Transhumanizm: Postgender və Kiberfeminizm
XX əsrdə yazan Culian Haksli artıq humanizmindən deyil, “elmi humanizm”dən bəhs etməli olduğumuzu bildirirdi. O, insanın öz insaniliyini aşmasını arzulayır, lakin Nitzşeist, ənginliklərə üstün gələn, öz-iradənin gücü ilə deyil, genom mühəndisliyi və texnologiyanın manipulyasiyası ilə. Haksli, bioloji və sosial elmlərin insanı öz təkamülünə nəzarəti mümkün etdiyini bildirir.
Transhumanizm gender və irq məsələlərini onları təkamülün növbəti mərhələsinə daxil etməklə həll edir: kiborq .. İnsan maşına transformasiya olur və kütləvi istehsal və istehlakın tələblərinə görə yenidən yaradılır. Bu ideya geniş maliyyə gücünə sahib “think tank”lar, sosialistlər və feministlər tərəfindən dəstəklənir. Onlara görə, uşaq böyütmə və yetişdirmə olmadan yüksək dərəcədə funksional yeni “insanlıq” inşa edilə bilər. Bu ideya, kiberfeminizm və postgenderizmin də təməlini təşkil edir.
Nüfuzlu transhumanist düşüncə mərkəzi, İnstitute for Ethics and Emerging Technologies-in (İEET) direktoru Kayl Mankitrik transhumanist jurnal “Humanity Plus”da feminizm və transgenderizm üçün transhumanizmin əhəmiyyətini qeyd edir. Öz fəlsəfəsini “texnoproqressiv” adlandıran İEET onun köklərini “texnoloji tərəqqi və demokratik dəyişikliyi” özündə ehtiva edən Maarifçilik doktrinasına aid edir. Kontrasepsiya və abort kimi reproduktiv hüquqların genişləndirilməsi bu hərəkatda önəmli yerə sahibdir. “Brave New World”də kütlələr soma adlandırılan bir narkotik vasitənin istifadəsi ilə submissiv hala gətirilisə, İEET koqnitiv gücləndirmə də daxil olmaqla, psixoaktiv vasitələrin dekarserasiyası və dekriminalizasiyası uğrunda səy göstərir. Postgenderizm başqa bir İEET idealıdır.
Mankitrik kiberfeminizmin locus classicus-u olaraq Donna Haraveyin “Bir kiborq manifesti: XX əsrin sonunda Elm, Texnologiya və Sosialist-Feminizm” adlı kitabına istinad edir. Qeyd edilən kitabda Haravey yazır: Kiborq postgender dünyasında bir yaradılışdır. Onun Qərb düşüncəsində orijinal hekayəsi yoxdur. “Yekun” ironiya isə odur ki, kiborq Qərb dünyasında yüksələn abstrakt fərdiyyətçiliyin dominantlığının dəhşətli apokaliptik telos-u, bütün asılılıqlardan qopan nəhayi öz, məkanda insandır. “Frankenştayn monstrumu”nun ümidlərindən fərqli olaraq, bir kiborqun heteroseksual tərəf müqabilinə, tamamlanmış bir bütövlüyə, bir şəhər yaxud kosmos-a ehtiyacı yoxdur. O, orqanik ailə modeli üzərində bir topluluğu da arzu etmir.
Kiborq olmaq bir identiklik zərurətini aradan qaldırır. Mankitrik yeni normal yaratmaq prinsipi ilə transhumanizm və kiberfeminizmi təşviq edir. Bəşəriyyətin, habelə heyvani dünya ilə münasibətimizin faydasına olduğunu iddia etməklə Haksli və Ç.Merriam kimi Mankitrik də bir post-insani forma perspektivinin insani formadan daha mükəmməl olacağını hesab edir. Başlığında etika ifadəsi ilə İEET kimi hərəkatlar və ya təşkilatlar öncəki humanist utopiyalardan fərqli olaraq bu utopiyanın insanın orta ömür müddətini artırmaqla, onu işdən azad etməklə, yaradıcı asudəlik, eləcə də heyvanlar üçün geniş, açıq və təmiz məkanlar təmin etməklə hər kəsin faydası üçün olacağını iddia edir. Bu, insanları orqanik varlıqlar olaraq qəbul etməyən, uşaqların parental bağ zərurəti olmadan, laborator şəkildə hazırlana bildiyi, bir orqanik şüurun istisna edildiyi dünyadır.
