Yuxarıya
skip to main content

Qlobal inflyasiyanın yüksəliş sxemi

03.06.2022

Beynəlxalq Valyuta Fondu 2022-ci ildə dünya üzrə inflyasiya təsirlərinin əhəmiyyətli səviyyələrə yüksələcəyini proqnozlaşdırıb. Bu il ərzində qiymət artımlarının orta hesabla 8,7 faizə çatacağı gözlənilən inkişaf etməkdə olan iqtisadiyyatlarda inflyasiyanın daha da pisləşəcəyi deyilib. İnkişaf etmiş ölkələrdə bu rəqəm ‘’IMF’’ tərəfindən 5,7 faiz səviyyəsində müəyyən edilib.

Fevral ayında Ukraynanın Rusiya tərəfindən hərbi əməliyyatlara məruz qalmasından sonra ‘’IMF’’ inflyasiya proqnozlarını daha da artırıb. Belə ki, rəqəmlər inkişaf etmiş ölkələr üçün 1,8 faiz, inkişaf etməkdə olan ölkələr üçün 2,8 faizə qədər yenidən artırılaraq nəzərdən keçirilib. Bu isə özlüyündə onu göstərir ki, Ukraynadakı müharibə qlobal enerji və ərzaq tədarükünü pozmazdan əvvəl belə, inflyasiya proqnozları artıq kifayət qədər yüksək idi. Burada əsas təsir meyarı Covid-19 pandemiyasının meydana gəlməsi ilə yaranan tədarük problemləri idi. Bir çox inkişaf etməkdə olan dövlətlər iqtisadi artımla üzləşdiyinə görə, bu qrup ölkələrdə inflyasiya ümumiyyətlə orta hesabla daha yüksəkdir. Lakin bu, o demək deyil ki, inflyasiya sənayeləşməmiş ölkələrə ağır zərbə vura bilməz.

2022-ci ildə müharibə, təlatüm və ya böyük iqtisadi problemlərlə üzləşən ölkələrdə inflyasiyanın qlobal orta hesabla 7,4 faizdən xeyli yuxarı olacağı gözlənilir. Onların arasında Venesuela, Sudan, Zimbabve, Türkiyə, Yəmən və Argentina da var. Təxminən 80 ölkədə (inkişaf etmiş və inkişaf etməkdə olan) inflyasiyanın 5 faizdən yuxarı, lakin 10 faizdən aşağı olacağı proqnozlaşdırılır. Bu, inflyasiyanın 5 faiz səviyyəsindən aşağı qalması gözlənilən ölkələrin sayı isə 60-dan çoxdur.

Son vaxtlar Böyük Britaniyada inflyasiya getdikcə əsas narahatlığa çevrilib. Bu barədə aparılan sorğularda respondentlərin 52 faizi bu məsələnin hazırda ölkələrinin aparıcı problemlərindən biri olduğunu bildirib. Qeyd edək ki, 2020/2021-ci illərdə inflyasiyanın əsas narahatlıq doğuran məsələ olduğunu qeyd edən britaniyalıların faiz nisbəti 35% olub.

Bu tendensiya ölkədə artan yaşayış xərclərini əks etdirir, son rəqəmlər qiymətlərin 9% artdığını göstərir ki, bu da son 40 ilin ən yüksək göstəricisidir. Bununla belə, britaniyalılar qorxularında tək deyillər, çünki digər Avropa ölkələrinin vətəndaşları da eyni şəkildə hazırki vəziyyətdən olduqca narahatdır.


Paşa Bayramov