Britaniyalılar Ali Məhkəməyə nə dərəcədə etibar edir? - SORĞU

07.06.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi Böyük Britaniyada Ali Məhkəməyə inamı ölçmək üçün sorğu keçirib.

Sorğuda 18-75 yaş arasında olan 1084 nəfər iştirak edib.

Sorğuda iştirak edənlərin 59%-i düşünür ki, Ali Məhkəmə öz işini  çox ədalətli şəkildə görür. Respondentlərin dörddə biri (26%-i) isə  bundan əmin olmadıqlarını ifadə ediblər.

Əksəriyyətin etimadına baxmayaraq, az adam Ali Məhkəmənin işi, hökümətin sahib olduğu səlahiyyətlər, Böyük Britaniya konstitusiyasının, qanunlarının necə hazırlanması barədə məlumatlıdır.

Britaniyalıların təxminən üçdə ikisi (65%-i) Ali Məhkəmənin işi barədə çox bilmədiklərini, eşitmədiklərini dilə gətiriblər. Respondentlərin 60%-i Böyük Britaniya konstitusiyası, 50%- i hökümətin, parlamentin, məhkəmələrin səlahiyyətləri barədə , 49%-i isə qanunlarının necə hazırlandığı haqqında məlumatlı olmadıqlarını qeyd ediblər.

Respondentlərin 42 %-i Ali Məhkəmənin səlahiyyətlərinin lazımi qədər olduğunu, 15%-i çox güclü olduğunu bildirib. Sorğuda iştirak edənlərin 29%-i isə bu məhkəmənin səlahiyyətlərinin qədərində, çox və ya az olduğunu bilmir.

Hər beş nəfərdən biri (20%-i) Ali Məhkəmənin siyasətə həddən artıq qarışdığını, 12 %-i isə kifayət qədər qarışmadığını söyləyir. Respondentlərin 35% isə Ali Məhkəmənin siyasətə lazımi miqdarda qarışdığını deyir.

Britaniyalılar Ali Məhkəmənin yeni üzvlərinin daha çox hökümət tərəfindən yüksək səviyyəli hakimlər və hüquq xadimlərinin tövsiyələri əsasında seçilməyinin tərəfdarıdırlar (29%). Yeni üzvlərin ölkədəki bütün hüquqşünasların və hakimlərin səsverməsi ilə seçilməsinin tərəfdarları isə 18%-dir. Respondentlərin 15%-i onların ictimaiyyət üzvləri tərəfindən seçilməsini istəyir, 27%-i isə bu bərədə bilmədiklərini söyləyib.

https://www.ipsos.com/en-uk/6-10-have-confidence-uk-supreme-court-do-its-job-despite-most-not-knowing-much-about-its-work