Yuxarıya
skip to main content

STM və SETA: əməkdaşlığın yeni mərhələsində

15.08.2022

Sosial Tədqiqatlar Mərkəzi  dünya səviyyəli beyin mərkəzləri ilə əlaqələrini genişləndirməkdədir.

Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın rəhbəri Bürhanəddin Duranla görüş keçirib.

Görüşdə bildirilib ki, hələ pandemiya dövründə iki qurum arasında geniş əlaqələr yaradılıb, birlikdə müəyyən proseslər həyata keçirilib, eyni zamanda həmin dövrdə onlayn razılaşmalarla həyata keçirilən əməkdaşlıq  artıq yenilənmiş və daha da geniş, eyni zamanda rəsmi formada sədrlər səviyyəsində təsdiq edilib.

SETA kimi qlobal beyin mərkəzi ilə qurulan münasibətlər göstərir ki, Azərbaycanda da dövlət idarəçiliyində STM –in timsalında beyin mərkəzlərinin işinin getdikcə daha geniş şəkildə təşəkkül tapması mütləq Türkiyə kimi doğma mühitin təcrübələrindən daha geniş şəkildə istifadəni də aktuallaşdırır.

Elmi, intellektual, müasir data-analiz sahəsində biliklərin mübadiləsi, birgə layihələr, kadr hazırlığı, “study” kurslar, o cümlədən birgə siyasi gündəmin analiz edilməsi, bir-birinin siyasi gündəmi ilə yaxından tanışlıq, müxtəlif beynəlxalq tədbirlərdə bir-birlərinin nəzərə alınması və s. məsələlər imzalanan əməkdaşlıq sənədində öz əksini tapıb.

Mehriban dostluq şəraitində keçən görüşdə ikinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazda formalaşan yeni düzən və Qardaş Türkiyənin, onun liderinin bu prosesdə aktiv iştirakı, həyata keçirilən kommunikasiya, açılım, bir sözlə, yeni sülh quruculuğu siyasətində beyin mərkəzlərinin roluna xüsusi vurğu edilib.

Qarşıdakı dövrdə heyətlərin görüşləri, qarşılıqlı səfərlər, onlayn platformalarda məsləhətləşmələrə qərar verilib.

Qeyd edək ki, SETA qurumu daxili siyasət, xarici siyasət, iqtisadiyyat, cəmiyyət və media, hüquq və insan hüquqları, təhlükəsizlik, strateji, təhsil və sosial siyasət, Avropa üzrə tədqiqatlar və enerji sahələrində geniş tədqiqat işləri aparır, onları müasir elmi texnologiyalar vasitəsilə təqdim edir. Qurum təkcə mövcud məsələlər dair araşdırmalar aparmır, eyni zamanda problemlərin həllinə dair təkliflər təqdim edir.

SETA-nın Ankara və  İstanbuldan başqa, Vaşinqton, Berlin və Brüsseldə ofisləri fəaliyyət göstərir.