Təyyarədən istifadəni dayandırsaq həyat necə olardı?

13.06.2022

Aviasiya uzun müddətdir ki, qlobal isinməyə və iqlim dəyişikliyinə təkan verən əsas mövhumlardan biridir.

Hazırda da bu istixana təsiri yaradan sistemlə bağlı suallar artmaqdadır. Bu, korbonsuzlaşdırmanın ən çətin olduğu sektordur. Aviasiya sektorunda dəyişikliklərə getməyin çətin olması isə əsasən çox bahalı və böyük iqtisadi imkanlara sahib sahə olmasıdır.

Uçuş biznesi, həmçinin emissiya baxımından ən sürətlə böyüyən sektorlardan birinə çevrilib. Aparılan tədqiqatlara əsasən təyyarələrdə karbon dioksid emissiyaları 2013-2019-cu illər arasında 30% artıb.

Pandemiya təbii ki, bu tendensiyanın qarşısını aldı. Bütün dünyada uçuşlar dayandırıldığından, aviasiyanın CO2 emissiyaları 2020-ci ildə 60%-ə qədər azaldı. Lakin bəzi ekspertlər hələ də Covid-19-un aviasiyanın qlobal iqlim dəyişikliyinə ümumi töhfəsini bir neçə il gecikdirəcəyini gözləyirlər.

Ekoloji qeyri-kommersiya təşkilatı olan Nəqliyyat və Ətraf Mühitin son hesabatına görə, tələbin idarə edilməsi bu onillikdə bu emissiyaları azaltmağın ən təsirli yoludur. Bu fikrə əsasən dayanıqlı aviasiya yanacaqları, daha səmərəli təyyarələr və elektrik təyyarələri kimi texnologiyalar 2030-cu illərdə daha böyük rol oynayacaq.

Son illərdə ictimai fəallar insanları aviasiyadan hava tullantılarının qarşısını almaq üçün daha az uçmağı və ya ümumiyyətlə uçmamağa çağırıblar. Maraqlıdır ki, Böyük Britaniya vətəndaşların iqtisadiyyatı karbonsuzlaşdırmağın ədalətli və sosial cəhətdən məqbul yollarını tapmağı tapşırdıqda, mahiyyətcə daha sıx aralıqlarla uçuşlar gerçəkləşdirən insanlardan bu uçuşları azaltmağını istəyir. Bu istəklər toplusu özündə bir sıra sualları doğursa da hazırda əsas siyasi manevr imkanı kimi bu istiqamət görünür.

Bəs bütün dünyada insanlar birdən-birə uçmağı tamamilə dayandırsalar nə baş verərdi? Uçuşların olmadığı bir dünya bəzi ciddi logistik problemlər yarada bilər. Çox güman ki, aviasiyanı heç vaxt tamamilə dayandırmaq istəməyəcəyik. Lakin bu hipotetik sual aviasiyanın iqlimə ağır təsirini azaltmaq cəhdlərini meydana gətirir.

Yer üzündəki bütün uçuşların dayandırılması, təyyarələrdə yanacağın yandırılması nəticəsində yaranan illik CO2 emissiyalarının 2,5%-ni dərhal donduracaq. Bu addım CO2 emissiyalarını ildə təxminən bir milyard ton azaldacaq.

 

Bəs təyyarəsiz bu yeni dünya insanlara necə təsir göstərəcək? Demək olar ki, bir çox insanın gündəlik həyatı birbaşa təsirlənməyəcək.. Hesabata əsasən Böyük Britaniyada insanların yarısından çoxu, hətta pandemiyadan əvvəl də, müəyyən bir ildə ümumiyyətlə uçmayıb. Dünyanın hər yerində uçuşların əksəriyyəti tez-tez uçuşlar həyata keçirən kiçik bir təbəqə tərəfindən həyata keçirilir.

İsveçdəki Linnaus Universitetinin aviasiya tədqiqatçısı Stefan Göslinq bildirib ki, bu hal heç də insanlara dəhşətli təsir etməyəcək.

"Covid-19 pandemiyasına görə həyatımızın bir dönəmi sıfıra yaxın uçuşlarla keçdi və düşünürəm ki, bu nəticə onu göstərir ki, uçuşsuz bir dünya mümkündür" – deyə Göslinq bildirib.

