Yuxarıya
skip to main content

Onların səyahətinə nə mane olur? / SORĞU

31.05.2022

Bu il Britaniya ictimaiyyəti üçün xarici səyahətlər qarşısında əsas maneə yaşayış xərclərinin artmasıdır.

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin  keçirdiyi sorğunun nəticələri bunu deməyə imkan verir.  Növbəti 12 ay üçün planlar barədə soruşduqda, britaniyalıların demək olar ki, üçdə ikisi (63%) Avropadan kənara, 47%-i isə Avropa daxilində səyahət  ehtimalının az olduğunu bildirib.

Avropanın daxilinə və ya xaricinə səyahət etmək ehtimalının az olduğunu söyləyənlər  arasında altı əsas səbəb var. Onların 49%-i səbəb kimi maliyyə narahatlıqlarını, yaşayış xərclərinin çox baha olduğunu göstərir, 25%-i etibarlı pasportunun olmadığını söyləyir, 23%-i hələ də COVID-19-la bağlı narahatlıqlarının olduğunu qeyd edir, 20%-i Böyük Britaniyada tətil etməyi üstün tutur, 18%-i səyahət etməyin çox çətinlik və ya narahatlıq olduğunu söyləyir, 15%-i isə səyahət üçün maneə kimi limanlarda, hava limanlarında gecikmələrlə bağlı narahatlıqlarını vurğulayır.

Sorğunun nəticələrinə görə, təxminən 10 britaniyalıdan 7-si (71%) önümüzdəki 12 ay ərzində yaşadıqları yerdə qalacaqlarını və ya yaxın yerlərə günlük səfərlər edəcəklərini bildirirlər. Rəyi soruşulanların 69%-i isə Böyük Britaniya daxilində evlərindən uzaq yerlərə səyahət edəcəklərini söyləyiblər.