STM İdarə Heyətinin üzvü, Departament müdiri, professor Tahirə Allahyarova ADA Universitetində məruzə ilə çıxış edəcək
2-3-4 iyun 2022-ci il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakıda, ADA Universitetində “INCSOS VII Qarabağ -Beynəlxalq Sosial Elmlər Konqresi (İnternational Congres on Social Science-İNCSOS)” keçiriləcək.
Sayca VII olan Konqres ADA Universiteti və Skopye/Makedoniya Beynəlxalq Balkan Universiteti ilə əməkdaşlıq çərçivəsində, Türkiyə Böyük Millət Məclisinin sədri Prof. Dr. Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Prof. Dr. Sahibə Qafarovanın himayəsi altında keçiriləcək və Qarabağın işğaldan azad edilməsi diqqət mərkəzində olacaq.
Sosial Tədqiqatlar Mərkəzinin(STM) İdarə Heyətinin üzvü, Departament müdiri professor Tahirə Allahyarova Konqresin 1-ci mərhələsində postmüharibə dövründə sosial kibertəhlükəsizlik məsələləri ilə bağlı məruzə ilə çıxış edəcək.
INCSOS VII (Beynəlxalq Sosial Elmlər Konqresi), bundan əvvəl türk mədəniyyət dünyasının mühüm məkanları olan Əndəlüsdə(İspaniya), Qüdsdə, Buxarada(Özbəkistan), Rumıniyada və Ankarada keçirilib. Konqresin məqsədi dünya tədqiqatçıları, universitetlər və ölkələr arasında əməkdaşlığı artırmaq, Azərbaycan və Türkiyə alimlərinin hazırladıqları elmi araşdırmaların xaricdə təmsil olunmasını təmin etmək və elmə töhfə verməkdir.
"INCSOS VII Karabağ-2022" mövzulu cari konqresdə əsas məqsəd- "Bir millət,iki dövlət" millət devizi ilə Azərbaycan və Türkiyənin akademik ictimaiyyətini bir araya gətirərək, sosial elmlərin bütün sahələrində birgə əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaqdır. Bundan əlavə, konqres dünyanın hər yerindən Sosial Elmlər sahəsində tədqiqatçılara açıqdır. Həmçinin,Konqresdə iştirak edəcək alimlərin Azərbaycanın tarixi, mədəni irs məkanlarına səfər etməklə daha yaxından tanımaq imkanı əldə edəcək.
Konqresin 1-ci mərhələsində beynəlxalq ikiqat resenziya prosesi ilə qəbul edilən məruzələr təqdim olunacaq. 2-ci mərhələdə Azərbaycanın və Qarabağ bölgəsinin tarixi və mədəni irs abidələri ziyarət ediləcək. 3-cü mərhələdə konqresdə təqdim olunan məruzələr əsasında beynəlxalq indeksli nəşr formasında çap və onlayn formada təqdim ediləcək.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Departament müdiri professor Tahirə Allahyarova Konqresin 1-ci mərhələsində postmüharibə dövründə sosial kibertəhlükəsizlik məsələləri ilə bağlı məruzə ilə çıxış edəcək.
Konqreslin linki: