizi elektrikli nəqliyyat vasitələrinin işləməsi üçün hələ də qaz tələb etdiyini düşünür. "Bu göstərir ki, amerikalıların nə qədər az hissəsi elektormobil haqqında  məlumatlıdır.  Onlar düşünür ki,  elektromobil, əsasən, Toyoto Prius (bu daha pisdir).

 

Mən yenə də düşünürəm ki, bu, bir məlumat  çatışmazlığıdır.

 

Şəxsi təcrübəmə əsasən deyim ki, bu, aşkar diqqətsizlikdir. Dəfələrlə dostlarımı, ailə üzvlərimi, elektormobil haqqında məlumatı olmayanları öyrətməyə çalışmışam və sadəcə gözləri parıldayıb. Onların belə vəziyyətdə üz ifadələri hər şeyi deyir: nəzakətli olacam və dinləyəcəm, lakin mən maraqlanmıram.

 

İnfrastrukturun zəif bəndi

 

Az sayda araşdırma aparan insanlar tərəfindən bəzən elektrik yükləmək üçün infrastruktur məsələsi böyüdülür. Praktik səbəblər, adətən, onların elektromobillərə qarşı marağına mane olur. Məsələn, onlar şəhərdə yaşayırlarsa, evdəki elektrik yuvası qəbul etməyə hazır olmaya bilər. Onlar bir nöqtəyə malikdirlər. Tesla olmayanlar üçün hələ də çox böyük bir problemdir. Mən (2018 Chevy Bolt) əsasən, evdə yükləmə etsəm də, yolda da şarja ehtiyacım olduğu vaxtlar çox olur.

 

Los-Angelesdə elektromobil üçün sürətli yükləmə cihazları hələ də azdır və bir-birindən çox uzaqda yerləşir. Və mövcud olan sürətli yükləmə nasoslarında növbələr yaranır. Demək ki, yükləmə cihazı üçün 10, 15 və ya bəzən 30 dəqiqə gözləməli olursan.  Bu yükləmə tələb olunan vaxtın üstündədir. Avtomobilinizi doldurmaq üçün bir saat və ya daha çox vaxtınız var? Mən belə düşünmürəm. Bu, elektromobillərə marağı olan, lakin evlərindən kənarda elektrik yükləmə tələb edənlər üçün güclü əks arqument ola bilər.

 

Dilerlər kömək etmir: Onlar yanacaq mühərikli maşınların sürülməsinə yönəliblər. ABŞ-dakı dillerlər françizdir.  100 illik biznes modeli öz texniki xidmətini satmaq istəyir. Mən şahid ola bilərəm ki, elektromobil çox az təmir tələb edir. Bir il yarım təmirsiz olaraq getmişəm və bundan sonra daha uzun müddət gedə biləcəm. Mən təmirə təkərin şinlərini yoxlatdırmaqdan başqa xüsusi nəsə üçün getmirəm. Bu isə ənənəvi dillerlər üçün əlverişsizdir. 

 

Biz tamamilə elektrikə gedirik” yalan PR-ı

 

Bir tərəfdən avtomobil istehsalçılarına elektromobillər üçün böyük planların olması il bağlı yalan danışan medianız var (məsələn, "axır ki, daxiliyanma mühərriki ölür”). Lakin digər bir reallıq var ki, siz dilerə gedəndə kobud bir sürprizlə qarşılaşırsınız.  “…Mən hələ də yanacaq maşınlarının dənizini görürəm. Oxuduğum bütün bu elektromobillər haradadır?”-…bir çox avtomobil alıcısı düşünür.

 

“Tesla” bu yükün bir hissəsini üzərinə götürüb. Lakin sənayenin qalan hissəsi buna getmir. Sadəcə “General Motors”a baxaq. 1997-ci ildə elektromobilin əsl pioneri olmasına baxmayaraq, 20 ildən sonra 2019-ci ilin avqustunda mindən artıq elektormobil sata bilməyib. Düşünürəm ki, bu olduqca acınacaqlı haldır.  

 

Bir çox “Chevy” dilerlərinə gedin və hələ də “Boltad”ların Silverados, Suburbans, Equinoxes və Corvettes bir falanqa arxasında gizləndiyini görəcəksiniz. Şirkət və onun françesləri çox elektormobil  satmaqda maraqlı deyil.

 

Bu,  Volkswagen”, “Porsche”, “Honda” tərəfindən yeni elektromobil reklamları ilə dəyişiləcəkmi? Ola bilər. Ancaq buna şübhə edirəm. Avtomobil şirkətləri elektrikli avtomovillər üçün böyük planlarını danışmaqda yaxşıdır, lakin bu günə qədər onları istehsal etmək və satmaq məsələsinə gəldikdə isə çətindir.

 

Bu PR oyunudur. "Baxın, biz filan ildən elektrik enerjisinə davam edirik!"..Amma yanacaqlı avtomobillərini itələməyə davam edirlər.

 

Elektromobilləri  əsas axına salmaq üçün tənqidi bir kütlə yaranmalıdır.  Ancaq bu çox uzun bir yol ola bilər. Sənayedən daha çox təkan gəlməyənə və müştərilər tələb etməyənə qədər elektromobil istehlakçılarının çoxu öz lokal şəhər klublarındakı qolf meydançalarında sürəcəklər.

 

Məqalənin əsli ilə daha geniş formada bu linkdə tanış ola bilərsiniz:

 

https://www.forbes.com/sites/brookecrothers/2019/09/22/why-americans-dont-buy-electric-cars-hey-the-tesla-model-3-isnt-that-popular/?utm_source=TWITTER&utm_medium=social&utm_term=Valerie%2F#1cb866a837fd