Mankitrikin “kiberfeministlər (ümumən postmodernistlər) əsasən miskinlər, dəyərsizlər, qroteskt və marjinallaşmışlara diqqət yetirir və soruşurlar “bu niyə belədir?” cümlələri tərəqqinin (vəya texno-tərəqqinin) fövqündə niyyəti ortaya qoyur – miskinlər, dəyərsizlər, qrotesk olan və marjinallaşmışların yeni normal olaraq elevasiyası. Bu, uzun müddətdir formalaşmaqda olan prosesdir.
Mankitrik eyni zamanda aksial istinad nöqtəsi olmadan yeni əxlaq ilə çıxış edir. Transhumanizmin implikasiyaları aydındır: əgər Fukonun tarixi geneologiya metodu “təbii” seksuallıq olaraq görüləni dekonstruksiya etmək üçün istifadə edilə bilirsə, insani subyektin digər təbii aspektləri bərabər şəkildə konstruksiya edilə, auqmentasiya (bədəni yaxud zehni) və ya eliminasiya (əzab və ölümün) üçün dəyişdirilə bilər. Burada da biz, hər şeyin sosial konstrukt olaraq dekonstruksiya edilə və yeni dizayna uyğun olaraq yenidən qurula bilməsini müşahidə edirik.
Mankitrikə görə, feminist nəzəriyyəçilər və “tənqidi teoristlər” belə məsələlər üzərində daha çox düşündükləri üçün, texnotərəqqi elitistlərin əlindən alınacaq, xeyirxahlıq və müdrikliyin müəyyən olduğu digər başqalarının (güman ki kiberfeministlərin) nəzarətinə veriləcək. “Transhumanist proyekt bütün digər texnoloji irəliləmələrdə olduğu kimi yeni alətləri həyata nəzarət edən və onu tənzimləyən iqtidarlara veriləcək. Bu baxımdan, siyasi dəyişikliyin transhumanist modeli sözsüz ki, siyasi dəyişikliyin kiberfeminist modeli üzərində qurulmalıdır. Bu o deməkdir ki, texnoproqressiv kiborqizasiya texno-nəhənglərin deyil, bir ictimai orqanın nəzarətində olacaq? Bu ictimai orqanı kim(lər) təşkil edəcək? O, BMT-nin bir orqanı kimi beynəlxalqmı olacaq? Makitrik bu məsələlərin kiberfeminist müdriklik ilə həlll olunacağını, habelə etika, siyasət, reproduktivlik sahəsində dəyişikliklərə cəlb edilən texnologiyalar ilə bağlı debatların feminist fəaliyyət və aksiyanın arenası olduğunu bildirir. Ona görə, siyasi olaraq feministlər və transhumanistlər tez-tez tam ahəng içində olurlar. Dolayısı ilə, transhumanistlər feminist fəlsəfəni də mənimsəməlidirlər. “Biz cəmiyyətin limitasiyalarını aşmadan biologiyanın limitasiyalarını aşa bilmərik. Sosietal limitasiyalar hər zaman bioloji limitasiyaların təməlində dayanıb və dayanacaq”.
Transhumanizmə görə, təbiət aşılmalı olan bir əngəldir. Tənqidi Nəzəriyyəçilər də insanlığın azad oluşu qarşısında orqanik ilkəl bağların bir əngəl olduğunu bəyan edirlər. Bu perspektivdən, Mankitrik bildirir ki, bir sosial dəyişim fəlsəfəsini kultural normalar və sosial standartların dissolyusiyası üzərində qurmağımıza ehtiyac var. Transhumanizm texnologiyaları, potensial kölələri artikulyasiya edə bilər, lakin siyasətin alterasiyasına, sosio-kultural normaların dekonstruksiya etməyə zəmin hazırlamaq üçün bizim kiberfeminizmə ehtiyacımız var.
