Yuxarıya
skip to main content

Bütün yollar yeraltından keçsə idi dünya necə olardı?

24.06.2022

1863-cü ildə yol tıxaclarını azaltmaq məqsədi ilə İngiltərə dünyanın ilk yeraltı xəttini - Metropolitan Dəmiryolunu istifadəyə verdi. Metronun yaranmasından iyirmi il əvvəl, Temza çayının altındakı dünyanın ilk çayaltı tunelinin inşası da özündə xüsusi hal idi. Bu tunel həm piyadalar arasında populyarlaşdı, həm də böyük bir turist axınına səbəb oldu.

Əvvəllər, London metrosu səthdən bir qədər aşağıda qazılmış və sonra örtülmüş yollardan ibarət idi. Lakin texnologiya təkmilləşdikcə və qatarlar buxardan elektrikə keçdikcə xətlər daha da dərinləşdirildi. İndi Londonun altı insanları geniş boru xətləri şəbəkəsi ilə uğuldayır.

Dublin Universitet Kollecinin coğrafiyaşünası və Subterranean London kitabının müəllifi Bredli Qaret deyir ki, infrastrukturu yeraltı etmək üçün böyük tələb var.

Qatarlar, elektrik xətləri, borular, kabellər və kanalizasiya ilə yanaşı, bəzilərinin çoxdan basdırmaq istədiyi başqa bir infrastruktur parçası hələ olduğu kimi qalıb, bu isə gündəlik istifadə olunan yollardır.

Bəziləri üçün bu qalın asfalt lentlər ölkələri kəsişdirən, yaşıllıq sahəsini asfaltlayan və ekosistemləri bir-birindən ayırmaq üçün artıq məqsədəuyğun görünmür. Yollar nəqliyyatı sürətləndirmək ümidi ilə daha uzun və daha geniş istiqamətlərə yayıldıqca, tıxaclar daha da artır və avtomobillər havanı çirkləndirməyə davam edir.

Qlobal miqyasda 64 milyon km-dən çox yol var və böyük artımlar indi də proqnozlaşdırılır, xüsusən də inkişaf etməkdə olan ölkələrdə əhali və gəlirlər artdıqca, daha çox insan avtomobil ala bilir.

Kəskin tıxaclı nəqliyyat təkcə böyük vaxt itkisi deyil – orta amerikalı sürücü tıxacda oturaraq hər il təxminən 54 saat vaxt sərf edərək həm də yanacaq sərfiyyatını, karbon emissiyalarını, hava və səs çirklənməsini artıraraq ətraf mühitə ziyan vurur.

Tesla-nın qurucusu Elon Musk 2018-ci ildə özünün tunel şirkəti Boring Company üçün keçirilən tədbirdə bildirib ki: "Məncə, nəqliyyat problemini həll edə biləcək tək şey yolu yerin altından salmaqdır.”

Hesablamalara əsasən 2050-ci ildə dünya əhalisinin 70%-i şəhərlərdə məskunlaşacaq. Bu isə o deməkdir ki, yollar yerin altından salınarsa bu zaman şəhərlərdə piyadalar üçün çoxlu boş ərazilər yaranacaq.

Aurecon mühəndislik şirkətinin tunel layihələri üzrə direktoru Tom İrlanddan bildirib ki, "Şəhərin mərkəzini canlandırmaq istəyirsinizsə, yolları piyadalar üçün istifadə edin. Bu zaman ağaclar, parklar, abadlıq işləri, səki kafeləri və bir çox digər ictimai iaşə obyektləri üçün yerlər yaranmış olacaq.”

Avtomobillərin işlənmiş tullantılarından yaranan hissəciklərin ətrafı çirklətməsi qlobal miqyasda hər il təxminən 385.000 vaxtından əvvəl ölümə səbəb olur. Yolların yeraltı yerləşdirilməsi havanın keyfiyyətinə böyük təsir göstərərək, avtomobillərin səthdəki çirklənməsini demək olar ki, aradan qaldıracaq, lakin bu çirklənmə sadəcə olaraq başqa yerə köçürüləcək. Mühəndislərin fikrincə bu ssnearidə yeraltı məkanlarda ventilyasiya haqqında çox düşünülməlidir ki, vəziyyət apokaliptik bir ssenari ilə nəticələnməsin".

Bununla belə, müxtəlif araşdırmalar göstərir ki, 2050-ci ilə qədər bütün yeni avtomobil satışlarının 80%-nin elektrikli avtomobillər olacağı proqnozlaşdırılsa da, benzinlə işləyən avtomobillərin uzun ömür sürməsi onların hələ o vaxt da yolda olan avtomobillərin əksəriyyətini təşkil edəcəkləri deməkdir.