Süni intellektə münasibətə dair beynəlxalq sorğu: STM beynəlxalq vebinara qoşulub

17.07.2025

Sosial Tədqiqatlar Mərkəzi qlobal panellər auditoriyasına  qoşulmağı davamlı şəkildə vacib hesab edir. Növbəti olaraq, ESOMAR və Ümumdünya Müstəqil Marketinq Tədqiqatları Şəbəkəsi tərəfindən ortaq vebinarda 2025-ci il Süni İntellekt (Sİ /AI) İndeksi üzrə 40 ölkədə 34 mindən çox respondentin iştirakı ilə keçirilmiş beynəlxalq sorğunun nəticələri analitika və araşdırmalar sektoru üzrə beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdim edilib. Öncül sorğu dünyada insanların Sİ-ni necə qavradığını, istifadə və etibar etdiyini göstərən əlamətdar tədqiqat olmaqla, sözügedən WIN World AI Index Survey 2025 fərqli ölkələrdə insanların Süni İntellektin yüksəlişinə necə hazırlaşdığını göstərən qlobal bir təşəbbüsdür. Qabaqcıl sorğu qlobal süni intellektə hazırlığın, inam və məlumatlılığın unikal görüntüsünü təqdim edir. Keçirilən vebinar isə tədqiqatçılar, biznes liderləri, siyasətçilər, müəllimlər və insan-Sİ (AI) münasibətlərini araşdırmaqda maraqlı hər kəs üçün əhəmiyyətlidir. Bu kimi onlayn panel Sİ-nin qəbulu, rəqəmsal savadlılıq və tənzimləmə üzrə əsas tendensiyaları, ölkələrarası müqayisələri və praktiki nəticələri kəşf etməkdə faydalı və Sİ/AI dövrünə ictimai hazırlığa dair əməli bilik və qlobal perspektivlərlə tanış edən mühüm tədbirdir.

Qlobal Sorğunun nəticələrinə Microsoft Power BI tərəfindən dəstəklənən linkdə nəzər yetirmək mümkündür: https://app.powerbi.com/view?r=eyJrIjoiNmEyZjAzNjQtNWVmZi00MWJiLTk5NDYtMGViNDI2NGE4Y2E5IiwidCI6IjRjYjMwMGNkLWZkOWMtNGIyZC04NWY1LWU5OTA2OTk5OGM4OCIsImMiOjEwfQ%3D%3D