Sosial Tədqiqatlar Mərkəzi ilə Rosskonqress Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

27.10.2021

20 oktyabr 2021-ci ildə Moskva şəhərində Sosial Tədqiqatlar Mərkəzi ilə Rosskonqress Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.


Memorandumun imzalanmasında məqsəd birgə humanitar maarifləndirmə, elmi-tədqiqat layihələrinin Azərbaycan və Rusiya Federasiyası ərazilərində birgə həyata keçirilməsidir. Həmçinin, imzalanmış memorandum Azərbaycanla - Rusiya arasında sosial - iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarının birgə öyərnilməsinə şərait yaradacaq.

STM ilə Rosskonqress Fondu ictimai əhəmiyyətli tədbirlərin birgə təşkilini, təcrübə mübadiləsini, birgə tədqiqat işlərinin, maarifləndirici proqram və layihələrin reallaşdırılmasını nəzərdə tuturlar.

Ümumilikdə, imzalanmış memorandum Azərbaycan və Rusiyanın beynəlxalq əməkdaşlığının konsepsiya əsaslarının zənginləşdirilməsinə xidmət edəcək.


Xəbərlər