Sosial Tədqiqatlar Mərkəzində Milli Qurtuluş Gününə həsr edilən dinləmələr keçirilib.
Dinləmədə gənclər və bir qrup ictimaiyyət nümayəndələri iştirak edib. Onların mövzu ətrafında sualları cavablandırılıb.
STM-in departament müdiri Əziz Əlibəyli, STM-in sektor müdirləri Tural İsmayılov, Aytən Babayeva, Əfqan Vəliyev və Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda həyata keçirilən islahatlardan bəhs ediblər.
Tədbirdə bildirilib ki, Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Görüşün sonunda tədqiqatlarla bağlı tələbələrin təklifləri dinlənilib.