Yuxarıya
skip to main content

İrəvanda keçirilən nümayişlər nəticəsində deputatlar mandatını itirə bilərlər?/ TƏHLİL

08.06.2022

Ermənistanda hakimiyyət əleyhinə keçirilən nümayişlərin ardı-arası kəsilmir. Bununla yanaşı, artıq uzun müddətdir ki, Ermənistan parlamentinin bəzi deputatları işə getmirlər. Onlardan 10-u mandatdan məhrum edilə bilər. Çünki icazə verilən limiti artıq keçiblər.

Qeyd edək ki, deputatlar Konstitusiya Məhkəməsinin qərarı ilə Ermənistan Respublikasının Konstitusiyasına uyğun olaraq mandatlarını itirə bilərlər.

Ermənistan Respublikası Konstitusiyasının 98.2-ci maddəsinə əsasən, ilin hər təqvim yarısı ərzində ən azı səsvermənin yarısında üzürsüz olmadıqda deputat səlahiyyətlərinə xitam verilir.

Ermənistanda parlamentin sessiyaları ildə iki dəfə — yanvarın üçüncü bazar ertəsindən iyunun üçüncü cümə axşamınadək və sentyabrın ikinci bazar ertəsindən dekabrın üçüncü cümə axşamınadək çağırılır.

Ermənistan Respublikası parlamentinin reqlamentinə əsasən, deputat təqvim yarım ili ərzində səsvermənin ən azı yarısında iştirak etməmişdirsə, o zaman iştirak etməmə səbəbləri Şurada nəzərdən keçirilir, bundan sonra deputatın səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edildikdə, parlamentin spikeri Konstitusiya Məhkəməsinə müraciət edir.

Şura belə bir qərar qəbul etmədikdə, deputatların ümumi sayının azı beşdə biri Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Deputatın səsvermədə iştirakının uçotunu işçi reqlamentlə müəyyən edilmiş qaydada Ermənistan parlamentinin Aparatı həyata keçirir.

Xüsusilə qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bu məsələnin müzakirəsi üçün Şuraya müraciət edəcəyini dəfələrlə bəyan edib. Hakimiyyət qərarlı görünsə də, bu addımı atmağa da tələsmirlər. Sivil dövlətlərdə qanunverici hakimiyyətdə baş verən pozuntular qanun çərçivəsində dərhal öz reaksiyasını tapır. Küçə müxalifəti küçədə, harada olmaq istədikləri və harada olduqları yerdə olmalıdır. Maralıdır ki, vergi ödəyicilərin hesabına formalaşan büdcədən hələ də maaş alan küçə müxalifətinin deputatlarına qarşı Ermənistanda ciddi müqavimət nəzərə çarpmır.                        

Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş Direktoru Artur Vanetsyan Ermənistan parlamentinin iclaslarında 119 gün iştirak etməyib. Digər deputatların Ermənistan parlamentinin iclaslarında iştirak etməməsinin durumu aşağıdakı kimidir:

Armen Çarçyan-157;

Qeqam Manukyan-163;

Andranik Tevanyan-109;

Aspram Krpeyan-107;

Armen Rustamyan-106;

İşxan Saqatelyan-105;

Lilit Qalstyan-103;

Artur Kazinyan-103;

Vahe Akopyan-102


Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi,

siyasi analitik İlyas Hüseynov