STM İdarə Heyətinin üzvü Prof. Dr. Tahirə Allahyarova “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktiki konfransda iştirak edib

23.05.2025

Mayın 22-də Bakıda Xəzər Universiteti, İzmir Katip Çelebi Universiteti, Gəncliyə Yardım Fondu və “İstanbul Aile Vakfı”nın birgə təşkilatçılığı ilə “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

Tədbir çərçivəsində ailə mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda ailə institutunun cəmiyyətdə rolu, müasir çağırışlar fonunda milli-mənəvi dəyərlərin qorunması və bu sahədə elmi yanaşmalar ətrafında müzakirələr aparılır, müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin məruzələri dinlənilir.

Konfransda dövlət rəsmiləri,    universitetin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri ilə yanaşı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.  Tədbirdə ailə dəyərləri ilə bağlı 3 panel üzrə  müzakirələr aparılıb.

 

 

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın 2025-ci ili “Ailə ili” elan etməsinin əhəmiyyətindən danışıb.
B.Akgün qeyd edib ki, müasir dövrdə ailə dəyərlərinin qorunması, cəmiyyətin davamlı inkişafı üçün olduqca vacibdir.   Habelə, iyunun 10-11-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ailə nazirlərinin iştirakı ilə Bakıda növbəti görüş keçiriləcəyini də  ailə institutuna verilən dəyərin nümunəsi kimi qeyd edib.

Beynəlxlaq konfransda - Xəzər Universitetinin rektoru Prof. Məhəmməd Nuriyev, Millət vəkili – Jeyhun Məməmədov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə məsələləri şöbəsinin təmsilçisi,İzmir Katib Çələbi Universitetinin rektoru- Prof. Dr. Saffet Köse , Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim , Azərbaycan İlahiyyat İnstitutunun müəllimi- Doç. Dr. Asəf Qənbərov, Ankara Sosial Elmlər Universitetinin Hüquq fakültəsinin müəllimi  Prof. Dr. Emir Kaya, Xəzər Universitetinin müəllimi  - Doç. Dr. Telman Nüsrətoğlu , Bizim Ailə jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova  çıxış edib.  Müasir Dünyada Ailəmiz: Problemlər - həll yolları, Müasir Azərbaycan ailəsi: sosyoloji təhlil  və s mövzularda məruzələr dinlənilib. 

 

 

STM İdarə Heyətinin üzvü Prof. Dr. Tahirə Allahyarova  “Rəqəmsal cəmiyyətdə ailə institutu və dəyərlərin transformasiyası:sosial-demoqrafik trendlər, çağırışlar”mövzusunda məruzə ilə çıxış edib.

 

https://video.azertag.az/site/video/256371