Yuxarıya
skip to main content

ABŞ-da iqtisadi bədbinlik artır / SORĞU

01.06.2022

"Gallup"-un İqtisadi İnam İndeksinin son sorğusunda iqtisadiyyata güvənin daha da sarsıldığı məlum olub. Belə ki, rəqəmlər bu ilin may ayında 39 faizdən 45 faizə qədər yüksəlib.

Bu rəqəm pandemiyanın başlanğıcından bu günə qədərki ən bədbin rəqəmdir. Həmçinin bu göstəricilər 2009-cu ilin əvvəlindəki iqtisadi böhranda olan güvən indeksindən belə aşağıdır.

 

’Gallup’’-un bu sorğusu amerikalıların cari iqtisadi vəziyyət və onların iqtisadiyyata baxışlarının ümumi ölçüsüdür.

Ən son nəticələr qaz qiymətlərinin rekord həddə çatdığı, inflyasiya səviyyəsinin yüksəldiyi, hökumətin birinci rübdə iqtisadi artımın aşağı düşməsi və birja bazarının çökməsi ilə bağlı hesabatları dərc etdiyi son ayların göstəricisidir. İşsizlik həddinin yüksək olmaması nadir xoş təəssürat bəsləyən haldır, lakin işəgötürənlər hələ də tələb olunan işləri doldurmaq üçün işçi tapmaqda çətinlik çəkirlər və bu, davam edən tədarük zəncirində problemlərə səbəb olur.

Son zamanlara aid olan bu "Gallup" sorğuları onu göstərir ki, amerikalılar arasında hazırda öz iqtisadiyyatlarına inam bütün dövrlərin ən pis həddindədir. Lakin nəzərə almaq lazımdır ki, ‘’Gallup’’ 1992-ci ildən bəri apardığı çoxgünlük telefon sorğularında amerikalıların iqtisadiyyatla bağlı təsəvvürlərini ölçüb, lakin bunu 2009-2017-ci illər arasında nadir hallarda həyata keçirib. Ola bilsin ki, həmin illərdə etimad indikindən də aşağı olub.

2009-cu ilin fevral ayında aparılan sorğu nəticələri isə indikindən daha da pis idi. Belə ki, həmin vaxt ABŞ-da sorğu iştirakçılarının 64%-i bədbin proqnozlar verərək iqtisadiyyata inamlarının olmadığını bildirmişdi.

Hazırda ABŞ-da vətəndaşların 14%-i iqtisadi vəziyyəti ya “əla” və ya “yaxşı”, 46%-i “pis”, 39%-i isə onları “qənaətbəxş” olaraq qiymətləndirir. Aprel ayında amerikalıların 20%-i iqtisadiyyatı müsbət qiymətləndirib, 42%-i isə vəziyyətin pis olduğunu bildirib.

Həmçinin qeyd edək ki, amerikalıların 20%-i iqtisadiyyatın yaxşılaşdığını desə də, 77%-i isə aprel və mart aylarında olduğu kimi daha da pisləşdiyini bildirib.