"Sağlamlıq imkanları məhdud qadınların peşə təhsilinə dəstək" layihəsi həyata keçirildi

30.07.2024

Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən "Sağlamlıq imkanları məhdud qadınların peşə təhsilinə dəstək" layihəsi həyata keçirildi. Layihə Sosial Tədqiqatlar Mərkəzinin də cəmiyyətinin həssas sosial təbəqəsinin inkişafına xidmət edən layihənin proqramı çərçivəsinə müəyyən təşkilati dəstəyi ilə (16.07.24 - 20.07.24 tarixi ərzində), ümumilikdə 12 saatdan ibarət olaraq tamamlandı. İki hissədən ibarət olmaqla, layihə müddətdə xanımlar dekorativ tətbiqi sənət (ev dekorları, yaradıcı materialların və s. hazırlanması) və dizayn nümunələri (sertifikat, məlumat kitabçaları, CV və s.) hazırlanması işlərini öyrəndi. Artıq layihə iştirakçıları öyrəndikləri biliklər sayəsində öz bacarıqlarını istədikləri zaman biznes məhsuluna çevirərək fəal iqtisadi geridönüş qazanmaqla davamlı inkişaf imkanına nail ola biləcəklər. Hazırladıqları əl işlərini nümayiş etdirən onlayn səhifələr yaradılması üçün də blogerlər tərəfindən bu istiqamətdə onlara əlavə dəstək göstərilməsi nəzərdə tutulub. 
Yekun olaraq, 27 iyul tarixində baş tutmuş layihənin bağlanış mərasimində iştirakçılarla bərabər vətəndaş cəmiyyəti təşkilatlarının sədrləri və fəal ictimai şəxslər iştirak etdi. İştirakçıların əl işlərindən ibarət kiçik sərgi təşkil edilməklə, iştirakçılara təlimləri uğurla bitirmələri ilə bağlı sertifikatlar təqdim olundu.

Sonda, layihənin xüsusi töhfə ilə həyatlarına müvafiq dəstək yaratdığı həssas qrup üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayan qonaqlar, onlara davamlı dəstəklə bağlı müvafiq təklif və tövsiyələrini səsləndirdilər. Layihənin onlara lazımı bacarıqlar qazandırdıqlarını bildirən iştirakçılar isə həssas qrup üzvlərinə göstərilən qayğıdan məmnunluqlarını ifadə etdilər və layihənin davamlı olacağına ümidvar olduqlarını bildirdilər.