İEET-in direktorları Corc Dvorski və Ceyms Hyuz gələcək texnologiyanın impozisiyası vasitəsilə genderin transsendensiyasına doğru olduğunu yazırlar. “Postgenderizm texnologiyanın genderin bioloji, psixoloji və sosial rolunu aşındırdığı üsulların ekstrapolyasiyadır. Postgenderistlər genderin insan potensialı üzərində arbitrar və qeyri-zəruri olduğunu iddia edir, nevro, bioloji və reproduktiv texnologiyaların tətbiqi vasitəsilə insan növlərində qeyri-könüllü bio-psixoloji genderinqin aradan qaldırılmasını hədəfləyirlər. Onlar dyadik gender rolları və seksual dimorfizmlərin fərdlər və cəmiyyətin zərərinə olduğunu bildirirlər. Başqa sözlə, təkamülün epitomiyası biologiyanın aşılması, amorf post-insanın yaradılmasıdır”.
Tərəqqi bir mif deyil və teologiyanı əvəzləyəcək. Proqress qaçılmazdır, lakin insani cəhd tələb edir. Darvinian təbii seçmə sosial dəyişiklik ilə əvəzlənib və evgenika tərəfindən sürətləndirilə, habelə istiqamətləndirilə bilər. İnsanlığı vahid bir istiqamətdə birləşdirən ümumbəşəri bilik olacaq.
Eləcə də, dinin unitar və unitiv ideologiya tərəfindən əvəzlənməsinə ehtiyac var. Hakslinin təklif etdiyi elmin əvəzləyici bir dinə transformasiyasıdır. Ona görə, elm adamlarının vəzifəsi daha ümumbəşəri və adekvat dinin meydana çıxmasına zəmin yaratmaqdır. O, elmin bu yeni dində şəxsi səlamət tapacağını bildirir: psixoanaliz. C.Hakslinin qardaşı Aldous Haksli 25 il əvvəl yazdığı distopik romanında “Dünya Nəzarətçiləri”nin Freydian psixoanalizi kontrol mexanizmi kimi, ailənin və valideynliyin aradan qaldırılması, sevginin rituallaşmış, qeyri-şəxsi, uşaqsız seks ilə əvəzlənməsi üçün istifadə etdiklərini, “Bizim Freyd”ə bir idol olaraq yanaşdıqlarını qeyd edir. Jerom Mekier qeyd edir ki, Freyd tərəfindən insanın xəstə olduğuna inandırılan Dünya Nəzarətçiləri “Həzz Prinsipi”nə həsr edilən qeyri-şüuri dünya fabrikasiya etdilər. Bu stressdən azad cəmiyyət insanın ən inferiyor impulslarının sərbəstləşməsinə icazə verir. Onun nəzəriyyələri “Cəsur Yeni Dünya”nı öz vətəndaşlarını daimi olaraq infantil saxlamağa qadir edir.
C.Haksli sürətli əhali artımına əsrimizin problemi olaraq yanaşır. Ona görə, “people-production elm tərəfindən idarə edilməlidir. Bura “əhali nəzarəti” üçün müxtəlif millətlər və qrupların psixoloji davranışlarının öyrənilməsi daxildir. Din, ailə və ənənələr ilə bağlı psixoloji davranışların alterasiyası, habelə birformalı baxış təlqin etmək üçün ağıl-dəyişdirici (mind-altering) metodlara ehtiyacımız var. Haksli bildirir ki, bu, “insan dəyərlərinin rekonsiderasiyası”nı tələb edir.