Nəticə etibarı ilə hava limanları səssizliyə qərq olacaq, bu hal əvvəllər səs-küydən təsirlənən yerli sakinlərə rahatlıq gətirəcək. Bir neçə gün ərzində hava limanlarının yaxınlığında aşkar edilən yüksək hava çirkliliyi səviyyələri də aşağı düşəcək, yerli sakinlər üçün astma və ürək xəstəliyi kimi sağlamlıq risklərində kəskin azalma olacaq.

İki ölkədə evi olan insanlar tələsik yaşamaq istədikləri yeri seçmək məcburiyyətində qalacaqlar, həftə sonu səfərləri və tətillər üçün tez-tez uçan insanlar da həyat tərzində böyük dəyişikliklə üzləşəcəklər. Uçuşların olmadığı dünyada daşınma əsasən qatar, avtobus, avtomobil və bərə ilə əlçatan yerlərdə keçirilməli, insanları öz ölkələrində və ya yaxınlıqdakı ölkələrdə yaşamağa məcbur olmalıdır.

Turizm sahəsi isə bu haldan ciddi əziyyət çəkəcək. Belə ki, tuzim kəsiri olan ölkələrdə onların vətəndaşları öz ölkələrində turistlərin xərclədiyi puldan daha çoxunu xaricdə xərcləyir. Dünyanın ən böyük turizm kəsiri olan Çin və 2019-cu ildə 34 milyard funt sterlinq (42 milyard dollar) turizm kəsiri olan Böyük Britaniya isə belə olan halda iqtisadi cəhətdən qaliblər arasında yer alacaq.

Ancaq digər ölkələr ağır bu səbəbdən zərbə alacaqlar - xüsusən də turizmdən çox asılı olan və əsasən yalnız təyyarə ilə gedilə bilən adalar. 2020-ci ildə səyahət edənlərin sayının böyük ölçüdə azalması 100 milyondan çox turizm işini təhlükə altında qoyub.

“Possible” iqlim xeyriyyə təşkilatının innovasiyalar üzrə direktoru Leo Mörey deyir ki: "Hava nəqliyyatının dayandırılması ilə bağlı problemlər nə qədər çox olsa da, mən bunun yenə də edilməli olan əsas iş kimi görürəm". O əlavə edir ki, digər ölkələr, bu halda əziyyət çəkəcək ölkələri dəstəkləmək üçün yollar tapmalıdırlar.

Bütün təyyarələrin yerə enməsi hava limanlarının operatorları, gömrük və immiqrasiya işçiləri, stüardessalar, pilotlar və mühəndislər kimi birbaşa aviasiya sənayesində çalışan 11 milyon insana təsir edəcək. Yanacaq tədarükçüləri kimi dolayı yolla aviasiya tərəfindən dəstəklənən müəssisələrdə çalışan daha 18 milyon insan da işsizliklə üzləşəcək.

Kağız, çap edilmiş kitablar və nəqliyyat vasitələrinin hissələri kimi yüklərin bəziləri gəmi ilə daşına bilər, bu da onların karbon izlərini əvvəlki səviyyənin onda bir və ya iyirmidə birinə endirir, baxmayaraq ki, təchizat zəncirləri və vaxt qrafikləri böyük ciddi dəyişikliyə ehtiyac duyacaq.

Ərzaq hava daşımaları da ciddi düzəlişlər tələb edəcək. Məsələn, hər il London Hitrou hava limanından uçan 47.000 ton təzə və ya soyudulmuş balıq gəmi ilə gedərsə, dondurulmuş şəkildə çatdırılmalıdır. Üzüm, manqo və avokado kimi tez xarab olan təzə meyvə və tərəvəzlər qışda supermarketlərdən yoxa çıxacaq və bunun əvəzinə dondurulmuş meyvələrin istehlakı artacaq. Xaricdə yetişdirilən çiçəklərin mövcudluğu kəskin şəkildə azalacaq.

Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şuranın (ICCT) son təhlili göstərdi ki, bu gün də ABŞ uçuşlarının təxminən 26%-i avtomobil, avtobus və ya yüksək sürətli dəmir yolu ilə əvəz edilə bilər. Tədqiqatçı Sola Jeng deyir ki, nəzəri olaraq uçuşların daha 28%-i yüksəksürətli dəmir yolu ilə əvəz oluna bilər. Ultra sürətli qatarlara da diqqət artırılacaq. Dünyanın indiki ən sürətli qatarı olan Şanxay Maqlevin maksimal sürəti saatda 460 km-dir. Həmçinin, Yaponiyada daha da sürətli maqnit levitasiya xətti tikilir ki, onun da maksimal sürəti 505 km olacaq.

Paşa Bayramov