Elmi dünya düzənin qaçılmazlığına bəraət qazandırmaq çünü Haksli Kontun “pozitivizm”i və tarixi mərhələlərin (magikal, animistik, teoloji) bir-birini əvəz etməsi formulunu tətbiq edərək indiki elm mərhələsində “Tanrının yalnış hipotezisə çevrildiyini” vurğulayır.
Frost and Sullivan adlı qlobal tədqiqat və konsultasiya korporasiyasının nümayəndəsi Sarvant Sinqh texnologiya, bihevioral və sosietal dəyişikliklər, habelə tibbi tərəqqinin konvergensiyasının bütövlükdə cəmiyyəti transformasiya edəcəyini yazır. İdentikliyimizin transhumanizm daxilində bulanıqlaşacağı bir gələcəyin siqnalları artıq mövcuddur. Beyin mikroçiplərindən ağıla nəzarət protezlərinə qədər implantların genişlənmiş istifadəsi “bədən auqmentasiyası” altında dəyərləndirilməlidir. Elon Maskın “Neuralink”i, DARPA və digər orqanizasiyalar tərəfindən inkişaf etdirilən implant edilə bilən beyin-maşın interfeysləri bir-birimizlə, həm də rəqəmsal cihazlarla kommunikasiyaya daxil olma tərzlərimizi kökündən dəyişdirəcək. BMİ-lərin empatizasiya qabiliyyətimizi də gücləndirəcəyinə inanılır. Lakin bu, həm də uzun indoktrinasiya və beyinyuma prosesləri olmadan sürətli və ani ağıla nəzarət-i də mümkün edəcək.
Hər bir bucaqdan üzərimizə gələn genişmiqyaslı, inqilabi texnologiyaların bədənlərimiz, düşüncə prosesləri və davranışlar üzərində təsirləri ilə bağlı S.Sinqh bildirir ki, BMİ-lərin işyerlərinə inteqrasiyasının potensial ssenarisi qlobal şirkətlərin öyrənmə və yaddaşı gücləndirən nootropic vasitələrə, habelə işçilərin fokusunu artıracaq, onların yeni bacarıqlar əldə etməsinə yardım edəcək nevro-stimulyasiyaya sponsorluq etməsi olacaq. S.Sinqhin “bir supra-insan olmağa hazırsızmı” sualnın alternativi “dehumanizasiya edilmiş bir avtomata çevrilməyə hazırsızmı?”dır.
İnsanların dehumanizasiyası sağlamlıq, biznes və istehlakçı faydalarının fasadı arxasında alqışlanılır, təqdir olunur. E.Maskın “Neurolink”inin təməl məqsədi təhlükələrinin də olduğunu etiraf etdiyi “insanlar və süni intellekt arasında simbiozis”dir. Klassik Yunan düşüncəsi isə bunu hubris adlandırırdı.
Ədəbiyyat:
- https://www.businessinsider.com/elon-musk-ai-could-turn-humans-into-endangered-species-2018-11
- https://www.forbes.com/sites/sarwantsingh/2017/11/20/transhumanism-and-the-future-of-humanity-seven-ways-the-world-will-change-by-2030/?sh=67ffdb917d79
- Jerome Mecklier, Brave New World and Anthropologists, Alternative Futures, No.1, Sprıng 1978
- Aldous Huxley, Brave New World, Chapter III
- George Dvorsky and James Hughes, “Postgenderism: Beyond the Gender Binary, IEET Monograph Series, March 2008
- Kyle Munkittrick, On the importance of Being a Cyborg, Humanity +, 21 July 2009
- Julian Huxley, New Bottles for New Wine, Chatto & Windus, 1957
- Julian Huxley, UNESCO: Its Purpose and Philosophy, Euston Grove Press, 2010
- Donna Haraway, A Cyborg Manifesto: Science, Technology and Socialist-Feminism in the late XX century, New-York, Routledge, 1991
- http://ieet.org/IEET/more/tpdec2014
behave, experience, perform in the future and the Implications to Businesses, Frost & Sullivan 2017
- Kerry Bolton, The Perversion of Normality, Arkstos, 2021, Kindle edition
Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.